image_pdfimage_print

Dünən reqionda olan mağazalarımıza görə illik Vergi yoxlamasına çağırmışdılar (sağ olsunlar!).  Daha doğrusu bir aydı cağırırdılar, məndə o böyük günün, bugünə təsadüf etdi. Bu tip işlərlə bir-başa özüm məşğul olduğum üçün Vergi İdarəsinədə özüm getmişdim. Hər il mən gedirəm. Əlbəttə, ölkə olan iqtisadi durum bu il “yumşaq” desək yaxşı olmadığı üçün hər bir tipik kiçik və orta sahibkar kimi… 2-3 dənə dəsmanla getmişdim Vergilər İdarəsinə!) Elə içəri keçmişdim ki…

… şöbə rəhbərlərindən dostumuz məni salamladı. “İlkin müəllim xoş gəlmisiniz! Qeydiyyatdan keçin, gəlin içəri”. Təbii ki, qeydiyyatdan keçib içəri keçdim. Otaqda salamlaşandan, ölkədə olan vəziyyət, ümumixalq dərdimiz Qarabağ haqda, “azon qatının cırılma” təhlükəsi, kürəsəl istiləşmə və s. qlobal problemlərdən danışdıqdan sonra… başladıq əsas məsələyə.

Vergidə olan şöbə rəhbəri məni çox intizarda saxlamadan… “Heç olmasa keçən ilki qədər verə bilirsizmi!?” tipində sual verdi (sağ olsun!). Məndə əlbəttə “ev tapşırığı” kimi hazırladığım uzun və təsirli nitqimə başladım… ölkədə olan vəziyyətin mebel sektoruna təsiri, satış dövriyyəmizin 5 dəfə düşdüyünü (!) və bununla paralel dövriyyə 5 dəfə düşdüyünə baxmadan mənffətliyimiz tam olaraq 2 dəfə “minusa” getdiyini, buna baxmadan işçiləri əlimizdə saxladığımızı və gələcəyi nikbin baxdığımızı dedim.

Dedim: “… müəllim, mənim bu biznesdə yeganə gəlirim işçilərdir. Onlara saxlamaq, mağazaları bağlamamaq üçün güclü çalışırıq keçən illərlə müqayisədə 3 dəfə daha məhsuldarıq.” Sonrada dedim ki, “Vergilərdən çox razıyıq. Onlar bizə çox kömək edir.” İnanıram ki, Sizdə bizi başa düşəcəksiz.

Şöbə rəhbəri 1-2 dəfə sağdan, soldan üstümüzə gəlmək istəsədə (əlbəttə gəlməlidir, mən dərinə gedəndə Vergi işçilərinə qarşı simpatiyam var) “ev hazırlığımın” güclü olduğunu hiss edib, məni rəislə görüşdürməyə gərara gəldi. Reqional Vergi İdarəsinin rəisi ilə daha əvvəl heç görüşməmişdim, özüm üçündə maraqlı idi – görüm necə bilirlər!? Nə gizlədim, sırf idman maraqlarım var idi…

Rəisin otağında görüş çox səmimi oldu. Bu dəfə danışıq daha sadə idi. Şöbə rəhbəri bizimlə otursada “təşəbbüsü” tam olaraq idarə rəisinə vermişdi. İdarə rəisi ilk olaraq “hücüm” strateqiyasını seçdi və “… onda başlayaq yoxlayaq, onda filan-şeyi filan edək” tərzində danışsada hiss edilirdi ki, çoxda özündən əmin deyil. Buna baxmayaraq, yaxşı ixtisas bilikləri olduğu hiss edilirdi. Onunla “evdə hazırladıqlarım” keçmədiyini görüb, yeni istiqamət seçdim.

Bu anda əmin olduğum bir şey yadıma düşdü – ən yaxşı müdafiyə yolu, düzlükdür. Başladım hər şeyi səmimi şəkildə deməyə. İdarə rəisi çox maraqlı bir yanaşması var idi. O deyirdi ki: “Əgər sahibkar vergini lazımı səviyyədə ödəmirsə, o fəaliyyət tam mənasızdır və heç kimə lazım deyil.”

Düşünürəm ki, yuxarıda deyilən məntiq ölkədə hər bir biznes adamı üçün əsas hesab edilməlidir. Sahibkar nə sosial məsuliyyətlə məşğul olmalıdır, nə özünü qurban kimi göstərməlidir nədə digər formada biznesi gizlətməlidir. Vergi verməyən sahibkarlara qarşı ictimai qınaq olmalıdır. Əminəm ki, dünyanın digər ölkələrində əgər hansısa kitab şəbəkəsi… “mən vergi vermirəm… “desəydi heç bir müştəri ondan alış-veriş etməzdi və s. Eləcədə digər biznes sahələrində.

Bir sözlə Vergi rəhbərinin məntiqi ilə tam razı idim və açığını desəm çox ədalətli hesab edirdim Vergi işçilərinin mövqeyini. Sonda hər iki tərəf üçün ortaq bir məxrəc tapa bildik və razılaşdıq. Bu görüşdən sonra özüm üçün bir neçə nəticə çıxardım və onları Sizinlə bölüşmək istəyirəm:

  1. Vergi işçiləri çox savadlıdırlar. Vergi işçiləri gündən-günə biznesi daha yaxşı bilir. Onların yaxşı təhlil qabiliyyəti var. Bu o deməkdir ki, onlarla danışmaq üçün eyni qaydada bilikli olmalısan.
  2. Sahibkara hörmət çoxalıb. Əgər əvvəllər sahibkar anlayışı məmurdan çox aşağı edisə bügün vergi işçiləri və ya digər məmurlar sahibkarlarla hesablaşırlar. Əlbəttə burda sahibkarın özündəndə çox şey asılıdır.
  3. Vergi ödəmək hər bir sahibkarın borcudur. Dostlar Vergi ödəməkdən yayınmaq yaxşı hal deyil. Bizneslə məşğul olan adam Vergi ödəməkdən həzz almalıdır. Necə ki, pul qazanır, eləcədə vergi vermək şərtdir.
  4. Vergi işçiləri ilə danışıqları hazırlaşın. Mütləq və mütləq vergi işçiləri ilə görüşə gedənda hazırlıqlı olmaq lazımdır. Başa düşmək vacibdir ki, onların məqsədi sənin biznesini batırmaq deyil və s.

Əziz oxucu, ətrafınızda olan sahibkarları mütləq və mütləq vergi ödəməyə dəvət edin. Birdə əmin olun, o sahələr ki, Vergidən azad olur, inkişaf edə bilmir. Özünüz baxın… Kənd təsərrüfatı… görün necə bərbad vəziyyətdədir. Vergi vətandaşın təminatıdır və Vergidən yayınan sahibkar əmin olun, öz gələcəyinə balta vurmuş olur.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Obyektivliyinizə görə təşəkkürlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close