image_pdfimage_print

Daha əvvəldə yazılarımızda dar ixtisaslaşmanın vacibliyi barədə söhbət etmişdik. Gücün bir nöqtəyə vurmasını, sistemli işləməyin muasir biznesdə rolu dahada artmış olur. Eyni vaxtda bir neçə istiqamətdə çalışan, hər şey etmək istəyən insanlar, əslində real olaraq heçnə edə bilmirlər. Bir neçə ixtisası olan, bir neçə işdə güclü olmaq istəyən, özünü hər şeydə sınayan adamları bu yazı çərçivəsində mən – “HərŞeyŞunas” deyəcəm və Sizi əmin edirəm bu çox pis haldır. Bilirsiz niyə?

Bunun bir neçə səbəbləri var. Amma hər şey etmək istəyən insan əslində daha əvvəldə danışdığımız 100dollar olmaq istəyənə bənzəyir. O hər şeydə uğurlu olmaq istəyir, əvəzində heçnədə irəli gedə bilmir.

Bügün dostumuz Azad bəyin yaratdığı SAT Group olaraq təşkil olanan stomotoloqlarla marketinq, brendinq barədə söhbətlərimiz oldu. Bir çox həkim dostlarımız: “Həm ucuz qiymətə, həmdə bahalı xidmət göstərmək olarmı!?…” tipli suallar verirdilər. Biz bu istiqamətdə mövqeyimiz çox konkretdir – Brend qurban vermək qabiliyyətidir. Siz eyni vaxtda hamıya xidmət edə bilməzsiniz.

Özünüz düşünün… biz Bakıda German Studio mağazalarında mətbəx mebeli təklif edirik. Mebellərimiz Almaniyadan fərdi olaraq gətirilir və əlbəttə ki, sözün həqiqi mənasında mətbəxdə olan bütün detallar nəzərdə tutulur. Hər şey – müştərinin evinə işığın hardan tutmasından tutmuş, mətbəxdə çalışan xanımın boy ölçüsünə qədər. Mətbəxdə demək olar ki, 1 kv.m. boş, faydasız sahə qalmır. Mətbəx bir şedevr funksiyasında olur. Qiyməti?! Qiyməti təxminən 7-8 min manatdan, taaa 50 min Evroya qədər dəyişir. Eyni zamanda bizim bölgələrdə olan mebel mağazalarımızda hal-hazırda qiyməti 400 manatdan başlayan mətbəx mebelləri var. İndi Sizcə biz eyni zamanda bu iki məhsulu bir salonda təklif edə bilərikmi?! Əlbəttə, xeyr!

Eyni vaxtda bir neçə işlə məşğul olmaq hər zaman uğursuz və problemli olur. Güclü olmaq üçün maksimum konsentrasiya olmaq vacibdir. Müxtəliq işlər görmək insanın konsentrasiyasını pozur. Resursların səhv istiqamətdə, effektsiz paylanmasına gətirib çıxarır. Nəticədə görəcəyiniz işin keyfiyyəti aşağı düşür.

Çox təəsüf ki, Azərbaycanımızda eyni vaxtda hərşeylə məşğul olmaq istəyənlərin sayı çoxdur. Bu adamlar birinci bir sahədən başlayır, sonra başqa sahəyə keçir, daha sonra uçüncü sahəyə və s. Hər dəfə keçid zamanı onlar vaxt, bilik, təcrübə itirirlər. Hələ bügünə qədər biznes sahəsini tez-tez dəyişən və uğurlu olan adam görməmişəm. Hər zaman rəqabət mübarizəsində uduzurlar. Yoxdur. İnanmıramkıda uğurlu olsun. Bu mümkünsüz görünür, çünki insanın uğurlu olması üçün konkret sahədə biliyi, təcrübəsi, əlaqələrinin olması vacibdir. Hərşeylə məşğul olan adamda bunun olması mümkün deyil.

Burda bir məsələyə diqqət edək. Eyni işi, müxtəlif versiyalarda etmək üstünlükdür, çünki açılan hər bir yeni iş əlavə şans, qazanc, bilik, təcrübə və əlaqələr gətirir. Sən bir sahədə müxtəlif işlər görməklə dahada professional ola bilirsən. Məsələn, mənim alimlik dissertasiya işim – “Mebel müəssisələrinin marketinq strateqiyası əsasında inkişafı məsələləri” olub. Gördüyüm bütün işlərdə “baş qəhraman” mebeldir və həgin ki, elə mebeldə qalacaq.

Əziz oxucu, səbrli olmaq, tutduğunuz sahədə uğur qazanmağa çalışmaq şansınız, hər zaman yeni sahəyə keçdiyiniz zaman olan şansdan az olacaq. Etməyin! Şaxələnməyin. Konkret öz işinizi tapın və bir sahədə professional olmağa çalışın. Biznesinizi bir sahədə genişləndirin. Bir sahədə şaxələnin, amma müxtəlif sahələrə bölünüb, bütün yumurtaları bir yeşiyə qoymayın.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close