image_pdfimage_print

Bügünlərdə Kapital Bankda olan dostlarımız Azərbaycanın bankçılıq tarixində sözün həqiqi mənasında 1dənə ola biləcək bir layihənin təqdimatını etdilər. Daha konkret desək Fairmont Hoteldə, ölkənin lider bankı – Kapital Bank – kütləvi informasiya vasitələrini və cəmiyyətə özünün yeni məhsulunu təqdim etdi. Məhsul, nə məhsul… Bu təqdimata məndə getmişdim və əgər vaxtınız varsa təəsüratlarımı Sizinlə bölüşmək istəyirəm.

İlk olaraq qeyd edim ki, istənilən biznesi, biznes edən orda çalışan insanlardır. Bu cəhətdən Kapital Bankın ən böyük kapitalı orda olan gənc və kreativ işçiləridir desək məncə heç yanılmarıq. Bir vaxtlar, çox uzağa yox, elə 4-5 il bundan əvvəl Kapital Bank dedikdə ilk ağla gələn, köhnə bank binaları, kobud (kobud demək kobud çıxsada) personal, gülərüz sözünün antonimi olan kassirlər və rüşvət (şapka) sözü yada düşürdüsə bügün Kapital Bank sözün əsl mənasında ölkənin lider bankı səviyyəsinə çatıb.

Əziz oxucu, mən bu yazıda Sizə qətiyyən Kapital Bankı tərəfləmək istəmirəm. Qətiyyən YOX. Ən azı ona görə ki, Kapital Bankın demirəm Deutsche Bank, demirəm Citi Bank, demirəm İş Bankası, heç СберБанк olması üçündə hələ çox vaxt. Bunun üçün ciddi işləmək, düzgün məhsul, marketinq (brendinq), kreditləşdirmə və s. strateqiyalar qurmaq lazımdır. Amma bir faktı deməsəm haqsız olaram… Kapital Bank son 3 ildə özünün marketinq komandasını A-dan, Z-ə qədər dəyişib. Diqqət edin… görün bu bankda kimlər işləyir?!

  • Vusal Nağıyev. Vusalı yalan olmasın bir 6-7 ildir tanıyıram. Sözün həqiqi mənasında Bank marketinqi… YOX səhv dedim, sözün həqiqi mənasında Azərbaycan biznes mühitini əla bilir. Həm nəzəri, həmdə praktik cəhətdən biznesi başa düşür və ən əsası, “dillərə” məhşur olan DNS, Bank of Baku… təcrübəsi görüb. Sonradan UniBankda biliklərini dahada gücləndirib və bügün Kapital üçün ələ düşməz kadra çevrilib. Vusalı güclü edən, onun həmdə son dərəcə güclü rəhbərləri olub, istər DNS-də, istər Bank of Baku, istərsədə UniBankda Vusalın rəhbərləri Azərbaycan biznes elitasının QURUları olub;
  • Gunel Mavliyarova. Gunel ixtisas üzrə iqtisadçı (marketoloq, biznes təhsilli) olmasada bu YOX, sözün həqiqi mənasında VAR-a çevirə bilib. Azərbaycanda Gunel qədər işini sistemli icra edən… Sizə deyim ki, tək-tük menecer ola bilər. Gunel mükəmməl icraçıdır və hər bir rəhbərin mütləq və mütləq Gunel kimi bir işçisi olmalıdır. Gunellə mən Embawood-dan tanışam və inkişaf mərhələsi sözün həqiqi mənasında gözümün önündədir. Sizə deyim ki, Embawood ölkəmizdə bəlkədə yeganə real bizneslərdəndir və burada olan mühit sözün həqiqi mənasında adamı yetişdirir. Guneldə bu tam hiss edilir;
  • Aysel Cabrayilova. Aysel Marketinq AİR-in tam olaraq gözüdür (!). Amma yalnız Marketinq AİRçi olaraq deyil, Aysel öz əzmi, zəhmətsevərliyi, öz üzərində işləmək həvəsi, iradəsinə görüə tam olaraq qibtə ediləsi menecerdir. Azərbaycanda belə güclü menecer tapmaq inanın ki, mümkün deyil. Necə deyərlər günün-gunorta çağı əli çıraqla axtarsan… Ayselkimisini tapanmazsan. Amma Kapital Bank tapıb!!! Bəlkə elə buna görə Kapital Bank Kapital bankdır? Bilmirəm, amma bilirəm ki, Aysel kimi güclü kadrı olan şirkətin inkişaf etməməsi mümkün deyil.

