image_pdfimage_print

Daha əvvəldə Sizinlə söhbət etdiyimiz kimi biznesdə uğur qazanmaq üçün ən lazımlı insan bilikləri kimi, biz marketinq, maliyyə, menecment deyil, məhz hərb elminə xas olan məlumatlardır. Daha konkret desək, güclü biznesmen olmaq üçün mütləq müharibədə olduğu kimi strateji elementlərdən istifadə etmək lazımdır. Fikirlərimizi Sizə daha konkret çatdırmaq üçün bir neçə misallar çəkək.

Əslində təsadüfi deyil ki, biznesdə istifadə edilən əksər terminlər məhz hərb elmindən götürülmüşdür. Ümumiyyətlə biznes ədəbiyyatların çoxunda istifadə edilən məsləhətlər dünyanın məhşur döyüşçülərinin tezisləridir. Neysə, keçək əsas məsələyə.

Döyüş zamanı, gücünün cəmləşməsi, zərbəni bir nöqtəyə vurmaq son dərəcə vacibdir. Hətta bir vaxtlar Napoleon belə öz ordusuna deyirmiş ki, hansısa qalanı dağıtmaq üçün ilk əvvəl orda bütün zərbəni bir yerə vurub – yırtıq yaratmaq lazımdır. Yalnız bundan sonra irəli getmək olar. Ən qorxulu məsələ, eyni anda bir neçə cəbhədə müharibə aparmaqdır. Belə olduqda güc parçalanır və nəticədə qalib gəlmək mümkün olmur.

Biznesdədə bu belədir. Əgər Siz eyni anda bir neçə sahədə biznes aparmaq istəyirsinizsə bu hər zaman çətin olur. Uğurlu olmaq çətinləşir. Bunun yerinə istənilən yeni bazara girdikdə ən ideal yol, gücünü bir istiqamətdə cəmləşdirməkdir. P&G post-sovet ölkələri dağıldığı zaman belə, bütün 15 respublikaya birdən-birə girmədi. Hətta Rusiyanın özündə belə əvvəlcə Mərkəzi Fedaral vilayətdən, daha sonra digərlərindən başladı. Bügün yeni bazara girən şirkətlərin çoxu, ilk vaxtdan özünü sektor lideri ilə müqayisə edir, hər şeyi birdən istəyir. Bu gücün dağılmasına gətirib çıxarır.

Döyüş zamanı çox vacibdir ki, komandir bir nəfər olsun. Hətta belə bir deyim var: “İki əla komandirdənsə, bir orta komandır daha yaxşıdır”. Çox vacibdir ki, komandalar bir “əldən” çıxsın. Bu zaman döyüş daha intizamlı formada aparılır. Nəticədə gərarlar düzgün verilir, ən azından daha aydın olur. Döyüş meydanında “ikili” komandalıq xaus yaradır. Əsgərlər kimə, hara, nəyi kimi suallardan qarşısında qalırlar.

Biznesdədə bu belədir. Şirkətdə iki rəhbər olduqda işçilərdən başlayaraq, müştərilərə, təhçizatçılara qədər hamı bir-birinə “pas” verir. Nəticədə heç nə olmur. İşçilər sabatajla məşğul olur, çünki öz üzərlərində güclü nəzarət hiss etmirlər, müştərilərə düzgün xidmət təşkil edirmir və s. Təsadüfi deyil ki, biznes ədəbiyyatlarında subardinasiyanın vacibliyi hər zaman önə çıxarılır. Məsələn, böyük şirkətlər öz biznes istiqamətlərini bir-birindən tam ayırıb, hər strukturuna bir rəhbər təyin edirlər. Nəticədə hər şey bir əldən çıxır.

Döyüş zamanı ən çox itki vermək yolu, geriyə çəkilməkdir. Bu zaman Siz düşmənə arxası üstə durursunuz və düşmən irəli getdiyi zaman insan təlafatı daha çox ola bilər. Başqa sözlə desək, döyüşdə əsgər ölümünün sayını minimuma endirmək üçün, düşmənlə “üz-üzə” döyüşmək lazımdır. Geriyə çəkilmək ilk baxışdan asand görünsədə, əslində daha böyük maliyyə itkiləri ilə nəticələnir.

Biznesdədə belədir. Problem olanda, böhran olanda ən pis gərar biznesi bağlamaq və ya geriyə çəkilməkdir. Bu zaman ziyan, problem dahada çox olur və ən əsası Siz biznesdən çıxırsınız. İrəli getmək, inkişaf etmək biznesdə ən doğru gərardır. Əgər Siz böhrandan çıxmaq istəyirsinizsə, işləyin. Qorxmayın. Əgər işləriniz pis gedirsə yenədə işləyən. Müharibədə sağ qalmağın yolu döyüşmək, biznesdə işləməkdir.

Bügünə qədər iş-biznes karyeramda iki mağaza bağlamışam. Hər ikisində böyük ziyanda olmuşam. İndi görürəm ki, bu mağazaların bağlanması kobud səhv idi. Əksinə o vaxtlar ki, səbr etmişəm, hər zaman uğurlu olmuşam. Necə deyərlər açıq gördüyünü çalar.

Əziz oxucu, biznes həqiqətəndə müharibəyə bənzəyir. Burada sən vurmasan, səni vuracaqlar. Bu baxımdan Sizlərə mütləq və mütləq döyüş tarixi, müharibəyə aid kitabları məsləhət görürəm.

P.S. Birdə xətrinizə deyməsin… Anadolu türkləri əsgərlikdə olmayan adamlara düz edirlər qız vermirlər!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close