image_pdfimage_print

Bügünlərdə yaxın dostumuz Rafiq Vəliyev öz bloqunda – Milli müdirlərimizdən (rəhbərlərimizdən), rəhbər tiplərindən yazdı. İlk əvvəl deyim ki, bu yazını Rafiqdən heç bəyənmədim. Niyə!? Ona görə ki, biz Azərbaycanda yaşayırıq və burda olan səhvləri görürüksə, mütləq və mütləq müsbətləri, yaxşı olanlarıda görməliyik. Dostumuz öz yazısında Azərbaycanlı rəhbərlərə yalnız neqativ tərəfdən baxıb, amma unutmaq olmaz ki, bizdə “0” iş qurmuş və biznes üçün böyük problemlərlə olduğu dövrlərdə işini idarəedən 100-lərlə rəhbərlər, iş adamları var. Pisdən yazanda, məncə yaxşılar barədədə demək lazımdır. Mən bu yazıda Sizinlə dostumuz Rafiq Vəliyevdən ilhamlanaraq, ölkəmizdə gördüyüm marketoloq tiplərindən danışmaq istəyirəm. Beləliklə – Azərbaycanda hansı marketoloq tipləri var?

İlk əvvəl qeyd etməliyəm ki, marketinq yeganə istiqmaətlərdəndir ki, onun haqqında dəqiq tərif vermək mümkün deyil. Hər tərifin özünə görə müsbət və mənfi tərəfləri var. Biznesdə, marketinqdə şablon olmadığı üçün, kimlərinsə edib uğurlu olduğu keysləri təkrarladığın zaman, eyni uğuru qazanmağın mümkünsüz olduğunu bilirik. Məhz buna görə hər bir biznesin, hər bir şirkətin marketinqə olan yanaşması, nəzər nöqtəsi fərqli olur. Burdanda meydana çıxır ki, praktik marketinqə tərif vermək mümkün deyil. Nəzərə tərifdə, nəzəriyyəçilər üçündür. Mən inanmıram ki, marketinqdə kimsə nəzəriyyəçi olmaq istəsin. Necə deyərlə şirkət sayı qədər, marketoloq var.

Marketinq sayı müxtəlif olduğu üçün təbii ki, marketoloqlarda müxtəlif ola bilir. Tiplərə nəzər yetirək.

Birinci başlayaq neqativ tiplərdən:

#1 – Sahibkarı komukadze hesab edənlər. Bəzən istər təlimlərdə, istər marketoloq dostlarımız görüşlərdə belə sözlər eşidirəm… “Biz super təkliflər veririk… amma bizim şirkətin rəhbəri istəmir. Deyir heçnə lazım deyil  və s.” bu tip marketoloqlara elə gəlir ki, guya onlar şirkətin xilas edicisidir. Onlar şirkətin yaxşlılığını istəyir, amma… amma sahibkar öz şirkətini məhv etmək istəyir. Sahibkar pul qazanmaq istəmir, amma marketoloq pul qazandırır istəyir. Elə fikir formalaşır ki, sahibkar özü-özünü öldürmək istəyir. Bu marketoloqlar öz səriştəsizliyini, sahibkarı inandıra bilməməsini özündə deyil, sahibkarda görür. Kökündən yalnışdır. Güclü marketoloqun birinci xüsusiyyəti inandırma qabiliyyətidir. Heç bir sahibkar öz pisliyini istəməz, əgər Sizin təklif onun “ağlına batsa” o borcu girib marketinqə pul ayırar… AMMA və LAKİN sahibkarı komukadze hesab edən marketoloqlar başa düşmür ki, onların inandırma qabiliyyəti zəifdir. Özlərinin markeitnqə ehtiyyacları var və s.

