image_pdfimage_print

Hələ Azərbaycanımızı belə bir, nümunəvi vahid, bir amala xidmət edən görməmişdim. Eşq olsun, Azərbaycan əsgərinə, eşq olsun belə əsgərlər yetişdirən analara, valideynlərə və əlbəttə, torpağa. Ali Baş Komandanımızın əmrlərinə hər zaman hazır olmalıyıq.

Dünən səhər saat 06:00-da Bakıdan Tərtərə doğru yola düşdük. Bilirsiz ki, bu haqda bloqumuzda yazmışdıq və Tərtərli dostumuz Rəşad mənə zəng edib: “Birlikdə gedək… yol yoldaşı olaq” dedi. Əlbəttə məndə razı oldum və 3 nəfər mən, Rəşad və digər bir dostumuzla səhər süb tezdən Bakı avtovağzalından taksi ilə Tərtərə yonlandıq.

Yol boyu Qarabağ müharibəsinin tarixi, o vaxt ki, döyüşlər barədə söhbət edirdik: mən Yevlaxda, Rəşad Camal Tərtərdə, dostumuz Sərdar isə Ağcabədidə doğulmuşdu. Bir növ bizim uşaqlığımız birinci Qarabağ savaşı dövrünə düşmüşdü, Xatırlanacaq məsələlər çox idi.

Bu arada deyim ki, Rəşad çox yaxşı yol yoldaşıdır. Necə deyərlər, “Qardaşın necə adamdır!? Bilmirəm, yola çıxmamışam” eləcədə mən daha əvvəl Rəşadla yola çıxmasamda bügün rahatlıqla deyə bilərəm ki, Rəşadla yol yoldaşı olmağa dəyər.Nə başınızı ağrıdım… Tərtərə çatanda saat 11:00 – 12:00 radələri idi.

Rayonda son dərəcə sakit vəziyyət hiss edilirdi, yol boyu evdəkilərin, dostların dediyi “ehtiyyatlı ol”, “diqqətli ol”, eşi işin-günün bu vaxtı nə gəzirsən rayonda deyənləri nəzərə almasaq hər şey çox normal görünürdü. Düzdür, Tərtərə girəndə bir-az səs-küy var idi, amma ümumi olaraq rayon öz normal həyatı ilə yaşayır, insanlar öz doğma yerlərində edilər. Biz rayona çatanda şəhidimizin dəfn mərasi idi. Nicat gəhramancasına döyüşlərdə şəhid olmuşdu. Əlbəttə, yas yerində olanda, şəhidimizin valideynlərini görəndə… ürəyim parça-parça oldu.

Əziz oxucu, Tərtərdə bir məsələ, mənin son dərəcə diqqətimi çəkdi. Hamıda inanılmaz formada birlik hiss edilirdi. Tərtər mərkəzində erməni həmləsi olan zaman rayonda olan ərzaq mağazaları heç bir şəkildə bağlanmamış, kütləvi şəkildə könüllülər ordusunun axın etdiyini hiss edirdim. Hamı yardım etmək istəyirdi, hamı faydalı olmaq istəyirdi, hamı öz Azərbaycançılığını göstərmək istəyirdi. Mən bizim xalqa heç vaxt belə bir, zərbəni bir mərkəzi vura biləcək qədər vahid görməmişdim.

Bu birlikdə bizim Ali Baş komandanımızın etdiyi çıxışlar, Müdafiyə Nazirimizin daim öndə getməsi faktoru son dərəcə böyükdür. Amma əmin olun həll edici deyil, əsas faktor hər bir Azərbaycanlının, damarında türk qanı axan hər bir insanın, həmin vaxt özünü Ağdamda, Tərtərdə döyüşən əsgərlərimizin yanında olmasını istəməsi idi. Biz axır ki, millət olaraq bir yerə zərbə vurmalı olduğumuzu başa düşə bilirdik.

Əziz oxucu, bügün bizim hər birimiz vahid formada Ali Baş Komandanımızın verdiyi tapşırıqları gözləməli, ilk fürsətdə cəbhə bölgəsində olan əsgərlərimizə dəstək olmalıyıq. Əmin olun, bizim torpaqları bizdən başqa heç kim azad edəsi deyil. Əmin olun, bu dövrdə müxalifət, iqtidar, marketoloq, maliyyəçi, biznesmen, vergi işçisi yoxdur. Hər şey Azərbaycan üçün, hər şey vətən üçün edilməlidir.

Tərtərdə gördüklərimdən bir məsələnin şahidi oldum  – bügün Azərbaycan ordusu həqiqətəndə güclüdür. Biz düşmənə cavab verməyə, torpaqlarımızı azad etməyə tam olaraq qadirik. Bəlkədə hazırıq. Bəlkədə o vaxt, bu vaxtdır!

Elementar qan verməklə, ermənilər tərəfindən bombalanmış dinc əhaliyə yardım etməklə və ya sadəcə cəbhə bölgəsində olub: “Biz Sizinləyik” deməyin bügün əsl vaxtıdır. Mən 100% bilirəm ki, damarında türk qanı axan hər birimiz bunu edərik, edəcəyik!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close