image_pdfimage_print

Sabah Marketinq AİR 8 çərçivəsində ilk dəfə olaraq AİRçi dostlarımızla görüşümüz olacaq. Sizlərində bildiyi kimi AİR-də bizim hər üçümüz: Anar, Rafiq müəllimlər və mən tədris prosesini həyata keçiririk – paylaşırıq. Bu dəfə AİRçilərlə mənim görüşüm nisbətən daha gec oldu, (başımızın çox qarışıq olduğundan) – amma necə dəyərlər gec olar, güc olar. Niyə biz hesab edirik ki, AİR-də bizim sabah kı, görüşümüz GÜC olacaq?

İlk əvvəl xatırlatmağı özümə borc bilirəm ki, Marketinq AİR ölkəmizdə fəaliyyət göstərən İLK və hələlik yeganə praktik marketinq tədris proqramıdır. Bizim konsepsiya sadə məntiqin üzərində qurulub. Biz heç kimi öyrətmirik, biz sadəcə olaraq biliklərimizi, praktik baxışlarımızı AİRçilər paylaşırıq. Bilik və sevgi paylaşdıqca artdığından bizim biliklərimiz hər bir AİRdən sonra dahada artır. İştirakçılarında!)

Marketinq AİR bügün bir biznes cəmiyyətə çevrilmişdir. Ölkənin demək olar ki, bütün şirkətlərində minimum bir nəfərdə olsa, AİRçi var. Marketinq AİR-in 500-ən çox məzunu var!!! Hər halda bir təlimi 500-ən çox məzunu olursa, bu məzunlar minimum 2 ay, bizim birlikdə olurlarsa, deməli Marketinq AİR həqiqətəndə çox faydalıdır. Digər istiqamətlər kimi, pulu çölə atmaq deyil!)

Dəfələrlə demişəm, AİRçilərin fərqləndirən xüsusi xarakter, həyat baxışı olur. AİRçilər daim irəli getməyi düşünür. Bu çox təbiidir. Marketinq AİR brendi tam olaraq səmimiyyətin üzərində qurulmuşdur. Neysə… bu dediklərimi tam başa düşməyiniz üçün sadəcə Marketinq AİR-də bir defə iştirak etməniz lazımdır. 100 eşitməkdənsə, bir görmək söhbəti…

Sabah Marketinq AİR çərçivəsində biz Biznesdə brendə gedən yol barədə söhbət edəcəyik, öz marketinq, brendinq və biznes biliklərimizi birləşdirib AİR dinləyicilərinə paylaşmaq çox maraqlı olacaq. Mövzu çərçivəsində aşağıdakıları işıqlandırmaq istəyirik:

  1. Niyə brend qurmaq böhranda vacibdir?
  2. Brend muasir biznesdə niyə son dərəcə vacibdir?
  3. Biznesdən brendə qədən yol necə olsa daha rahat ola bilər?
  4. Brend qurmaq üçün hansı dəyərlərə internet əsrində diqqət yetirmək vacibdir?
  5. Milli keyslər. Öz işimizdə etdiklərimiz. Düşüncələrimiz.

Sonuncu bəndə diqqət edin: bu sıralamaca sonuncu olsada Marketinq AİR konsepsiyasının dəyişməzləridir. Biz mütləq və mütləq AİR çərçivəsində öz etdiklərimiz, uğurlarımız və səhvlərimiz barədə söhbət edirik. Bu vacibdir. Bu bizi digər təlimlərdən fərqləndirir. Bizim hər üçümüz biznesin içindəyik. Bizim fəaliyyətdə akademik karyera demək olar ki, minimallıq təşkil edir. Səbəb?! Səbəb çox sadədir…

Əgər sən güclü biznesmen, güclü marketoloqsansa niyə özün bunu tətbiq etmirsən. Marketinq biznesin ürəyidir. Biznesdədə danışmaq yox, etmək lazımdır. Biznesi başa düşmək üçün onun içində olmalı, onun konkret məşğul olmalısan. Məhz buna görədə xarici ali məktəblərdə marketinq dərslərini tədris edənlər, sırf praktikadan gelənlər olur və ya 50+ yaşlı uzunillər marketinq işləmiş adamlar.

Sabah Marketinq AİR çərçivəsində biz həmçinin dostlarımıza ev tapşırıqları verəcəyik. Biz AİRçi dostları qruplara böldükdən sonra onlara tapşırıq veriləcək – Böhran şəraitində biznesinizi necə brendləşdirmək olar!? Çox maraqlı və faydalı olmasından əminəm. Bügün demək olar ki, bütün biznes subyektlərində deyilən problem var.

Əminəm ki, Marketinq AİR8 digər AİRlər kimi maraqlı, fərqli və faydalı olacaq. Bunun belə olması üçün həm biz (paylaşanlar), həmdə Siz dinləyicilər bunun üçün çalışmalıdır. Necə deyərlər, AİR-ə xoş gəlmisiniz, paylaşmaq gözəldir!)

P.S. Bu arada deyirlər ki, Marketinq AİR8 məzunları bu dəfə çox fərqlidirlər… sabah görüşüb, görərik!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close