image_pdfimage_print

Bir məsələyə diqqət etmişəm – yaxşı danışmaq üçün mütləq və mütləq yaxşı dinləmək, dinləyə bilmək lazımdır. Yalnız danışmaq deyil, biznesdə gərək qarşındakınıda dinləyə biləsən. Məhz düzgün dinləmək qabiliyyəti biznesin ən çətin istiqaməti olan təklif etdiyin dəyərə görə qarşılıq almağa kömək edir. Fikirlərimi izah edim.

Böyük problemlərin həlli məhz yavaş səslə deyilənləri eşitməkdən başlayır. Özünüz diqqət edin, insanla digər canlıların fərqi nəyisə danışıb başa düşməkdən keçir. Bunun üçün sadəcə danışmaq bəs etmir, mütləq danışdıqlarımızı digər tərəfdə qəbul etməlidir. Yalnız qarşılıqlı anlaşma olduğu zaman nəyəsə nail olmaq mümkündür. Dediklərimi misallara izah edim.

Yaxşı satış menecerini digərindən fərqləndirən birinci xüsusiyyət onun gözəl sual verə bilmə qabiliyyətidir. Sual verdikdən sonra qarşımızda adam real olaraq öz ehtiyyaclarını ortaya qoymuş olur. Bundan sonra biz onu dinləyirik ki, ona lazım olanı təklif edirik və satış baş tutur.

Bügünlərdə bizim mağazalarımızda bir neçə problemli müştəri var idi. Bu adamlar aldıqları məhsulların pullarını tam ödəmək istəmirdilər. Bir neçəsi ilə bir-başa özüm əlaqəyə girdim və məlum oldu ki, real olaraq problem bu adamları bizim dinləyə bilməməyimizdədir. Özüm danışdım, gördüm bir çoxunun problemi bizdədir, bəziləri səhv edib və s. Dinlədik və problemlər demək olar ki, həll edildi.

Hansısa bir toplantıda, iclasda və ya tədbirdə çıxış etməkdən əvvəl mütləq və mütləq orta kimlərin iştirak etdiyini bilmək lazımdır, bunu demək olar ki, bütün oratorluq kitablarında yazırlar. Məntiq çox sadədir kiməsə yaxşı təsir edə biləcək nitq söhləmək üçün mütləq və mütləq dinləmək lazımdır. Dinləyirik və məhz bundan sonra ona nesə deyirik. Qətiyyən əksinə deyil.

Heç yadımdan çıxmaz… bir dəfə iş olaraq məni Rusiyaya ezamiyyə göndərdilər. U vaxtlar çalışdığım şirkətdə Rusiyada işlər çox pis gedirdi, orda olan işçilər (ruslar) mərkəzi ofisdən (yəni bizdən), bizdə ruslardan narazı edik. Nə başınızı ağrıdım… gəldim Moskvaya. Ofisdə olduğum üçüncü gün… gördüm böyük bir problem var – Azərbaycandan gələn malları gömrükdə yoxlayırlar və çəkirlər. Məhsulun çəkisi ağır gəlir və yükləri açmağı tələb edirlər.

Rusiyalı menecer mənə deyir: “İlkin… bu Azərbaycandakılar (ofisdə işləyənləri deyir) başa düşmür ki, qiymət cədvəlinə çəki yazmasınlar? Bizim ölkəyə gətirilən prays-listdə çəki olmasın. Bunu xahiş edirəm Bakıya de. Gömrükdə rahat olaq.”

Məndə zəng edirəm, Bakıya və elə təzə söhbətə başmazdan əvvəl Bakıdakı menecer deyir: “İlkin… da səndə getmisən ora, xahiş edirəm onlara de ki, biz prays-listə çəkini götürə bilərik!?” Telefonu adboy verdim… və dedim ki, dinləmək gözəldir!) Təsəvvür edirsiniz gömrük problemi həll edildi. Mən heçnə etmədən amma adı oldu ki: “İlkin gedən kimi düzəldi və s.”

Əziz oxucu, Sizdə dinləyin. Sizə sual veriləndə mütləq və mütləq çalışın bir pauza saxlayasınız. Bu “qızıl pauzadır” inanın. Düşünün. Şahmatda yaxşı bir söz var: “Yaxşı gedişi görəndə düşünün, bəlkədə daha yaxşı gediş var”.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close