image_pdfimage_print

Dostlarında bildiyi kimi, biz İqtisad Elmləri Namizədi adını (PhD) VAK tərəfindən 2013-cü ildə aldıqdan sonra, 2016-cı ildə Elmlər doktoru proqramına qəbul edildik. Əgər, namizədlik dissertasiyasını biz marketinq strateqiyaları əsasında yazmışdıqsa doktorluq dissertasiyasını daha dar, amma dar olduğu qədərdə aktual olan Brendinq mövzusunda götürməyimizi istədik. Azərbaycan Dövlət İqtisad Universitetinin doktorluq proqramı üzrə qəbuluna sənədlərimizi verdik və hörmətli rektor Ədalət müəllimin bir-başa iştirakı ilə Elmlər Doktoru proqramına qəbul edildik. İstəyirəm Sizə ilk vaxtlardan başıma gələnlər və ümumi elmi fəaliyyətimiz barədə məlumatları bir-başa olaraq bloq vasitəsi ilə çatdırım. Söz verirəm çox maraqlı olacaq… beləliklə

… beləliklə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) doktarantura şöbəsindən Həmid müəllim zəng etdi və əyani olaraq doktorluq proramına rəsmi qəbul olunduğumu dedi. Çox sevindim. Mənim üçün brendinq mövzusunu Azərbaycanımızda doktorluq dissertasiyası səviyyəsində müdafiyə etməyə çalışmaq çox vacib idi. Niyə məhz İqtisad Elmləri Doktoru olmaq istədiyim barədə buradan ətraflı oxuya bilərsiniz.

Həmid müəllimlə, əsas korpusda görüşdükdən sonra araşdırmaya verilən kafedra olaraq Marketinq kafedrası olduğunu öyrəndim və heç vaxtımı itirmədən Marketinq kafedrasının müdiri Telman Imanov zəng etdim. Salamlaşdım və deyəndə ki, mən Sizin doktorantam (Telman İmanov məni tanıyır, məndə onu tanıyıram, bir gün Sizə ətraflı yazacam bu haqda) kafedra rəhbəri dedi ki, mənim Sizin adda doktorantınız yoxdur (!). Çox təəcübləndim və yenidən Həmid müəllimə müraciyyət etdim (bu arada çox əziyyəti var, sağ olsun) və yenidən marketinq kafedrasına zəng etdikdən sonra, artıq ikinci dəfə kafedraya gedəsi oldum.

P.S. Marketinq kafedrası elektron formada gələn kağızı görməyib… yalnız telefonla dedikdə sonra GÖRDÜ))

06 may saat 12:00-da Marketinq kafedrasında müzakirəmiz baş tutdu… müzakirə zamanı hörmətli alimlər, hesab edirdilər ki, Brendinq mövzusu aktual deyil və hətta kafedrada belə bir söz deyildi ki, “Brendinq Azərbaycanda yoxdur…” və təbii olaraq ki, məndə marketinq kafedrasının (!) bunu deyən müəllimlərinə (onlar cəmi 2-3 nəfər idi – brendinqi aktual hesab etməyən) 2014-cü ilin 31 dekabrında, ölkə prezidentinin Asan xidməti Azərbaycanın milli brendi elan etməsini, 2015-ci ildə ölkənin iqtisadi fəalliyyətinda “Made in Aserbaijan” brendinin xatırladılması və əlbəttə ki, 2016-ci ilin mart ayında ölkə prezidentinin sahibkarlığı dəstək istiqamətində görüləcək işlərdə brendin əhəmiyyətinin artırılmasını dedim. Dedim (!) və aktuallıq mövzusu bitdi. Birdə öz aramızdı Azərbaycanda İLK dəfə rebrendinq etmiş Ali Məktəbin Marketinq kafedrası (!) brendinq fəaliyyətinin ölkədə yoxdur… deməsi “yumşaq desək” yaxşı deyil.

Mən, UNEC-də MBA proqramı üzrə hal-hazırda Marketinq strateqiyası fənnindən artıq 3-cü ildir ki, dərslər tədris edirəm. Əziz oxucu, Sizləri əmin edirəm ki, son illərdə, daha doğrudu İqtisad Universitetinin yüksək rəhbərliyində kadr dəyişiklikləri olduqdan sonra, sözün həqiqi mənasında Ali məktəbdə tədris keyfiyyəti çox yuxarı qalxıb. Ali məktəbdə hər gün yeniliklər edilir və ən əsası bu yeniliklər tədrisin keyfiyyətinə yaxşı mənada təsir edir. Məhz buna görə biz, Brendinq mövzusu üzrə doktorluq dissertasiyasını məhz UNEC-də yazmaq istəmişik. 

… başqa məsələdə əslində kafedra rəhbəri Telman İmanov düz deyirdi. Mən sadəcə düşünürdüm ki, UNEC-də doktorluq dissertasiyası yazdığıma görə və əlbəttə son vaxtlar hörmətli rektorumuz Ədalət müəllimin Universitetdə sözün həqiqi mənasında inqilabi addımlar atdığına görə kafedrada münasibət mənə daha səmimi olacaq. Həmdə mən, artıq üçüncü ildir UNEC-də müəllimlik edirəm, elmi adımda orda olanlardan qətiyyən geridə deyil. Axı mən, sadəcə UNEC-də doktorluq dissertasiyası yazmaq istəyirəm… amma kafedra rəhbəri mənimlə son dərəcə “reqlamentli” davranırdı… mən çox dərinə getmədən müzakirəni növbəti iclasa saxlamağı təklif etdim. Onlarda razılaşdı, sağ olsunlar!))

