image_pdfimage_print

Bügünlərdə yaxın dostumuz Gökhan Özgündakçı ilə Xəzər TV yeni ofisində görüşdük. Sizə səmimi deyim, Xəzər TV inşaa etdiyi yeni ofis öz böyüklüyü, infrastrukturu və əlbəttə ki, səliqəsi ölkəmizdə ən böyük televiziya binası olduğunu sübüt edir. Amma bu yazıda mən Sizə bir televiziya tamaşaçısı olaraq deyil, marketoloq – iş adamı olaraq Xəzər TV-in mənim ən sevdiyim kanal olması səbəblərini açıqlayacam. Beləliklə niyə Xəzər TV mənim ən sevdiyim kanaldır?

İlk əvvəl deyim ki, Xəzər TV ilə tanışlığım Embawood-da Marketinq rəhbəri olaraq çalışdığım vaxtlara təsadüf edir. Yadıma düşür, şirkəti ilk gəldiyim vaxt, tender elan etdik və çalışdığımız şirkət olaraq Eksklüziv Media (bu arada Azmi və Həsən bəyə, Gülsüm xanıma burdan salamlar) bir daha seçildi. Bu vaxtlar mən, kanallarlada təmasda olmağa başladım və təbii olaraq Xəzər TV-də tanıdım.

Adlarını çəkmişkən deyim ki, Azmi Bostan (Elsklüziv Medianın sahibi) mənim çox zaman örnək olaraq qəbul etdiyim və son dərəcə bacarıqlı biznesmenlərdən biridir. Son dərəcə pozitiv, işini sevən və yüksək intelektuallı adamlardandır.

Xəzər TV ilə tanışlığım bir başa olaraq Gökhan bəydən başladı. Ümumiyyətlə Gökhan bəy, həqiqətəndə unikal adamdır. Gökhan bəylə həmyaşıd olduğumuzdan “sözümüz tuturdu”. Həmçinin Xəzər xəbərdə yaratdığımız Moda dəqiqələrinə görə tez-tez işim bu kanala düşürdü. Əziz oxucu, Sizə səmimi deyim, əgər məndən soruşsanız ki, Azərbaycanda ən güclü networking qura bilən adam kimdir? Heç düşünmədən deyərəm ki, Gökhan Özkündakçı. Dostumuz qeyri-adi tanışlıq qurma qabiliyyəti var. Yalnız tanışlıq deyil, tanışlığı çox rahat biznes münasibətləri çevirə bilir və ən əsası… faydalı olmağı bacarır.

Bir dəfə evdə bir iş gördürürdüm. Santexnika işlərini görmək üçün usta gəldi. Cavan oğlan idi. Bir-az bununla söhbət etdik və təsadüfən söhbət reklamdan düşdü. Bu anda usta dedi ki, əgər reklamda nesə kömək lazımdırsa, mən kömək edə bilirəm. Əlbəttə, usta bilmirdi ki, məndə reklamla əlaqəli adamam. Dedim qardaş dostunuz kimdir ki?! Dedi Gökhan bəy… yəni demək istəyirəm ki, Gökhan bəylə bir dəfə tanış olan adam, onu özünə dost hesab edir!)

Bəs dəyə bilərsiniz ki, niyə mən Xəzər TV marketoloq olaraq digər kanallardan daha üstün tuturam. Başlayım sadalamağa.

  1. Xəzər TV bügün Azərbaycanda ən mükəmməl infrastrukturu olan televiziya kanalıdır. Bunun üçün sadədə Xəzər TV ofisində olmaq yetərlidir. Heç düşünmədən deyə bilərəm ki, tezliklə ölkəmiz yeni keyfiyyət standartları olan televiziya kanalı kimi ortaya çıxacaq Xəzər TV.
  2. Xəzər Xəbər ölkədə xəbər vermək üçün yeni mədəniyyət gətirib. Bügün ANS hər nə qədərdə, xəbərçi olaraq ortaya düşübsədə, Xəzər Xəbər özü-özlüyündə bir markadır. Kim nə deyir desin, amma inanın ki, Xəzər Xəbər bizə xəbər necə olmalıdır anlayışını başa sala bilib.
  3. Müştərini başa düşür. Diqqət edin, Xəzər TV reklam verənlər üçün ən mükəmməl imkanlar yaradan kanallardandır. Mən bu yazını reklam verən kimi yazıram və mənim üçün çox vacibdir ki, Xəzər TV müştərilər üçün xüsusi imkanlar yarada bilir. Biznesi əla başa düşürlər bu kanalda.
  4. Xəzər TV ailə kanalıdır. Diqqət edin, milli adət ənənələrimizi ən çox quruyan, Azərbaycançılığı, ailə dəyərlərini gözlənilir bütün verilişlərdə. Bu kanala rahatlıqla ailə ilə baxmaq olar.
  5. Xəzər TV-də sabun köpüyü olmur. Əminəm ki, kanalın inşaçı üçün heç bir kredit imkanlarından istifadə edilməyib (!)

Əziz oxucu, mənim üçün yuxarıda dediklərimiz çox vacibdir. Mən əlbəttə, hər şeyi müqayisəli və ölkəmizdə olan (olmayan) siyasi vəziyyəti nəzərə alaraq deyirəm. Bu durumda, bu vəziyyətdə və bu kanalların içərisində ən yaxşısı heç düşünmədən deyərdim ki, Xəzər TV-dir.

Bu yazı ilə Xəzər TV olan bütün dostlarımızı salamlayıram. Yeni ofisdə Xəzər TV kollektivinə bol-bol uğurlar, ofislərə qədər böyük reklam büdcələri və əlbəttə bol-bol reytinqlər arzu edirəm. Amma vacib olan, Show hesabına yığılan reytinq deyil, məhz həqiqi Azərbaycanlıların ürəyində olan reytinqlərdir. Əminəm ki, bu reytinqdə Xəzər hər zaman birincidir!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close