image_pdfimage_print

Artıq dördüncü il, artıq dördüncü dəfə biz Azərbaycanda Milli Marketinq Forumu edirik. Edirik sözünə diqqət edin, çünki bu feyl bizi digərlərindən fərqləndirən əsas amildir. Kimlərsə danışır (yumşaq desək danışır), kimlərsə tənqid edir, kimlərsə müqayisə edir, kimlərsə heçnə etmir… kimlərsədə edir. Bəli – bəli sadəcə başını aşağa salır və ölkəmizdə Marketinqin inkişafı üçün nələrsə edir. Biz edənlərin tərəfindəyik, biz edənlərdənik.

İlk əvvəl qeyd etməliyəm ki, ölkəmizdə Marketinqin inkişafı üçün atdığımız addımlardan heç biri kommersiya məqəsədi güdmür. İstər Marketinq AİR, istər FMR TV, istər Facemark, istər Ali məktəblərdə dediyimiz mühazirələr, istər Dijital Marketinq Forum, istərsədə bu aktivliklərin şahı hesab etdiyimiz Milli Marketinq Forumu bizim yalnız və yalnız əlavə enerjimiz, vaxtımızı, hətta zaman-zaman pulumuzu alır. Amma biz bundan incimirik. Biz bununla fəxr edirik. Biz belə aktivliklər etməyə borcluyuq, çünki həyatda qazandığımız az-çox nə varsa, məhz Marketinq biliklərimiz hesabına etmişik. Qazandıqlarımızın bir faizini təkrarən bu sektora qoymaq super bir hissdir. 

Əziz oxucu, bizim Marketinqin inkişafı üçün etdiyimiz bütün aktivliklərdə dəyişməz qalan bəzi amillər var. Bunlar hansılardır?

  1. Daimiyik. Bizim etdiyimiz bütün aktivliklərdə daimilik var. Diqqət edin, bu dəfə biz artıq 8-ci dəfə (!) Marketinq AİR proqramını keçiririk, dördüncü il Milli Marketinq Forumu edirik, Facemark saytını davam edirik. Bizim tədbirlərdə ardıcıllıq, davamiyyət var;
  2. Çoxuq. Biz çoxuq. Marketinq istiqamətində etdiyimiz aktivliklərin güclü olmasının əsas səbəbi bizim bir-birimizdən güc almağımızdır. Hər üçümüz “əlimizi daşın altına” eyni vaxtda qoymuşuq. Əminəm nə mən, nə Rafiq, nədə Anar təklikdə bu qədər həvəslə bu işlərdə çalışmazdı. Amma biz üçümüz bir-birimizə güc qatırıq.Məsələn, bu il ərzində üç nəfər Anar Bayramov, Rafiq Vəliyev (Hünaltay) və mən Marketinq haqda kitab dərc etdik. Bir vaxtda 3 kitab (!)
  3. Hədəfimiz konkretdir. Bizim əsas hədəfimiz ölkədə Marketinq anlayışını gücləndirməkdir. Bunun üçün addımlar atırıq və ən əsası bizim komandamız bunu gözəl bilir. Bəlkə buna görə Marketinq inkişafı üçün atılan istənilən addımın arxasında oluruq və daim olmağa hazırıq. Axı bu işdə rəqabət olmur. Bu işdə ya edənlər olur, ya danışanlar. Biz danışanları sevmirik
  4. Danışmırıq, edirik. Biz tənqid etmirik, daha yaxşısını edirik. Biz durub onun-bunun zəhmətinə gülmürük biz özmüz edirik. Fikir vermişəm, həyatda əlindən heçnə gəlməyin, yerini bilməyən adamlar durub boş-boş tənqidlər edirlər. Nəsə edən heç vaxt danışmaz. O öz işini ortaya qoyar.
  5. Marketinq AİR var. Bizim Marketinq AİR kimi güclü fundamentimiz var. Təsəvvür edin – 500-ən çox məzunumuz var. Bu superdir. Bu o deməkdir ki, ölkənin istənilən şirkətində mütləq bir AİRçi var. Bu o deməkdir ki, 500 nəfər adam bizim havamızı udub. Nə olursa – olsun, onlar hiss edirlər ki, Marketinq AİR onlar üçün bir dayaq nöqtəsidir. Biz daim öz AİRçilərimiz yanındayıq. Paralel olaraqda onlardan güc alırıq.

Dostlar biz dördüncü il dalbadal olaraq Milli Marketinq Forumu edirik. Təbii olaraq bu il Marketinq Forumunun əsas konsepsiyası böhran olacaq. Hər zaman dediyimiz kimi, Milli Marketinq Forumu ölkədə marketinqin marketinqi üçün edilən bir aktivlikdir. Bu o deməkdir ki, biz marketinqin inkişafı üçün aktivliklər edirik. Biz bilirik ki, bizim ölkəmiz, Azərbaycanımız vətandaşları tərəfindən inkişaf etdirilə bilər. Kimin əlindən nə gəlirsə… biz istəyirik ki, öz vətandaşlıq borcumuzu marketinqin inkişafı üçün xərcləyək. Marketinq inkişaf etsə Azərbaycan biznesi daha sistemli işləyər.

Hər il, bizim tədbirlərimiz digərinə görə daha keyfiyyətli keçirilir. Bizim hər il təcrübəmiz daha çox artır. Çalışırıq ki, etdiyimiz tədbirlilər, aktivliklər daha faydalı olsun. Amma əmin olun, bizdə bilirik ki, çoxlu səhvlərimiz olur. Bir dəfə mikrofon pis olur, bir dəfə video keyfiyyətsiz olur, birdə spikerlər zəif olur, bir dəfə loqo digər loqoya bənzəyir… AMMA və LAKİN biz edirik. Kimlərsə danışır, kimlərsə edir – həyatımız daim belə olur!) Atalar misalında olduğu kimi – İt yürər, karvan keçər. Kimlərsə karvanda olar, kimlərsədə itin yanında, düzdür?)

Biz hər zaman karvanda əlavə yerlər saxlayırıq)) Biz hər zaman bizi tənqid edən, amma bügün marketinqin inkişafı üçün nəsə etmək istəyən dostları öz yanımızda görməyə şadıq. Gəlin, keçin bizim tərəfimizə, əmin olun: “Etmək, danışmaqdan daha faydalıdır!)”

Bu il, 2016-cı ilin Milli Marketinq Forumu 27-28 may tarixlərində hər il olduğu kimi keçmiş 28Cinema, bügün ki, Cinema Plusda olacaq. Hər birinizi Marketinq Forumunda gözləyirik.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close