Əziz oxucu, inanırsız bunların heeeç bir əhəmiyyəti yoxdur. Kafedra iclasında aldığım neqativ enerji heç bir şəkildə özümə almadım. Biz hər şeydən yalnız və yalnız müsbət şeyləri görürük. Məsələn:

  • Marketinq kafedrasında son dərəcə gənc və enerjili bir neçə müəllim var idi. Düzdür, onlar müzakirədə iştirak etmirdi, amma onların gəncliyi və məsələlərə pozitiv (pozitiv baxış çox vacibdir) baxışı bizə yaxşı mənada təsir etdi;
  • Marketinq kafedrasının rəhbəri mənə çox yaxşı ideya verdi, mövzu ideyası. Bu mənim üçün o iclasda aldığım neqativ enerjidən daha təsirli oldu;
  • “Narxoz” öz adını “UNEC” etməsi hər yerdə hiss ediləcək. Hətta yaşlı kadrlardada (!) və s.

Biz düşünürük ki, doktorluq dissertasiyamızı UNEC-ə, son dərəcədə keyfiyyətli formada başa vura biləcəyik. Biz əminik ki, Marketinq kafedrasının rəhbərliyi bizimlə birlikdə… mükəmməl doktorluq dissertasiyası üçün çalışacaq, sovet elminin “qoxusu” tezliklə yeni, mütərəqqi amerikan, avropa biznes təhsil qoxusu ilə əvəz ediləcək. Çox vacibdir, son dərəcə vacibdir ki, bu qoxu, Ali məktəbin yalnız əsas korpusunda, yüksək rəhbərliyində, MBA proqramında deyil, həmçinin marketinq kimi mütərəqqi və yenilikçi kafedradanda tam çəkilsin.

Yadıma gəlir, Elmlər doktoru proqramı üzrə qəbul prosesində hörmətli rektorumuz Ədalət müəllimlə belə bir dialoqumuz oldu: Ədalət müəllim deyir: “İlkin bizim Universitetin rebrendinqini necə dəyərləndirirsən?”, mən cavab verirəm: “Ədalət müəllim, çox yaxşı və müsbət dəyərləndirirəm, bügünə qədər Azərbaycanda bir ali məktəb bu addımı atmayın. Amma bir söz demək istəyirəm, icazənizlə…” Ədalət müəllim deyir: “Buyur de…” Mən deyirəm: “Ədalət müəllim istənilən brendi brend edən onu adı, loqusu və rəngləri deyil – bu sadəcə aysberqin görünən tərəfidir. Əsas məsələ bu Ali məktəbin tələbələrinə, müəllimlərinə verdiyi vəddir. Əgər brend bu vədi tuta bilirsə, əgər brend dediyi mesaja uyğun çalışırsa güclü brend yaranır. Hesab edirəm bugün hələ İqtisad Universitetinin REbrendinq fəaliyyətindən danışmaq bir-az tezdir…”

Cənab rektor bizim tam razılaşdı. Bu bizi çox sevindirir. Biz çox istəyirik ki, İqtisad Universitetinin rebrendinqinə çəkilən əziyyət, görülən işlərlə dahada yuxarıya doğru getsin. Bu rebrendinqdə bizim yaxın dostumuz Ramil Cabbarovunda əməyi sonsuzdur. Biz bununla fəxr edirik və hər zaman tam olaraq Ramilin arxasındayıq!

Bügünlərdə, artıq 4-cü dəfə ölkəmizdə Milli Marketinq Forumu keçiriləcək. İnanırıq ki, arzu edirik ki, Azərbaycanın ən marketinq yönümlü Ali məktəbindəndə bu forumda çıxış edəcək spikerlərimiz olsun. Necə ki, dünyanın aparıcı ali məktəblərinin marketinq kafedrasının gücü məhz praktik yönümlü müəllim-professor heyyətinə sahib olmaqdır. Unutmaq olmaz ki, marketinq bəlkədə yeganə biznes istiqamətdir ki, burada praktika nəzəriyyədən “yuxarıda” olur. Güclü marketinq eksperti özünü real biznesdə sübut etmiş insanlardır.

Filip Kotleri – Filip Kotler edən, P&G şirkətində apardığı fəaliyyətdir Çikaqo Universitetində dossentlik və ya professorluq fəaliyyəti deyil!!! Marketinqdə güclü alim olmağın yolu ilk olaraq etdiklərin işlərin real biznes nəticəsinin olmasıdır. Özünüz diqqət edin, istənilən marketinq “quru”sunu QURU edən məhz gördüyü işlərdir.

Biz əminik ki, UNEC-də aparılan mükəmməl islahatlar tezliklə Marketinqdədə özünü göstərəcək və biz əminik ki, UNEC marketinq kafedrası ilə birlikdə ölkəmizdə brendinq istiqamətində doktorluq dissertasiyası yazacağıq. Brendinq haqqında mövzu, əlbəttə ki, rebrendinq etmiş ali məktəbdə ola bilər!

P.S. Doktorluq dissertasiyasının gedişatı barədə Sizlərə mütəmadi məlumatlar verəcəm.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close