image_pdfimage_print

Əziz oxucu, hamımız bilirik ki, bugün (yəni 02 aprel, gecə saat 02:00-dan sonra) bütün cəbhə boyu ordumuz düşmənlərlə aktiv şəkildə mübarizədə olub. Şəhidlər vermişik, çoxlu yaralılar var, 100lərlə dinc ailələr evsiz qalıb. Əlbəttə, təsəlli kimi deyə bilərik ki, ordumuz düşmənin layigincə cavabını verib AMMA yenədə bir Azərbaycan vətandaşı, türk olaraq sabah süb tezdən Tərtərə yollanıram. Düşünürəm ki, ən azından yaralılara qan verməklə, öz acizanə diqqətim və ya hansısa gücüm çatdığı maddi dəstəklə Qarabağ zonasında olmaq mənim borcumdur. Sizlərə bu yazını yazmaqda isə məqsədim var…

… məqsədim odur ki, danışmaqdan, FB-də boş-boş status yazmaqdan mənbəsi məlum olmayan informasiyaların qurbanı olmaqdansa, Sizdə Qarabağa gəlin. Əmin olun, buna 100% əmin olun, öz mövcudluğunuzla vətənə, millətə, Azərbaycanımıza, türklərə daha çox dəstək ola bilərsiniz.

Mən Sizi tanıyıram. Mən səni tanıyıram. Mən bilirəm, mən əminəm ki, sən vətənini sevirsən, əgər səfərbəylik olsa, sən mütləq silah götürüb yağı düşmənlərdən torpaqlarımızı azad etməyə hazırsan. Bunu bildiyim üçün ərk edirəm, bunu bildiyim üçün səndən xahiş edirəm ki, əlindən gələn köməyi öz vətəninə, öz millətinə göstər.

Bilirsən… sosial şəbəkələrdə “Lazım gəlsə…” tipli sözləri deyib zarafat etmək, Azərbaycanda olan hansısa bir istiqaməti günahlandırmaq çox asanddır. Amma əmin ol, millətə, vətənə lazımlı olan insanlar nə isə (kimisə) gunahlandıranlar deyillər. Bu gün biz öz vətəndaşlıq mövqeyimizi ortaya qoymalıyıq, bügün biz birləşib çətinlikdə olan soydaşlarımızın yanında olmalıyıq. İnanın, inanın ki, Azərbaycan çox balaca ölkədir. Bügün Tərtər, sabah Bərdə, digər gün Yevlax, o biri gün, Ucar… ola bilər.

Hə birdə, sadəcə deyim, bugünlərdə məncə biz öz hərəkətlərimizə daha çox fikir verməliyik. Məncə bir həftə restorana, otelə və ya hansısa bir istirahət zonasına getməsəkdə olar. Getmişiksədə, bəlkə bunu işıqlandırmayaq!?

Düşünürəm ki, bügün Azərbaycan ordusu, türk ordusu düşmənlərimizə layiqincə cavab verməyə hazırdır. Əminəm ki, biz bir itki vermişiksə, ədalətsiz düşmən 10 itki verib. Biz güclüyük, çünki haqlıyıq, çünki məhz bizim doğma torpaqlara ermənilər həmlə edir. Amma Sizə bir söz deyim… məncə türklər yalnız birləşdikləri zaman ASLAN ola bilirlər. Məhz buna görə, biz bügünlərdə hər bir vətandaşımızı vahid düşmənin məhv edilməsi istiqamətində birləşməyə səsləyirəm. Dövlətimizin, Ali Baş komandanımızın yanında olmaq üçün ən yaxşı vaxtdır. Bügün qüsur axtarmaq vaxtı deyil, məncə!

Sabah bazar günüdür. Sizdən nə gizlədim, sabah bizim bölgələrdə olan bütün mağazalarımızın işçiləri ilə toplaşıb, cəbhə bölgəsinə ən yaxın yerdə olacağıq. Əlimizdən gələn mənəvi, bəlkədə bir-az maddi dəstəyi göstərəcəyik. Biz çalışmalıyıq ki, işlərimiz düzgün formada getsin, biz çalışmalıyıq ki, bu çətin günlərdə “bakıda oturan rəhbər” statusunda deyil, işçilərimizin yanında olan, onlarla birlikdə mübarizə aparan biri kimi formalaşaq.

Sahibkar dövlətin təməl daşıdır. Məhz sahibkarlar dövləti daha güclü, qüdrətli, sistemli edir. Muasir dövrdə biznesmenlərin rolu yalnız Vergi ödənişlərini vaxtında ödəmək, yeni iş yerləri yaratmaqda deyil, həmçinin cəmiyyəti düzgün və sağlam mesajların verilməsindədir. Biz əminik ki, Azərbaycanda hamıya nümunə olacaq sahibkarlar var. Onlar bügünlərdə daim xalqının yanında olacaq, lazım olan, əllərimizdən gələn köməyi edəcəklər.

Çalışacam, birinci gün, Bakıya geriyə dönüm, yəni düşünürəm ki, bir günü itirməklə heç nə olmaz. Qurban olduğumuz izn versə, Sizləridə orda görməkdən şad olaram. Əgər Sizlərdəndə kimlərsə həmin vaxt, Bərdə – Tərtər – Ağdam – Goranboy zonasında olacaqsa, bizimlə əlaqə yarada bilər. Yəgin ki, biz mütləq yaxın xəstəxanaların birində qan verəcəyik və əlbəttə cəbhə xəttini mümkün qədər yaxın yerdə olub nesə kömək olmağa çalışacayıq.

Əziz oxucu, şərt deyil bizə qoşulasız, amma xahiş edirəm, çox xahiş edirəm az danışıb, çox edənlərin sırasında olun!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close