image_pdfimage_print

Dünyada marketinqi ən güclü aparan şirkət hansıdır deyə mənə sual versələr heç düşünmədən – P&G deyərəm. Həqiqətəndə çox güclü və sistemli marketinq fəaliyyəti var bu şirkətin. İstər məhsul siyasəti, istər qiymətqoyma, istər distribyusiya sistemi, istərsədə reklam olaraq Procter həqiqətəndə bizə dərs keçir. Son vaxtlar şirkətin Bəhram Bağırzadə ilə birlikdə etdiyi “Kyyfiyyət Sərfəlidir” konsepsiyası əsl “böhran” mesajıdır. Fikirlərimi əsaslandırmağa çalışım.

Daha əvvəl bu kampaniya barədə ətraflı məlumat vermişdik. Fikirlərimizi paylaşmışdıq.

Procter dünyaya brendinq ənənəsini gətirən ilk şirkətdir. Məzh bu şirkətdə yaradılan İvory sabunları ilə başlayan brendinq ənənəsi bügün qlobal şirkətlər tərəfindən istifadə edilən marketinq konsepsiyasının əsasını qoya bilmişdir. Şirkət bügün dünya bazarında həqiqətəndə lider brendinq fabrikası rolundadır. Diqqət edin:

  • Pampers. Dövriyyəsinə görə şirkətin ən böyük brendi. Həqiqətəndə bügün Pampers sözün həqiqi mənasında özündə bir kateqoriya yarada bilib;
  • Gillette – Braun. Procter brend ailəsinə nisbətən təzə qoşulan brend dünyada istifadə edilən təraş avadanlıqlarının 80% təmin edir. Yəni hər 10 kişidən 8-zi dünyada (!) Gillette məhsullarından istifadə edir;
  • Duracell. İnanmıram ki, kimsə bu batereyalardan istifadə etməyib;
  • Ariel – Tide. Təmizləyici dedikdə ilk yada düşən brend varsa, əlbəttə bu P&G məhsulları olacaq;
  • Blendament – Crest – Oral-B. Diş məcunları bazarında corafi bu  üç brend çox ciddi bazar payına malikdir;
  • Head Shoulders – Pantene – Herbal Essencens. Sac şampunu seçimində demək olar ki, bütün seqmentlər üçün məhsul təklif edilir;
  • Always – Tampax.
  • Camay – Safeguard. Əlbəttə bu brendləri yaxşı tanıyırsız və s. brendlər

Bəs Siz bu qədər brendi idarəetmənin əsas çətinliyi nədir?! Əlbəttə hər biri üçün ayrıca marketinq kommunikasiyası hazırlamaq. Necə etmək olar? Necə etmək olar ki, Gillette alan müştəriyə Pantene təklif etmək olsun? Bu sualla cavab vermək üçün şirkət illərlə kross-satışlar barədə düşündü. Nəticədə son 2 ildə P&G brendlərinin vahid kommunikasiya ilə ilərlətilməsi düşünülür.

Brendləri bitişdirən vahid dəyər kimi, hər birinin böhran dövründə ucuz analoqları tərəfindən sıxışdırılması düşünülür. Nəticədə hər birimizin baxdığı və keçən dəfələrdə mənim tərəfimdən tərifləndiyi reklam tam yerini düşür. Procter deyir ki, mənim malım keyfiyyətlidir və nəticədə ucuz analoqlarından keyfiyyətlidir.

Bunu şirkət Azərbaycanda Bəhrəm Bağırzadə ilə birlikdə çəkilən – Keyfiyyət sərfəlidir – konsepsiyası ilə müştəriyə çatdırır. Daha doğrusu, şirkət Bəhram Bağırzadəni əsas rolda oynatmaqla çox ciddi bir kampaniyaya başlamış oldu.

Eks-marketoloq olaraq hesab edirəm ki, kampaniya son dərəcə uğurludur və hətta kampaniya hesabına mağazaya əlavə müştəridə gətirmək olar. Yəni Procter brendləri özlərinə yeni müştərilərdə qazandıra bilər.

Digər tərəfdən kampaniyada verilən mesaj çox sadə və proctervaridir, yəni Procter hər zaman olduğu kmi bu ildə reklamı müsabiqə üçün etmədi. Bəhram Bağırzadə əhali arasında kifayət qədər tanınmış olması ilə yanaşı, verilən mesaj bir başa olaraq həqiqətə uyğundur. Şirkətdə işçilərə qarşı münasibətdə son dərəcə maraqlıdır. Adətən əsl Procterçi işçilər haralısan suallına  – Procterliyəm cavabını verir. Bu super şirkət daxili mədəniyyətdən xəbər verir.

Böhran dövründə qlobal şirkət olan Procterin yerli tanınmış və inandırıcı sima olaraq meydana çıxması brendə əlavə dəyərlər qatır. Ölkədə iqtisadi vəziyyət düzələndə əmin olun ki, Procter qeyri-adi gücə malik olacaqlar. Hər dəfə xatırlatdığım kimi, mağazada satıcıdan çox şey asılıdır. Bəs Sizcə satıcı yaxşı olması nə lazımdır? Heç düşünmədən deyirəm, təbəssüm!

Əziz oxucu, P&G kimi şirkətlərdən bizim öyrəndiyimiz çox şey. Xaricilərdən öyrənək, bəlkə bizdə nə vaxtsa edə bildik!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close