Mən əminəm ki, Kapital Bankın digər işçiləridə yuxarıda adlarını çəkdiyim adamlar kimi savadlı və təcrübəlidirlər. Axı belə olmasaydı, onlar bu “qarda-boranda” belə mükəmməl bir proekt təqdim edə bilərdilərmi!? Əlbəttə yox.

İlk əvvəl qeyd edim ki, ümumi olaraq mesajın özü son dərəcə yaxşı düşünülüb. “Səndən 1 dənədir” ifadəsi xalq arasında geniş istifadə edilir və dilə yatandır. Həmçinin brend mesaj yeni məhsulun (brendin) ümumi konsepsiyasına tam uyğundur. Kapital Bank bütün kartları birləşdirən (əvəz edən) bir kart sistemi yaradır – 1Kart. Bu kartla müştəri eyni anda bir kartla edilə biləcək bütün əməliyyatları yerini yetirir. Çox məntiqlidir.

1 Kartla, Kapital Bankın bazarda olan güclü tərəflərini tam ifadə etmiş olur. Diqqət edin, Kapital Bank ölkədə ən geniş filial şəbəkəsi və ən çox kart müştəri olan bankdır. Bu müştərilərdən daha çox pul qazanmaq və ya müştəri başına düşən gəlirini artırmaq üçün, yeni brend əla vasitədir.

Müştəri bir kartdan həm əmək haqqısını alır, həm əmanəti olduqda bura qoya bilir, həm burdan mini-kreditlər alır, həmdə taksit kartı kimi istifadə edə bilir. Öz aramızda da tam xoşbəxtçilik üçün nə lazımdır!? Kapital Bank müştərisi olmaq. YOX, xoşbəxtçilik üçün başqa şeylər lazımdır… AMMA bu “şeylər” bizim bloqun bügün ki, mövzusu yumşaq desək deyil!)

Mütləq və mütləq deməliyəm ki, məhsulun özü qədər kommunikasiyasıda mükəmməl idi. Azərbaycan marketinq tarixində offlaynla – onlaynı media kanalları bir arada bu qədər mükəmməl edən ikinci bir kampaniya olmayıb. Bu işi gördüyü üçün əlbəttə JİS (Jeyhun İmanov Studiyasına) bir yekə “5” düşür. Onlardan 1 dənədir.

Düzdür… mənim Jeyhun bəyin tipindən heç xoşum gəlməsədə… (Azərbaycan dilində pis danışır… belə adamları mən sevə bilmirəm… Milli Marketinq Forumunda olan çıxışından heeeç xoşum gəlmədi və s. – amma bu o demək deyil ki, yaxşı adam deyil, sadəcə mənim tipim deyil – redaktordan-zad) gördüyü işə görə bütün komandasını ürəkdən təbrik edirəm. Halal olsun!

Sonda qeyd etməliyəm ki, Fairmont olan tədbirin ayaq-üstə olması çox xoşuma gəldi. Həmçinin danışanlarda super idilər. Necə deyərlər “краткость сестра таланта…” butün natiqlər çox qısa danışırdı. Bu super idi!)

Kapital Bankı yeni məhsul münasibəti ilə ürəkdən təbrik edirəm. Dostlar əmin olun, Sizlərdən 1 dənədir!)

P.S. Amma əmin olun, pis məhsulu yaxşı reklam qədər məhv edən ikinci heçnə yoxdur. Məhsulunuzu yaxşı edin. Xahiş edirəm, necə deyərlər bizi biyabır etməyin!))

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close