image_pdfimage_print

Əziz oxucu, Sizində bildiyiniz kimi, biz bu bloqda biznes və cəmiyyətimizdə olan problemlərə öz baxış bucağımızı sərgiləməyə çalışırıq. Biz burda yalnız düşündüyümüz və Sizə faydalı olacaq kontent yaratmaq istəyirik. Nə gizlədim, burda mən öz doğru hesab etdiklərimi, özümə rəva bildiklərimi yazıram. Bügün həyatımda çox qeyri-adi və bügünə qədər olmayan bir hadisə oldu…

… bügün həyatımda ilk dəfə valideyn olaraq orta məktəbdə iclasda iştirak etdim. Çox maraqlı və məsuliyyətli hissdir. Qurban olduğumuzun hər biri valideynə uşaqlarını bağışlasın, olmayanlara tezliklə ata (ana) olmağı qismət etsin.

Mənim qızım, bu il birinci sinifə gedir (134 saylı orta məktəbə) və yaxşı xatırlayıram ki, bir il ərzində (minimum bir il) biz ailəlikcə qızımızı hansı məktəbə qoyaq suallı altında düşündük. Bizim üçün çox prinsipial idi – uşaq özəl məktəbdə (pulla) oxumasın! Nəhayət ki, qızımız 2 mərhələli imtahandan sonra düşündüyümüz orta məktəvə ödənişsiz olaraq qəbul edildi. Əziz oxucu, mən hesab edirəm ki, övladımızı özəl təhsil müəssisələrində oxutmaq doğru deyil. Mən niyə özəl (pullu) təhsilin ələyinəyəm?!

  1. Parnikdə yaxşı meyvə yetişməz. Bügün valideyn iclasında dostumuz İsmayıl bəylə söhbət etdiyimiz kimi, necə ki, parnikdə çıxan meyvə görünüş olaraq çox gözəl, səliqəli görünür, eləcədə özəl məktəblərdə övladlarımızı çox səliqəli böyüdürlər. Bir növ uşaq “korobkanın” içində olur. Real həyat isə bizdən bunu tələb etmir. Həyat çox çətin və ağırdır, bizim övladlarımız güclü immunitetə sahib olmalıdır, həyata real olaraq hazır olmalıdır. Dövlət məktəbləri bu istiqamətdə özəl məktəblərdən çox öndədir.
  2. Uşaq (valideyn) müştəri deyil. Özəl məktəblərdə uşağa və valideyinə müştəri kimi baxırlar. Müştəri hər zaman doğrudur!? Yox. Qətiyyən yox. Mənim uşağım və ya mən (valideyn olaraq) doğru olmaq istəmirəm, mən ədalətli yanaşma istəyirəm. Özəl məktəblərdə hər zaman hesab 1-0 olur, uşağın xeyrinə. Müəllim hər zaman şagirdən geridədir, çünki uşaq pul verir. Uşaq pul verirsə, əlbəttə ki, mahnını uşaq sifariş verir. Bu heç bir şəkildə doğru deyil və yaxşı nəticələr verə bilmir. Yaxşı müəllim, tələbkar müəllim sözü ilə sinonimdir, orta məktəbdə. Bir daha xahiş edirəm, bir nömrəli yazıya baxın.
  3. Ən dadlı yemək, öz yağında bişəndir. Özəl məktəbdə olan uşaqlar öz güclərini deyil, valideynlərinin pulları hesabına oxuyurlar. Bunu ilk vaxtlarda uşaq hiss etməsədə, gələcəkdə daim olaraq valideyn dəstəyini hiss etmək istəyir. Bu çox pisdir, uşaq öz gücünə inkişaf etmir. İlk vaxtlarda çox vacibdir ki, uşaq öz gücünə əmin olsun və heç bir şəkildə kənardan nesə gözləməsin. Özəl məktəblər heç bir şəkildə uşaqda özünə inam aşılaya bilmir.
  4. Gün ərzində məktəbdə olmazlar. Pullu məktəblərin çoxu uşağı uzunmüddət məktəbdə saxlamağa maraqlıdır. Bu zaman uşaq evdə az olur və ailəni, valideyni hiss etmir. Bir növ uşağı məktəb böyüdür. Necə ki, heç bir dayə, doğma ananı əvəz edə bilmir… eləcədə heç bir məktəb evin yerini verə bilməz. Çox vacibdir ki, uşaq məktəb bitdikdən sonra evə gəlsin, istirahət etsin və məhz bundan sonra onu maraqlandıran hansısa məşğuliyyətə vaxt ayırsın. Məncə!

Əziz oxucu, özəl məktəb nümayəndələri əlbəttə, bu yazılara etiraz edəcək… deyəcək ay bizdə psixoloq belə gəldi, ay travmatoloq belə getdi… nə bilim nə …log varımızdır və s. AMMA əmin olun, bügün dünyanı idarəedən heç bir lider, güclü biznes qurmuş kimsə heç bir zaman hansısa …loglar hesabına deyil, öz əməksevərliklərinin hesabına inkişaf ediblər. Öz üzərində daim işləmək, əməksevər olmaq orta məktəbdə əziyyətdən keçir. Əmin olun, parnik uşağı… bunu edə bilməz!

Deyə bilərsiniz… bəs övladımızın təhsilinə necə investitsiya edək!? Mən hesab edirəm ki, bu proses yalnız və yalnız ovladlarımıza əlavə biliklərin verilməsi üçün “xərclənməlidir”. Xarici dil bilikləri, şahmat bilikləri, idman və s. Birdə əlbəttə ali məktəb! Çox vacibdir ki, övladlarınız yaxşı ali məktəblərdə oxusun.

Çalışaq özləri stipendiya alsınlar (məsələn DAAD) amma ala bilməsələrdə xarici ölkədə ali təhsili maliyyəşdirməyə dəyər, amma orta məktəbi yox. Birdə Sizə sonuncu olaraq bir məsələdə deyim… təəsüf ki, özəl orta məktəblərdə valideynlər “qlamurluğa” daha çox meyllidir. Biz axı istəmirik övladlarımız qlamur olsun, düzdür!?

… bilmirəm! Əlbəttə bu mövzu çox ciddi və əhəmiyyətlidir. Mən sadəcə öz düşündüklərimi Sizinlə paylaşdım. Mənim övladım tam ödənişsiz olaraq 134 saylı məktəbdə oxuyur (rus bölməsində) və hələlik bu məktəbdən, təhsildən çox razıyam.

Sonda deyim ki, məktəbə qədər yaxşı uşaqların ödənişli baxçalara getməsinin tam tərəfdarıyam. Orda həqiqətəndə təhsil dövlət baxçalarından yaxşıdır. Bu vacibdir, həm burada uşaq daha təhlükəsiz olur.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close