image_pdfimage_print

Fikir verirəm (Twitterdə arada bu haqda yazıram) bizim adamlar hələdə biznesmen, sahibkar və ya iş adamı olmaqdan qorxurlar. Hətta daha dəhşətlisini deyim, gənclər sahibkar olmaqdansa, məmur olmaq istəyir. Gənc tələbə arzulayır ki, o işi bitirib hansısa bir “day-day” hesabına dövlət qulluğuna düzəlsin  və s. Biz hələdə başa düşə bilmirik ki, biznes cəmiyyətin lokomotividir. İstəyirəm bu haqda bəzi fikirlərimi paylaşım.

Əvvələ deyim ki, ətrafda biznes qurmuş adamların sayı çoxaldıqca cəmiyyət daha şəffaf olacaq. Bügün Azərbaycanımızda olan rüşvətxorluğun, korrupsiyanın və s. məsələlərin kökü ilk olaraq sovet dövründən gəlir. Məhz 70 il ərzində planlı iqtisadiyyat, sovet imperiyası Azərbaycan əhalisinə biznesin – əziyətsiz gəlir olduğunu aşılayıb. Əslində isə, məhz biznesmenin qazandığı pul, istər dini, istərsədə əxlaqi cəhətdən ən təmiz və şəffaf qazancdır.

Muasir biznes ədalət prinsiplərinin üzərində dayanır. Əgər Siz uzunmüddətli bizneslə məşğul olmaq istəyirsinizsə, mütləq və mütləq təmiz işləməlisiniz. Siz yalan danışmalı deyilsiniz, istehlakçıların – təhçizatçıların manefeyini qorumalısınız. İşçilərinizi sevməlisiniz, işləməlisiniz. Bir sözlə insanı pis verdişlər ən yaxşı tərgidən fəaliyyətdir – biznesdir!

Çox təəsüf ki, bügün xırda məmurlardan tutmuş, rayon icra başçıları səviyyəsinə qədər… dövlət işçilərinin gözündə, biznesmen zəif, savadsız, yalançı kimi görünür. Əlbəttə bu çox pisdir. Elementar əyalət rayonun polis şöbəsində işləyən hansısa orta səviyyəli polis işçisi öz aləmində… biznesmeni zəif görür. Cəmiyyətdə elə bir təsəvvür var ki, məmurlar biznesmenlərdən daha güclüdürlər və s. Ən qorxulusu budur ki, bunu məmurlar özləri belə hesab edirlər.

Bunun səbəbi nədir? Niyə məmurlar özlərini biznesmendən üstün hesab edirlər?

İlk əvvəl ordan başlayaq ki, bizim məmurlarımız hələdə başa düşmür ki, onların əmək haqlarını verənlər, əslində sahibkarlardır. Büdcə vergilərdən formalaşır. Vergi verən sahibkardır. Vergi vermək üçün, sahibkar risk alır, öz gücünü nələrsə edir, yeni iş yerləri yaradır və ən əsası, dövlətin iqtisadi gücünü formalaşdıracaq dəyərlər yaradır.

Orta böyüklükdə olan icra başçısı elə hesab edir ki, guya sahibkarlar onun rəhbərlik etdiyi rayonda işləyirsə, deməli buna borcludur. Bizim məmurlar başa düşməlidilər ki, onların işi biznes üçün münbit şərait yaratmaq, infrastruktur qurmaqdır. Dövlət məmurunun işi dövlətə qulluq etməkdir. Adı üstündə dövlət qulluqçusu. Dövlətə xeyr verən əsas struktur isə, bazar iqtisadiyyatında biznesmendir.

Yadıma düşür ki, Almaniya biznes üçün ilk getdiyim vaxtlar bir məsələ məni çox təəcübləndirirdi… o küçədə ki, hansısa fabrik var idi, bu küçənin adı həmin fabrikin yaradıcısının adına olurdu. Bununla şəhər sahibkara bir növ “çox sağ ol” deyirdi. Axı məhz bu şirkətlər hesabına reqion büdcəsinə pul gəlirdi, işçi yeri artırdı və s.

Təbii ki, sahibkarı məmur qarşısında zəif görünməsin bir səbəbidə, bizim sahibkarların öz hüquqlarını tələb etməməsidir. Sahibkar bir növ məmur qarşısında qorxur. Bunun həm tarixi kökləri, həmdə sadəcə sahibkarların öz hüquqlarını bilməməsidir. Sahibkarlarımızın hələlik biznes tarixinin az olması, onların bu istiqamətdə daha “yumşaq” davranmasına gətirib çıxarır. Amma düşünürəm ki, son ildə istər ölkədə neft gəlirlərinin azalması, istərsədə ölkə başçısının sahibkarlara olan dəstəyi əlbəttə bu sahədə işləri ciddi dəyişməkdədir.

Bügün sahibkar öz huquqlarını bilərək, ürəklə məmurla danışa bilir. Bunun üçün sadəcə prosesləri düzgün idarəetmək, qanun çərçivəsində işləmək və məmurlardan az qorxmaq lazımdır. Unutmaq olmaz, məhz biznes ölkə iqtisadiyyatını gücləndirə bilər. İqtisadiyyatımız güclü olsa, milli manefeyimizdə daha yaxşı qorunar. Ərazi bötüvlüyümüzə “kölgə” düşməz və s. Bir sözlə biznes bizə hər tərəfli lazımdır. Ən azı ona görə ki, məmurun əmək haqqısını vermək üçün vergilər olmalıdır (!)

Əziz biznesmenlər məmurlardan qorxmayın. Öz huquqlarınızı bilin və ən əsası… əmin olun, bazar iqtisadiyyatında biznesmen cəmiyyətin lokomotividir. İşinizi təmiz görün, qalanı hər şey yaxşı olacaq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close