image_pdfimage_print

Əziz oxucu, çoxtandı Sizinlə çox vacib bir məsələ barədə fikirlərimi bölüşmək istəyirdim… amma heç bir şəkildə fikirlərimi ifadə etmək üçün düzgün vasitə tapa bilmirdim. Həgin ki, Sizdə belədə olur… elə bil nəsə demək istəyirsən, amma necə deyəcəyinizi bilə bilmirsiz, düzdür?! Olur Sizdə belə şeylər, baaaax məndə elə bir vəziyyət var idi və… bügün Napolion haqqında oxuduğum kitabda maraqlı bir məsələ ilə tanış oldum və Sizə fikirlərimi necə çatdıracağımı öyrəndim. Beləliklə: düşünün ki, Siz hansısa bir işə başlamaq istəyirsiz AMMA qarşınızda hansısa bir böyük maniyə var və Siz elə düşünürsünüz ki, maniyəsiz bir yol tapmaq lazımdır. Biz hesab edirik ki, bəzi maniyələr əslində biznesdə xeyrlidir. Bilirsiz niyə?!

Niyələr haqqında danışmazdan əvvəl keçmişdə başıma gələn bir hadisəni Sizə nəğl etmək istəyirəm. Məhz belə hadisələrin hesabına mən, şahmat üzrə Azərbaycan cempionatında qalib, beynalxaql turnirlərdə birinci yerlərə qazana bilirdim. Beləliklə bir vaxtlar çox məhşur bir beynalxalq şahmat yarışında çıxış edirdim və rəqibim reytinq olaraq məndə çox yüksək idi. Mən bilirdim ki, qara fiqurlarla rəqibim Karo-Kann müdafiyəsini çox güclü oynayır, başqa sözlə desək mənim son vaxtlar başladığım oyunla rəqibim çox güclü idi və mənim üçün böyük maniyə yarada bilərdi… Burada mənim qarşımda iki alternativ var idi: ya mən rəqibim yaxşı oynadığı Karo-Kann müdafiyəsində oymanağa razı olmalı idim, ya da özümündə bilmədiyim yeni bir başlanğıc tapmalı idim… hamı mənə ikinci yolu tövsiyyə edirdi, rəqibimdə ürəyində əmin ediki, mən məhz ikinci yolu seçəcəm.

Mən çox düşünmədən Karo-Kann müdafiyəsində rəqibim üçün çox sadə, amma sadə olduğu qədərdə gözlənilməz bir variant hazırladım.  Oyun başladı və mən rəqibimin yaxşı bildiyi müdafiyə üzrə oynamağa başladı. FİDE Reytinqimin aşağı və mənim daha az tanınmış şahmatçı olmağım rəqibimi özündən dahada arxayın edirdi. Ev tapşırığımda hazırladığım varintı rəqibim bilmirdi və əmin şəkildə daha əvvəl hazırladığım “tələyə” düşdü. Oyunu çox rahatlıqla qalib gəldim. Səbəb çox sadə idi, mən rəqibimin maniyəsindən qorxmadım və onun əvəzinə rahat ev tapşırığı hazırlayıb, rəqibimin çaşdırdım. O vəziyyətlə tanış olmadığı üçün, dahada pis oynadı və mən çox tezliklə qalib gəldim!

Bakımızda Ziya Bünyadov prospekti uzunmüddət qapalı qalmışdı. Burada təmir gedirdi və təbii olaraq maniyələr olduğu üçün bir çox sürücülər alternativ yollar axtarırdı. Hamı elə düşünürdür ki, Ziya Bunyadov prospekti “probka” olacaq və təmirlidir. Amma əgər fikir vermişdinizsə məhz bu Prospekt günün müəyyən saatlarında çox rahat idi. Məntiq çox sadədir, çətin olan yollarda maşın az olur. Hamı rahat yolla getmək istəyir və nəticədə əslində narahat duruma düşür. Hamının etdiyini etdikdə “probka” ehtimalı daha çoxdur.

Əslində biznesdə belədir. Əgər Siz hansısa çətin yol görürsünüzsə, bunu elə ilk başdan geriyə tullamaq yaxşı deyil. Əmin olun, çətin yollarda “probka” olmur. Yaxşı gərar məhz rasional yollarla verilən gərarlardır. Heç bir şəkildə əksinə olanlar yox. Çətinlikləri həqiqətən çətin olduğu qiymətləndirmək lazımdır. “Soyuq başla” düşünmək çox vacibdir, əziz oxucu!)

Napoleon hərb sənəti üçün klassika hesab edilən çox maraqlı bir aforizmi var: “Dövlətlərin sərhədləri çaylardan (sudan), dağlardan və düzəngahlardan ibarətdir. Bu yollarda ordu üçün hərəkət etmək üçün ən asandı, hamı üçün ən çətin hesab ediləndir. Ən yaxşı hucuma keçmək ərazisi dağlardır, çünki bu ən son yada düşəndi (!)”

Biznesdədə belədir – ən sadə və hədəfə aparan yollar məhz hamının çətin gördüyü işlərdir. Heç vaxt maniyələrdən qorxmayın, məncə. Hamının olmaz, problemdir dediyi işlərdi həqiqi uğurlar ola bilər.

Xatırlayıram, biz bölgələrdə mağazalar açanda… hamı deyirdi ki, bölgələrdə mağaza açmaq olmaz… sən Bakıdan necə idarə edəcəksən və s. AMMA bügün görünür ki, düz etmişik…

Biz German Studio olaraq Almaniyanın aparıcı mətbəx mebeli brendlərini Azərbaycan təklif etdiyimiz zaman hamı deyirdi ki, “eşi… burda mətbəx mebeli yoxdur ki, gedib Almaniyadan mətbəx gətirirsiz… ” sonra bunu deyən adamlar eyni işi görmək istəyir. AMMA və LAKİN. Burda bir böyük səhv var. Səhv nədir?

Biz Marketinq AİR, Milli Marketinq Forumu edəndə hamı düşünürdüm bu mənasızdır, amma bugün bizim etdiklərimizin “kopyasını” belə edə bilmirlər və s. (bu arada təəsüf ki bilmirlər, biz istəyirik, kimsə nəsə etsin ki, bizdə nəsə kritika edə bilər, yoxsa ancaq bizi kritika edirlər, başqa nesə edən yoxdur axı…)

Kiminsə yaxşı etdiyi işi Sizdə etmək istəsiniz, bu o demək deyil ki, bu Sizdə belə yaxşı alınacaq. Qətiyyən yox. Mütləq və mütləq özünüz olmalısınız. Çox vacibdir ki, biznesdə fərqlilik olsun. Əgər fərqlilik olmasa, Sizin qurduğunuz biznes uğurlu olmayacaq. Fərqlənmək üçün isə, biz gərək maniyələrdən qorxmayaq, yalnız bunu etdikdən sonra biznes uğurlu ola bilər.

Sözün gedən mövzunu çox uzatmaq olar, amma mən bilirəm ki, Sizin oxumağa, açığını desəm mənimdə yamzağa bir o qədərdə marağım (vaxtım, həvəsim) yoxdur. Amma məncə Siz mənim demək istədiyimi tam başa düşdünüz. Daşlı yollardan qorxmayın!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close