image_pdfimage_print

Bugünlərdə Napoleonun həyatına həsr edilmiş bir kitab oxuyuram. Çox maraqlıdır. Əslində real biznes barədə oxumaq üçün ən mükəmməl istiqamət hərb və ya sərkərdələr barədə tarixi faktlara əsaslanmış yazılardır. Necə deyərlər, biznes müharibəyə çox oxşayır. Kitabı oxuya-oxuya çoxtun düşündüyüm amma bugünə qədər Sizinlə danışmadığım bir mövzu, biznesdə qeyri-standart düşüncənin vacibliyi haqda söhbət etmək istəyirəm.

Dünyada böyük iş qurmuş istənilən sahibkara diqqət edin və Siz görəcəksiniz ki, bu adamlar hamı kimi düşünməyiblər. Bu adamlar hamının doğru bildiyi işi deyil, öz fikirlərini, qeyri-standart əməlləri hesabına önə gedə biliblər. Kitabda yazılanları deyil, öz bildiklərini ediblər, buna inanıblar və mükəmməl icra nəticəsində güclü biznes qura biliblər. Bundan sonra onlar haqda kitablar yazılıb.

Yox. Əlbəttə yox. Biz demirik ki, kitab oxumayın. Biz deyirik ki, biznesdə kimlərinsə edib uğur qazandığı yollarla uğur qazanmaq mümkün olmur. Hamıdan çox qazanmaq üçün hamının etdiyindən daha fərqli şeylər etməlisən.

Daha əvvəl demişdik ki, biznes-sahibkarlıq fəaliyyəti üçün MBA və ya PhD etmək faydasızdır. Bunu deməkdə biz heç bir şəkildə bu istiqamətdə oxuyanları ruhdan salmaq və ya həvəssiz etmək istəmirik. Əsla! Oxuyun, oxuyun yenədə oxuyun. Amma bir məsələdən əmin olun – biznesdə ən mükəmməl öyrənmək yolu etməkdir. Yalnız etdiyiniz zaman Siz biznesi daha yaxşı başa düşəcəksiniz, öyrənəcəksiniz. Bunu Sizə MBA, Emba və PhD etmiş biri kimi, Azərbaycanda ən gənc elmləri namizədi olan və elmlər dokturu üzrə mövzu götürən biri kimi deyirəm. Niyə!? Niyə belə deyirəm?

Çünki bu MBA insanda standart düşüncə qabiliyyəti formalaşdırır. Bizi “broylər” kimi yetişdirir. Broylər bu arada necədə olsa, nə qədərdə iynələrlə kökəlsədə, heç vaxt kənd toyuğundan dadlı olmur. Eləcədə, heç bir Stenford, Harvard və ya digər tanınmış biznes məktəb Sizlərdən əsl biznesmen yetişdirə bilməyəcək. Biznesmen olmaq üçün Siz sadəcə işləməlisiniz. Mağaza açmalısınız, Sədərəkdə yer götürməlisiniz, qarajda kiçik sex açıb – istehsal etməlisiniz… AMMA və LAKİN heç bir vaxt MBA qəbul olmalı deyilsiz.

MBA bizə kağız verir… bizim tənbəlliyimizə zəmanət verən kağız. Bu diplomu alıb Siz deyə bilərsiniz… “Əvəzində mən Stenfordda oxumuşam…” hə nə olsun!? Real biznes iş görən adamları, qeyri-standart düşünən adamları sevir.

Vacib deyil, Azərbaycanda və ya xaricdə biznesmen mütləq qeyri-standart düşünə bilməlidir. Ramkaları qırmalıdır, oturmuş steoritipləri sındırmalıdır ki, pul-uğur qazana bilsin. Sizlərə bir neçə fakt deyim…

Azərbaycanda tikinti materialları satışında OMİD ən güclülərdəndir desək, məncə Siz mənimlə razılaşarsınız. FAB boyada əslində öz miqyası üçün son dərəcə ciddi işlər görmüş lider şirkətdir. Amma bu şirkətin etdiklərinə nəzər yetirsəniz, açıq şəkildə görəcəksiniz ki, şirkətin sahibi Anar bəy tam olaraq qeyri-standart düşüncə sahibidir. Məsələn, Anar bəy bütün OMİD mağazalarında olan dizaynları şəxsən özü verib. Hansı oboy kağızı harda, necə olmalıdır suallının cavabını özü gəlib mağazada işçilərlər birlikdə edib (edir). OMİD salonunda Anar bəyi tez-tez bunu etdiyi zaman görə bilərsiniz. AMMA kitablar belə demir, kitablar deyir bunun üçün dizayner olmalıdır və s. Bəlkə kitabda olanları etmədiyinə görə OMİD və FAB boya sektor lideridir!?

İtalDizayn şirkəti dünyada olan demək olar ki, bütün bahalı brendlərin Azərbaycanda distribyutorudur. Bu şirkətin həmtəsisçisi Elçin Zeynalovla tanış olmalısınız… bir dəfə gözümün önündə Elçin müəllim İDEA mebel salonuna işə düzəlmiş satıcı xanıma, müştəri ilə necə danışmaq lazımdır… mövzusunda treninq keçirdi. İtalDizayn kimi böyük şirkətin sahibi şəxsən yeni satıcıya “açıq sualları” nə vaxt, “qapalı sualları” nə vaxt vermək lazım oldğunu deyirdi. Necə ola bilər? Bəs subordinasiya? Kitablar belə demir, MBA belə demir… AMMA bəlkə buna görə Elçin müəllimin şirkəti ölkəmizdə ən sistemli pərakəndə şəbəkələrin sahibidir.

…və Siz mənə deməyin ki, Azad Rəhimov bu biznesi qurub. Yox, inanmıram, qətiyyən yox. Əlbəttə, burada həgin ki, Azad müəllimin rolu çox böyük olub, amma əmin olun Elçin Zeynalov kimi sahibkar, biznesmen hansı şirkətdə olsada biznes düşüncəsinə görə şirkət sektor lider olacaq.

Qeyri-standart düşüncə tərzi biznesdə həyatı vacibdir. Məhz bu istiqamətdə yetişməyin yeganə yolu isə, biznesi içəridən baxmaxdır. Bunu öyrənmək çox gəzmək, çoz işləmək və əlbəttə ki, müşahidə qabiliyyəti lazımdır.

Nə Facebook, nə Amazon, nə Wallmart, nə İKEA, nə də İnstagram standart addımları hesabına qurulmayıb. Məhz anormal işləmək, məhz anormal cəsarət hesabına biznes qurulur. Heç vaxt, standart düşüncə bizə biznesdə düzgün yol göstərə bilməz, əgər standart düşüncə, ətrafınızda olan adamlar hansısa bir biznesin mükəmməl olduğunu deyirsə… deməli vəziyyət gərgindir!) Deməli Sizin ideyada problem var.

Birdə bir söz deyim… bizim torpaqlarda hamının düşündüyünü etməklə, nədənsə çəkinməklə alına bilməz. Məhz qeyri-standart cəsarət Azərbaycanımızı Qarabağ döyüşündə qalib çıxara bilər!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. salam men adi bir insanam , cox kitablar oxuyuram SDU-NI QURTARMISAM , FILOLOQAM AMA IS TAPA BILMIREM AILELIYEM DEYE BEZI QAPILAR BAGLIDIR, MEN EVDE OTURA -OTURA NECE ISLER GORE BILEREM .MESLEHET ISTEYIREM SIZDEN .

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close