Monthly Archives Mart 2016

Artıq dördüncü il, artıq dördüncü dəfə biz Azərbaycanda Milli Marketinq Forumu edirik. Edirik sözünə diqqət edin, çünki bu feyl bizi digərlərindən fərqləndirən əsas amildir. Kimlərsə danışır (yumşaq desək danışır), kimlərsə tənqid edir, kimlərsə müqayisə edir, kimlərsə heçnə etmir… kimlərsədə edir. Bəli – bəli sadəcə başını aşağa salır və ölkəmizdə Marketinqin inkişafı üçün nələrsə edir. Biz edənlərin tərəfindəyik, biz edənlərdənik.

İlk əvvəl qeyd etməliyəm ki, ölkəmizdə Marketinqin inkişafı üçün atdığımız addımlardan heç biri kommersiya məqəsədi güdmür. İstər Marketinq AİR, istər FMR TV, istər Facemark, istər Ali məktəblərdə dediyimiz mühazirələr, istər Dijital Marketinq Forum, istərsədə bu aktivliklərin şahı hesab etdiyimiz Milli Marketinq Forumu bizim yalnız və yalnız əlavə enerjimiz, vaxtımızı, hətta zaman-zaman pulumuzu alır. Amma biz bundan incimirik. Biz bununla fəxr edirik. Biz belə aktivliklər etməyə borcluyuq, çünki həyatda qazandığımız az-çox nə varsa, məhz Marketinq biliklərimiz hesabına etmişik. Qazandıqlarımızın bir faizini təkrarən bu sektora qoymaq super bir hissdir. 

Bügünlərdə yaxın dostumuz Gökhan Özgündakçı ilə Xəzər TV yeni ofisində görüşdük. Sizə səmimi deyim, Xəzər TV inşaa etdiyi yeni ofis öz böyüklüyü, infrastrukturu və əlbəttə ki, səliqəsi ölkəmizdə ən böyük televiziya binası olduğunu sübüt edir. Amma bu yazıda mən Sizə bir televiziya tamaşaçısı olaraq deyil, marketoloq – iş adamı olaraq Xəzər TV-in mənim ən sevdiyim kanal olması səbəblərini açıqlayacam. Beləliklə niyə Xəzər TV mənim ən sevdiyim kanaldır?

12
Close