Düşündüyünüzdən 2 dəfə yaxşı olacaq #MMF2016

Azərbaycanın ən böyük marketinq tədbiri olan Milli Marketinq Forumunun keçirilməsinə günlər qalır. 27-28 may, Cinama Plusda artıq dördüncü dəfə olaraq biz Milli Marketinq Forumunu təşkil etmişik oluruq. Hər il olduğu kimi, bu ildə forumun spikerləri öz fikirlərini bölüşürlər.

Bu dəfədə belə oldu. Spikerlər ÖzSütdə görüşdülər və Milli Marketinq Forumuna çağırış etdilər. Sizə deyim ki, bu il olacaq Marketinq forumu öz mövzu qoyuluşuna görə son dərəcə aktual bir istiqaməti – böhranı əhatə edir. İrəli qaçıb deyim ki, yaxın dostumuz və Marketinq Forumun həmtəsisçisi olan Rafiq Vəliyev foruma özəl olaraq – “Böhrandan, Yeni dövrana” biznes kitabını dərc etdirir. Əminliklə deyirəm – kitab bestsellər olacaq.

Əziz oxucu, bu forum heç bir şəkildə Anar Bayramov, Rafiq Vəliyev tərəfindən təşkil edilmiş bir tədbir deyil. Biz sadəcə və sadəcə bu proseslərdən tezləşdirici rolunu oynamışıq, bu forum hamınındır, bu forum ölkəmizdə marketinqlə məşğul olan, məşğul olmaq istəyənlərin tədbiridir. MMF artıq bir brenddir. Necə ki, Marketinq AİR, necə ki, Facemark… eləcədə Milli Marketinq Forumu bir brenddir və bu brendi biz yaratsaqda… inanın ki, brend bizə məxsus deyil.

Forumda Sizdə iştirak edin, biletləri çox rahatlıqla Cinema Plus kassalarından və ya sadəcə onlayn sifariş verə bilərsiniz. Bu dəfə forum düşündüyünüzdən 2 dəfə yaxşı olacaq!

ƏLAVƏ OXUMAQ ÜÇÜN: