image_pdfimage_print

Əziz oxucu, ölkəmizin ən böyük marketinq tədbiri olan Milli Marketinq Forumuna cəmi-cümlətəni bir gün qalır. Sabah – 27,28 may, Azərbaycanımızda artıq dördüncü dəfə (!) keçiriləcək Marketinq Forumu start verəcək və bu yazıda, Sizinlə möhtəşəm tədbirə 1 gün qalmış ümumi vəziyyəti, insanların, dostlarımızın əhvalını tarixi salmaq istəyirəm. Gələcəkdə məhz bügün olan bloqu oxumaq istəyənlər oxusun. Beləliklə… Foruma 1 gün qalmış nələr baş verdiyini bilmək istəyirsiniz!?)

#BirGünQalmış kimlərsə gecə saat 3-ə qədər Cinema Plusda qalır, zalda olacaq texniki imkanları test edir. Onlar üçün vacibdir ki, Milli Marketinq Forumu mükəmməl keçirilsin, onlar bilirlər ki, saat 09:00-da işdə olmalıdırlar, amma buna baxmayaraq hamı ordadır (!), təşkilatçılar iş görür biz bilirik ki, gecədə olsa burda olmalıyıq.

paralel olaraq… bir gün qalmış kimlərsə ölkədə marketinqin inkişaf etməməsindən danışır. Onlara elə gəlir ki, kimsə gəlib bizim yerimizə marketinqi inkişaf etdirməlidir. Onlara elə gəlir ki, “xarici” ölkədə olduqlarına görə nəyisə daha yaxşı bilirlər və s. AMMA başa düşə bilmirlər ki, çox danışmaqdansa nələrisə etmək daha yaxşdır.

#BirGünQalmış kimlərsə öz prezentasiyaların üzərində işləyir. Edəcəkləri təqdimatları ən azı 10 gün bundan əvvəl Forum təşkilatçılarına təqdim edib. Onlar bu forumda hansısa həqiqətəndə biliklərini paylaşmaq istəyirlər, onlar bu forumu diqqətə alırlar və s.

Forum bizim üçün öz övladımız qədər dəyərlidir (Mənim üçün, Rafiq üçün, Anar üçün) və hər bir spiker (!) tam şəkildə başa düşməlidir ki, əgər o forumda spikerdirsə onun ən vacib işi spikerlik olmalıdır. Azərbaycanımızda belə mötəbər bir tədbir keçirilirsə, hər bir spikerdə eyni şəkildə foruma olan diqqətini göstərməlidir.

#BirGünQalmış biz Ana dilimizdə marketinqin yalnız praktik tərəflərini deyil, həmçinin nəzəri bazasını yaradırıq. Məsələn Forumun təsisçiləri olaraq hər üçümüz Marketinqdə akademik karyera ilə məşğuluq. Amma biz bunu parelel həyata keçiririk öz işimizlə edirik, biz Milli Marketinqin inkişafını artıq dördüncü dəfə keçirəcəyimiz forumla, Marketinq AİR-lə, Facemark-la edirik.

…paralel olaraq bəzi adamlar hələdə FB statuslarında hələdə marketinqə tərif vermək istəyirlər, hələdə ingilis dili bilikləri ilə “parlayırlar” və s.

#BirGünQalmış biz satılmış bilet saylarını dəqiqləşdirirmək üçün istər Cinema Plus kassasını, istər səyyari yolla çatdırılan bilətləri sayırıq. Biz sevinirik, biz fəxr edirik ki, artıq bilərlər tam şəkildə bitmişdir. Biz fəxr edirik ki, ölkədə hamı böhrandan danışdığı zaman, biz Milli Marketinq Forumunu anşlaq edirik. Biz gələcək illər üçün daha böyük zallar haqqında düşünürük…

paralel olaraq… kimlərsə hələdə öz 30 manatlarından keçmək istəməyib dəvətnamə gözləyir. Səhvdir. Çox səhvdir. Milli Marketinq Forumuna hər bir marketoloq gəlməlidir və mütləq və mütləq bileti pulla almalıdır. Hamı bilir ki, nə mənim, nə Rafiqin nədə Anar Bayramovun Marketinq forumu keçirilməsində zərrə qədərdə kommersiya marağı yoxdur. Biz forumu ölkəmizdə marketinqin, marketinqini etmək üçün edirik və edəcəyik. Hər tədbirdən sonra… biz hesabatlara baxıb… özümüzdən nə qədər qoymalıyıq suallını veririk. Və çatışmayan pulu qoyuruq. Qoyacağıqda! Qurban olduğum bizə pul yetirsin… hətta dəvatnamələrdə edərik!)

Aşırı səmimiyyət etdimsə bağışlayın, sona qədər oxuyun, dahada səmimi olacam!))

#BirGünQalmış kimlərsə öz gündəlik işlərini geriyə atıb forumun dahada keyfiyyətli getməsi üçün sözün həqiqi mənasında canlarını qoyur. Sizi əmin edirəm… Aysel xanım, Günel xanım, Niqar xanımlar (hər ikisi həm Niqar Məmmədova, həmdə Niqar Nazim) istər IB Clubun gənc amma enerjili dostlarımız heç bir təmanna güdmədən sözün əsl mənasında bütün günü forumun üzərində işləyirlər. Asan deyil. Heç asan deyil! Forum kimi böyük tədbirin keçirilməsində çox saylı “pərdə arxası” çətinliklər olur və bu çətinlikləri marketinq sevən AİRçi dostlarımız həyata keçirir. Bu arada bilmirəm niyə, amma Marketinq AİR məzunları forum üçün çox ürəklə işləyirlər, bəlkə bilirlər ki, Milli Marketinq hərəkətinin davamçıları onlardır!?)

parelel olaraq… digər gənclər boş-boş tənqidii statuslarla Milli Marketinq Forumunun adından istifadə edib gündəm olmaq istəyir. Mən belə dostlarımıza görə çox pis oluram, əminəm ki, onların hər biri nesə işləyə bilər, cəmiyyət üçün faydalı ola bilər və s. AMMA buna baxmayaraq bu adamlar qeyri-ciddi yanaşmalarla öz karyera imkanlarını geriyə atmaqla yanaşı, özlərini hörmətdən salırlar.

#BirGünQalmış bizim kreativ tərəfdaşlarımız, bizim forumun dəstəkçiləri olan Vitam şirkəti, Cinema Plus və s. dostlarımız bizimlə birlikdə əziyyətlər çəkdikləri zaman… digər “reklamşiklər” Oğilvinin dediyi tərzdə səslər çıxararaq hələdə hansısa loqo-moqodan danışırlar!)

#BirGünQalmış Milli Marketinq Forumu günü 2 kitab dərc edilir. Təsəvvür edirsiniz, əgər MMF2015-də biz “360 dərəcədə brendinq” kitabını dərc etmişdiksə bügün Böhrandan Yeni Dövrana (Rafiq Hünaltaydan) və Rəqəmsal Marketinq Bələdçisi (Pərviz Azimov) tərəfindən Foruma özəl olaraq hazırlanır. Bu superdir. Bu o deməkdir Milli Marketinq Forumu bugün həqiqətəndə marketinqin güclü drayverinə çevrilmişdir.

paralel olaraq… kimlərsə boş-boş danışmağı üstün tutur, savadsızcasına bu kitablar haqda statuslar yazır. Yenədə pis oluram. Pis oluram ki, biz kitab yazana çox sağ ol deməkdənsə… kitab yazmağın asanlığından danışır. Özdə diqqət etmişəm, belə şey danışan adamların hər biri ömürlərində demək olar ki, bir dənədə olsun buna yaxın olan iş belə görməyiblər!)

#BirGünQalmış biz yenədə hamını Milli Marketinq Forumuna dəvət edirik (düzdür bilet demək olar ki, bitib). Biz hesab edirik ki, Milli Marketinq Forumu marketinqi sevən hamının tədbiridir. Öz tədbirinizə mütləq gəlin. Qonaq olmayın, ev yiyəsi olun!))

hə birdə… #BirGünQalmış bizi tənqid edən dostları görəndə sevinirəm!)) Hər dəfə 1-2 yaxın dostum mənə deyəndə ki, sosial şəbəkələrdə Sizi pisləyirlər, Milli Marketinq Forumunu bəyənmirlər… mən deyirəm: “Qurban olduğumuzu min şükr. Onlarda nesə etsin… bizdə ora gedək və sevinək”

P.S. Birdə bilirsizdə… biz 100dollar deyilik. Kimlərsə bizi sevmirsə… demək ki, hər şey superdir!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close