image_pdfimage_print

Yaxın dostların bildiyi kimi, mən holland rəssəmlarınını əsasəndə Rembrandt, Van Gogh və Yan Stenin əsərlərini çox sevirəm. Nəyin ki, sevirəm, bəyənirəm bu əsərlərdən ibrət alıram, öyrənirəm. Əziz oxucu, bu yazıda icazə versəniz məhşur holland rəssəmlarının əsərlərində biznes-marketinq elementləri barədə fikirlərimi Sizinlə paylaşardım.

Əlbəttə, ilk olaraq ordan başlayım ki, Yevlaxda nə Rembrant, nədə Van Gonq tanımamışam. Ümumiyyətlə özümdə “düz xətt” çəkə bilmirəm, sözün açığı heç çəkməyə marağımda olmayıb. Amma son 5 ildə rəsm əsərləri, əsasənda Holland rəssəmlarının əsərləri mənim çox xoşuma gəlməyə başlayıb. Hətta bu əsərlərə baxmaq üçün Amsterdamda, Parisdə və ya Milanda muzeylərdədə olmuşam.

Holland rəssəmlarının əsərləri öz həqiqiliyi, insani hisslərin yüksək hiss edildiyinə görə mənə daha yaxındır, elə bil. Onların içərisində Rembrant və Van Gong demək olar ki, şah əsərlərdir.

Rembrant əsərlərində çox sadə məntiq var, hər bir element, hər bir detal dəfələrlə düşünülmüşdür. Rembrantın gücü detallardadır. Məhz işıqlarla doğru “oynamaq” bütün holland rəssəmlarının əsas üstünlüyü olsada Rembrendt əsərlərində bu pik nöqtədə olur. Dahi rəssamın əsərlərində yalnız işıq deyil, insanların emosiyasıda çox dərin izah edilir. Fikir verin: Rembrandt öz əsərlərinin üzərində heç bir şəkildə “kobudluq” hiss edilmir.

Amma diqqət edin. Rembrant əsərlərində dini elementlər çox dərin təsvir edilir. Bibliyada olan 10-larla mövzular Rembrandt tərəfindən izah edilir, orda olan hadisələrin ən əsas anlarını tutur və özünə xas olan dəqiqliklə bunu izah edir. O vaxtlar, bu demək olar ki, inqilab idi, çünki hamı bibliyanı toxunulmaz hesab edirdi. Rembrandt reliqiyadan çox çəkirdi, amma reliqiyanı sevmirdi. Dini mövzular onu populyar etdi, amma əsas pul qazanmaq yeri əlbəttə ki, avtoportretlər idi.

Rembrandt Amsterdama köçdükdən sonra özünün şah istiqaməti olan “işıqla oynamağı” daha çox etməyə başladı. Rəssəm işığı portretin bir tərəfinə çəkmirdi, o öz əsərlərində işıqları demək olar ki, paylayırdı. Bu əsərlərdə hadisələri dahada önə çıxarırdı. Rembrantın bütün dövrlərdə ən fərqləndirici cəhəti işıqlardan canlı istifadə edə bilmə və dəqiqlik olub… bəs Van Gong?!

Sizdən nə gizlədim, Van Gong əsərlədini mənə daha çox sevirəm. Bilirsiz niyə?! Çox sadə səbəbi var. Van Gong öz əsərlərində süni heçnə etməyib. Rəssəm Rembrantdan fərqli olaraq yabanı gözəlliyi önə çıxarıb. Əgər Rembrandt və ya digər klassik Holland rəssəmları hansısa bir portretin və rəsmin işləməsi üçün hansısa aylarla işləyirdilərsə, Van Gongda bu daha sadə – təbii olurdu. Van Gong əsərlərində rəssəmın o an olan hissləri ortaya çıxır. Van Gong “maska” taxmırdı (!)

Əgər Rembrandt öz vaxtının ən imkanlı (varlı, bahalı) rəssamı olubsa, Van Gong demək olar ki, öz əsərlərindən pul qazanmayıb. Rembrandt vaxtının ən güclü kolleksioneri olduğu halda, Van Gong demək olar ki, maddi cəhətdən yaşamaq uğrunda mübarizə aparıb. Bəs Sizcə niyə!? Niyə van Gong əsərləri o vaxt sevilmirdi?

Van Gong sağlığında bir dənədə olsun əsər sata bilmədiyi halda, ölümündən sonra demək olar ki, dünyanın bahalı əsərlərinin sahibi olur. Rəssamın muasirləri onu heç vaxt başa düşə bilmir, çünki Van Gong “külək qarşı” gedir. Van Gong əsərlərində Vabi Sabi nəzəriyyəsi çox bariz görünür.

Van Gong əsərlərində çox güclü rəng kontrastları olur. Məsələn, sarı rəng, mor rəng və s. Səbəb çox sadədir, həmin zamanlarda rəssəm öz çətinliklərini ifadə edir. Van Gong bilərəkdən palitranı “qaşıyır”, rəsm daha mənalı olsun. Əsərlərdə olan rənglər, ümumi təsvir, rəssamın epilliyasiya xəstəliyindən xəbər verir.

Əziz oxucu, yuxarıda yazılanlardan muasir biznes üçündə çoxlu dərslər çıxarmaq olar. Siz mükəmməl biznes ideya ilə, əla bir iş qura bilərsiniz. Amma bazar buna hazır deyilsə, bu lazımsızdır. Van Gong etdikləri o vaxt üçün bazara lazım deyildi. Bazar rahatlığı, gözəlliyi sevir, bazar narahat, qəliz yenilikləri həzm edə bilmir.

Əgər Rembrandt əsərlərində o vaxtın rəsm səvərləri daha mükəmməli, daha gözəli görə bilirdisə, Van Gong öz əsərlərində sadəcə öz istedadını ortaya qoyurdu. Van Gong müştəri ehtiyyaclarını deyil, öz gücünü, istedadını göstərirdi. Rembrandt isə istedadından istifadə edib gözəllik yaradır. Bu gözəllik hamı tərəfindən sevilir. Onun əsərləri alınırdı, sifariş verilirdi, Van Gong isə başa düşülmürdü.

Əslində rəsm mənim muasir dövrdə bir xobbimə çevrilib. Boş vaxtlarım olduqda kompyuter qarşısında oturub məişət janrında çəkilən əsərlərə baxıram, hansısa xarici səfərdə olduqda ilk vaxtım olan ki, muzeylərdə belə əsərlər axtarıram. Çox sevirəm, bu istiqaməti. Həmdə nə gizlədim, bu əsərlərdən, bu şəxsiyyətlərin həyatlarından özüm üçündə dərs çıxarmağı çalışıram. Bilirəm… bilirəm ki, bu bloq postdan çoxlarınız narazı qalacaq, amma məncə daha dərin düşünsək özümüz üçün nələrisə tapa bilərik, hə!?

P.S. Əziz oxucu, əgər vaxtınız olsa Van Gong əsərlərini mütləq incələyin, əsasənda “kartof yeyənlər” əsərini baxın. Çox xoşunuz gələcək!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close