Monthly Archives Aprel 2016

Bügünlərdə Kapital Bankda olan dostlarımız Azərbaycanın bankçılıq tarixində sözün həqiqi mənasında 1dənə ola biləcək bir layihənin təqdimatını etdilər. Daha konkret desək Fairmont Hoteldə, ölkənin lider bankı – Kapital Bank – kütləvi informasiya vasitələrini və cəmiyyətə özünün yeni məhsulunu təqdim etdi. Məhsul, nə məhsul… Bu təqdimata məndə getmişdim və əgər vaxtınız varsa təəsüratlarımı Sizinlə bölüşmək istəyirəm.

Son vaxtlar bloqda nisbətən daha az yazıram. Səbəb çox sadədir, ağlıma gələn fikirləri qısa formada Twitter vasitəsi ilə Sizlərə çatıdırıram. İstəyirəm bu yazıda son 1 ayda yazdığım əsas kiçik postları Sizinlə bloqdada paylaşım.

Əziz oxucu, Sizində bildiyiniz kimi, biz bu bloqda biznes və cəmiyyətimizdə olan problemlərə öz baxış bucağımızı sərgiləməyə çalışırıq. Biz burda yalnız düşündüyümüz və Sizə faydalı olacaq kontent yaratmaq istəyirik. Nə gizlədim, burda mən öz doğru hesab etdiklərimi, özümə rəva bildiklərimi yazıram. Bügün həyatımda çox qeyri-adi və bügünə qədər olmayan bir hadisə oldu…

Ali məktəbi bitirdikdən sonra, seçdiyim ixtisas gərəyi və ya təsadüfdən ölkəmizdə olan ən güclü biznesmenlərin, iş adamlarının arasında olmuşam. Bundan sonra, Rusiyada yaşadığım illər, biznesi daha yaxşı başa düşmək üçün mükəmməl baza oldu, Rusiyada yaşayanda mən biznesi daha içəridən görə bildim, çoxlu şeylər öyrəndim və indi əminliklə Sizə deyə bilərəm ki, bütün uğurlu biznesmenləri adi adamlardan fərqləndirən 3 əsas xüsusiyyət var. Bu yazıda istəyirəm bu xüsusiyyətlər barədə Sizinlə söhbət edim.

Dostlarında bildiyi kimi, biz artıq 6-cı ildir, Almaniyanın aparıcı mebel brendlərini Azərbaycanda bir arada təklif edirik. German Studio Mətbəx üçün bütün mebel dəstlərini, aparıcı mətbəx mebeli brendlərini bir arada təklif edən yeganə şirkətdir.  Əgər keçən illərdə biz German Studio-nı yalnız sosial şəbəkələrdə və özəl yerlərdə reklam edirdiksə bu ildə brendimizi daha geniş kütləyə nümayiş etdirmək istəyirik. Bu məqsədlə Xəzər TV-də mətbəx verilişi olan “Nuş olsuna” sponsor olaraq qatıldıq.

Bugün YouTube “gəzirdim” və özümdən asılı olmadan, öz adımı axtarışa verdim. Son dərəcə maraqlı və düşündürücü olan 1-2 video qarşıma çıxdı. Bu videolar məni nostalji hisslər yaşatmaqla yanaşı həmin zamanlara qaytarı. Sizdə baxın, əminəm maraqlı olacaq.

Bügünlərdə bir məsələnin şahidi olmuşam – istənilən sahənin inkişafının tezləşməsi üçün bu sahədə olan pərakəndə ticarətin səviyyəsinə diqqət etmək lazımdır. O sahənin ki, pərakəndə ticarəti inkişaf edib, bu sahədə digər bölmələrdə inkişaf etmiş olur və ya əksinə. Pərakəndə ticarətin səviyyəsi ölkə biznesinin aynasıdır. Bilirsiz niyə?

Bügünlərdə yaxın dostumuz Rafiq Vəliyev öz bloqunda – Milli müdirlərimizdən (rəhbərlərimizdən), rəhbər tiplərindən yazdı. İlk əvvəl deyim ki, bu yazını Rafiqdən heç bəyənmədim. Niyə!? Ona görə ki, biz Azərbaycanda yaşayırıq və burda olan səhvləri görürüksə, mütləq və mütləq müsbətləri, yaxşı olanlarıda görməliyik. Dostumuz öz yazısında Azərbaycanlı rəhbərlərə yalnız neqativ tərəfdən baxıb, amma unutmaq olmaz ki, bizdə “0” iş qurmuş və biznes üçün böyük problemlərlə olduğu dövrlərdə işini idarəedən 100-lərlə rəhbərlər, iş adamları var. Pisdən yazanda, məncə yaxşılar barədədə demək lazımdır. Mən bu yazıda Sizinlə dostumuz Rafiq Vəliyevdən ilhamlanaraq, ölkəmizdə gördüyüm marketoloq tiplərindən danışmaq istəyirəm. Beləliklə – Azərbaycanda hansı marketoloq tipləri var?

Daha əvvəldə yazılarımızda dar ixtisaslaşmanın vacibliyi barədə söhbət etmişdik. Gücün bir nöqtəyə vurmasını, sistemli işləməyin muasir biznesdə rolu dahada artmış olur. Eyni vaxtda bir neçə istiqamətdə çalışan, hər şey etmək istəyən insanlar, əslində real olaraq heçnə edə bilmirlər. Bir neçə ixtisası olan, bir neçə işdə güclü olmaq istəyən, özünü hər şeydə sınayan adamları bu yazı çərçivəsində mən – “HərŞeyŞunas” deyəcəm və Sizi əmin edirəm bu çox pis haldır. Bilirsiz niyə?

Fikir verirəm (Twitterdə arada bu haqda yazıram) bizim adamlar hələdə biznesmen, sahibkar və ya iş adamı olmaqdan qorxurlar. Hətta daha dəhşətlisini deyim, gənclər sahibkar olmaqdansa, məmur olmaq istəyir. Gənc tələbə arzulayır ki, o işi bitirib hansısa bir “day-day” hesabına dövlət qulluğuna düzəlsin  və s. Biz hələdə başa düşə bilmirik ki, biznes cəmiyyətin lokomotividir. İstəyirəm bu haqda bəzi fikirlərimi paylaşım.

Daha əvvəldə Sizinlə söhbət etdiyimiz kimi biznesdə uğur qazanmaq üçün ən lazımlı insan bilikləri kimi, biz marketinq, maliyyə, menecment deyil, məhz hərb elminə xas olan məlumatlardır. Daha konkret desək, güclü biznesmen olmaq üçün mütləq müharibədə olduğu kimi strateji elementlərdən istifadə etmək lazımdır. Fikirlərimizi Sizə daha konkret çatdırmaq üçün bir neçə misallar çəkək.

Bugünlərdə Napoleonun həyatına həsr edilmiş bir kitab oxuyuram. Çox maraqlıdır. Əslində real biznes barədə oxumaq üçün ən mükəmməl istiqamət hərb və ya sərkərdələr barədə tarixi faktlara əsaslanmış yazılardır. Necə deyərlər, biznes müharibəyə çox oxşayır. Kitabı oxuya-oxuya çoxtun düşündüyüm amma bugünə qədər Sizinlə danışmadığım bir mövzu, biznesdə qeyri-standart düşüncənin vacibliyi haqda söhbət etmək istəyirəm.

12
Close