maraqlı VİDEOLAR

Bugün YouTube “gəzirdim” və özümdən asılı olmadan, öz adımı axtarışa verdim. Son dərəcə maraqlı və düşündürücü olan 1-2 video qarşıma çıxdı. Bu videolar məni nostalji hisslər yaşatmaqla yanaşı həmin zamanlara qaytarı. Sizdə baxın, əminəm maraqlı olacaq.

Yadıma düşür, həmin vaxtlar çox utanmışdım, amma indi heç bir kompleksə girmədən, rahatlıqla bloqunuzda bunu paylaşıram. Baxın, Sizdə gülün… Bu videonu biz Facemark.tv (Marketinq televiziyasının) ilk çəkiliş günü çəkmişdiq. Çox maraqlı, maraqlı olduğu qədərdə stresli bir gün oldu. Baxın, 1000% güləcəksiniz.

Növbəti təqdim etmək isdəyim video əslində çox tarixidir. Bu videonu biz Azərbaycan Markeitinq Cəmiyyətinin sabiq rəhbəri Rəhim Hüseynovla edilib. Çox maraqlı və faydalı danışır rəhmətlik Rəhim müəllim. Düşünürəm ki, baxmağa dəyər.

Qurban olduğumuz Rəhim müəllimə rəhmət eləsin. Sözün həqiqi mənasında istər Azərbaycan marketinqinə, istər ümumi olaraq İlkin Manafova dəstəyi sonsuz olub. Ən azı bizi ilk vaxtlarda dinlədiyi üçün özümü rəhmətliyin yanında borclu hiss edirəm.

Yadıma gəlir, Azərbaycana təzə gəlmişdim və səhv Embawood şirkətində işə düzəldim. Ümumi işlərlə yanaşı, aktiv şəkildə internetdə marketinq haqqında məlumatlar axtarırdım. Təsadüfən marketinq.az saytına daxil oldum və tənbəllik etmədən “info”ya e-mail yazdım. Üstündən 15 dəq. keçməmiş Rəhim müəllimin özü cavab verdi və biz görüşdük. Bu görüşdə mən ilk dəfə olaraq Rəhim müəllimlə tanış oldum. Sonradan bu tanışlıqda rəhmətliyin dediklərini mən sözün yaxşı mənasında çox xatırladım.

Növbəti video olaraq Sizlərə Gəncədə gənclər qarşısında söhbətimizi təqdim edirəm. Əgər bugünə qədər baxmamısınız mütləq baxın. Çünki mən istər təlimlərdə, istər master-klasslarda, istərsədə gənclərlə görüşlərdə hər zaman faydalı olmağa çalışmışam. Faydalı olmağın ən sadə yolu isə, düz danışmaqdır.

Əziz oxucu, sadəcə bu misraları yazı-yazı nostalji hisslər keçirdiyimdən bügünlə Sizinlə “dozasından” çox səmimiyyət etdim. Bağışlayın, sadəcə videoları qoydum ki, bir-birimizi daha yaxşı tanıyaq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: