image_pdfimage_print

27-28 may, Azərbaycanda ən böyük Marketinq Tədbiri olan Milli Marketinq Forumu IV – keçirilir. Artıq dördüncü il, biz tədbirin formatını dəyişmədən Cinema Plus – 28Mallda edirik. Hər biriniz dəvətlisiniz. Biletləri kinoteatr kassalarında almaqla yanaşı, rahatlıqla öz ofisinizə sifariş verə bilərsiniz. 2016-cı ildə olan forumun konsepsiyası son dərəcə maraqlıdır – Böhrandan Yeni Dövrana. Daha doğrusu Milli Marketinq Forumunun əsas mövzusu böhrandan çıxma yollarıdır. Yəni…

… biz bu forumda ölkə iqtisadiyyatının böhranlı dövrlərində marketinqin böhranla necə mübarizə apardığını, biznesin böhrandan necə istifadə etməsini və yeni dövrana (işıqlı dövrana) çıxmaq yolları barədə söhbət etmişik.

Bu il keçirilən Milli Marketinq Forumu özündə bir neçə inqilabı yenilikləri birləşdirir. Bu yeniliklər barədə Sizi məlumatlandırmaq istəyirəm. Amma buna etməmişdən əvvəl deməliyəm ki, iki günlük tədbirdə iştirak qiyməti cəmi-cümləti 30 manatdır. Siz 30 manat xərcləməklə 2 gün ərzində ölkədə marketinq adını edilənlər barədə tam məlumatlı olacaqsınız. Keçək yeniliklərə:

YENİLİK #1 – Forumun konkret problemin həllinə yönəlməsi. Əgər əvvəllər bizim seçdiyimi mövzular daha çox ümumi makro-səviyyəli olurdusa, bu il biz biznesə daha yaxın olmağı düşündük. Azərbaycanda olan bütün bizneslər bügün böhran problemləri ilə üz-üzədirlər və Milli Marketinq Forumu – Böhrandan Yeni Dövrana konsepsiyasına xidmət edir.

YENİLİK #2 – Spikerlərin xüsusi seçimi. Əgər daha əvvəl biz forumda yalnız marketoloqları çıxış etmək üçün dəvət edirdiksə bü il biz marketinqlə əlaqəli sahələrin tanınmış spikerləri dəvət etmişik. Burada əsas məqsəd marketinqə kənardan baxmaq, biznesi böhrandan çıxarmaq üçün öz peşələrində ciddi uğur qazanmış insanların təcrübələrini eşitmək çox faydalı olar. Spiker siyahısı ilə buradan tanış ola bilərsiniz.

YENİLİK #3 – Keçirilmə vaxtları. Biz hər dəfə Milli Marketinq Forumu edəndə bəzi iştirak etmək istəyən dostlar 2 iş günü forumun olmasından şikayət edirdilər. İki gün işdən qalmaq çətin olduğu üçün əlbəttə forumda iştirak etmək çətinləşirdi. Bu dəfə sözü gedən problem tam həll edilib. Forum beşinci və altıncı günə düşür. Beləliklə Sİz işdən cəmi 1 gün qalmış olursunuz. Bu iştirak üçün superdir!

YENİLİK #4 – Foruma yönəli kitab. Əgər daha əvvəllər biz forumlarda marketinq haqda kitablar dərc edirdiksə, bu dəfə forumun adına uyğun olaraq kitab dərc edilir. Dostumuz Rafiq Vəliyevin konkret forumun spesifikasına uyğun olan kitabı – Böhrandan yeni dövrana öz işıq üzünü görəcək. Bu o deməkdir ki, bizim Milli Marketinq Forumunun özünə xas olan və ölkədə böhranın bügün ki, vəziyyətinə xas olan kitabı olacaq.

Əziz oxucu biz bu yeniləklərdən saatlarca danışa bilərik amma hesab edirəm ki, bu yenilikləri bir dəfə özünüzün gəlib görməyiniz kifayət edəcək. Bizim məqsədimiz çox sadə və lakonikdir – Biz ölkədə marketinqin marketinqini düzgün və sistemli formada həyata keçirməliyik. İstər mənim, istər Anar və ya Rafiq müəllimin həyatda qazandıqlarında marketinqin rolu son dərəcə böyükdür. Biz marketinqdən qazandıqlarımızı geriyə, marketinqə qoymaqdan həzz alırıq. Bəlkədə buna görə təməli Marketinq AİRlə qoyulan fəaliyyət həyata bügünə qədər uğurla həyata keçirilir!?

Bir vaxtlar bizim Forumun keyfiyyətindən narazı qalanlar bügün Milli Marketinq Forumundə spiker kimi çıxış etməkdən ötrü can atırlar. Can atırlar?! Yooox, bunu cani dildən istəyirlər. Bizim bu insanlara qarşı hər zaman qolumuz açıqdır. Biz kin saxlamırıq, birdə bu tip işlərdə kin ola bilərmi!? Əlbəttə, bizim heç kimi qarşı kinimiz yoxdur. Açığı desək buna vaxtımızda yoxdur.

…və ya bəlkədə bilirsiniz, bu il Milli Marketinq Forumunun kreativ konsepsiyası McCann Ericksonda olan dostlarımız tərəfindən həyata keçirilib. Yolun ortasında “reklamçılar” başladılar ki, ay filan loqo belədir, ay filan loqo hələdir və s. Biz nə dedik!? Biz dedik – İt Yürər – Karvan keçər! Bizim cavabımız gördüyümüz işlərdir.

Hərdən mənə deyirlər: “filankəs Sizin haqqınızda belə-belə… sözlər dedi. Məndə deyirəm ki, mən 100dollar deyiləm!” Bu çox təbiidir. Bizi tənqid etmək istəyən şəxslərə qarşı demək istədiyimi çox sadə bir söz var… Biz sözümüzü işimizlə deyirik!

Əlbəttə, əlbəttə Sizdə bilirsiniz ki, belə tədbirlər keçirmək nə qədər çətindir. Sizdə bilirsiniz ki, 2 günlük tədbir üçün 30 manat… sadəcə gülməli qədər ucuz qiymətdir. AMMA biz bunu pul qazanmaq üçün etmirik. Biz bunu boş-boş danışıq ölkəmizə pisləyən kütlədən fərqli olaraq nesə etmək, millətimiz üçün nədəsə faydalı olmaq üçün edirik. İnşallahda daim etməyə çalışaceyik.

Sizləri bizim tədbirlərdə görmək hər zaman olduğu kimi, Forumdada çox xoşdur. Biletləri almaq üçün sifariş nömrəsini bir daha qeyd edirəm – 055 793 97 79 (Günel Muradzadə).

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close