#2 – Hər şeydən narazı olanlar. Bu tip marketoloqlar şirkətdə, bazarda, siyasətdə… bir sözlə baş verən hər şeydə neqativlik axtarırlar. Həyat müəllimim hesab etdiyim, insanlardan birinin bir dəfə mənə çox yaxşı bir iradı oldu (o vaxt mənə çox pis təsir etmişdi, indi başa düşürəm ki, düz deyib) – dedi: “İlkin marketoloq heç vaxt neqativ ola bilməz. Sən neqativ olsan, heç kim səndən kömək görə bilməyəcək. Düşüncələrində faydasız olacaq.“. Bu həqiqət idi. Marketoloq müsbətləri görməlidir. O böhrandan fayda tapmalıdır, problemdə fürsət görməlidir. Yalnız belə olduqda o şirkət irəli gedə bilər. Narazı marketoloq olmaq olmaz! Çox vacibdir ki, prosesləri həllini göstərə bilək. Tənqid etməyək, eşi bizdən büdcə yoxdur deməyə nə var!?

#3 – Yekəxanalar. Bəli-bəli qısa və konkret özlərini elə aparanlar ki, guya bunlar olması şirkət, biznes, həyat, dünya, planet batar. Allah belələrindən qorusun. Adətən bu tip ingilis sözlərindən istifadə edir, ölkə təhsilini bəyənmir, MBA – Emba kimi boş-boş yerlərdə pul xərcləyir (çox zaman öz pulları olmur, şirkət verir) və s. Bu tip şirkətə heç vaxt xeyr vermir, konkret olaraq öz “kişisəl fantazilərini” həyata keçirməyə çalışır. Bazardan xəbərləri olmur, məhsulu tanımırlar. Sadəcə yüksək əmək haqqıya iddiyalı və tənbəl olurlar. Bu tip ən yaxşı bildiyi ingiliscə danışmaq və qlamurxanalarda olmaq olur!)

Əlbəttə, biz neqativ tiplərdən danışdıqsa mütləq və mütləq xoş marketoloq tiplərinidə deməliyik. Bu tiplər öz əməkləri, həyat baxışları hesabına irəli gedə bilirlər. Belə marketoloqları bir sıra xüsusiyyətlər fərqləndirir.

Bu adamlar adətən marketinqi “0”dan öyrənmək üçün satışdan marketinqə gəlirlər. İstər məhsulu, istər ümumi şirkətin dəyər zəncirini gözəl bilirlər. Başa düşürlər ki, marketinqin işi pul xərcləmək deyil, marketinq pul qazandıran strukturdur. Bu baxımdan öz işləmə prosesində nəticəyə daha çox orientasiya olunurlar.

Marketinq meneceri araşdırma prosesində müşahidələrə yer verməlidir. Əgər marketoloq fokus-qruplarda özü iştirak etmirsə, reklam çəkilişlərində “gecə-yatmırsa”, satış planını özü başa düşüb hazırlamırsa… inanın bu tip adamlar uğur qazana bilmirlər. İrəli gedən marketoloqların hər biri öz peşəsinin sözün həqiqi mənasında vurğunu olurlar (olmalıdırlar).

Burada biz marketinq meneceri olaraq işin icrası ilə, işin ümumi axını arasında fərqi başa düşməliyik. Marketoloq əlbəttə, reklam ssenarisi yazmalı deyil, amma reklam çəkilişində bir-başa olması ilə öz komandasının yanında olmasını göstərir. Marketoloq əlbəttə, fokus-qrupa moderator rolunda və ya anket sualları hazırlayan qismində olmalı deyil, bunun araşdırma şirkəti var, amma çox vacibdir ki, o araşdırma edilən zaman əyani şəkildə prosesinin içində olsun və s.

Bəlkə təsadüfi deyil ki, P&G, Unilever, Mars kimi nəhəng şirkətlərdə marketinq meneceri daim müştərilərinin yanında olmalıdır. Məhz istehlakçını hiss edən marketinq meneceri güclü ola bilir. Biznesi başa düşür və sahibkar üçün əvəzsiz kadra çevrilir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close