#MMF2016 & Azərbaycanda Marketinq

Ölkənin ən böyük marketinq tədbiri olan Milli Marketinq Forumu artıq dördüncü dəfə həyata keçirildi. Təbii olaraq biz bu forumdan sonra Azərbaycanımızda marketinqin vəziyyəti barədə düşündüklərimizi Sizinlə paylaşmaq istəyirik – Ölkəmizdə Marketinqin vəziyyəti necədir?

Əziz oxucu, fikirlərimiz Sizlərə “qurtum-qurtum” demək üçün istəyirəm yazımı 3 hissəyə bölüm:

  1. Milli Marketinq Forumunun Statistikası. Burada biz MMF yaxşı və ya pis keçirilməsi ilə bağlı göstəricilər barədə məlumat verəcəyik, forumu keçən ilin eyni dövrü ilə müqayisədə təhlil edəcəyik.
  2. Milli Marketinq Forumun panellər üzrə təhlili. Burada biz MMF-də bu il olan panelləri təhlil edəcəyik, nəyi – necə etdik. Spikerlərimiz necə oldu.
  3. Milli Marketinq Forumunun pərdə arxası. Burada biz MMF-dən kənarda olan məsələlər barədə Sizinlə səmimiyyət edəcəm.

Hətta istəsiniz bloq postu bir neçə günədə oxuya bilərsiniz! Beləliklə… başlayaq.

Milli Marketinq Forumunun Statistikası. Mən riyaziyyat elmini çox sevirəm, ən azı ona görə ki, burada nəyisə çox səliqəli etmək deyil, məhz düzgün etmək lazımdır. Riyazi düşüncə əsasında biz istənilən məsələ barədə fikir sahibi ola bilirik və “marketoloq” bu zaman çox danışa bilmir. Milli Marketinq Forumunun bəzi statistikasını Sizlərə təqdim etmək istəyirəm.

  • İştirakçı sayı. Bu il biz Milli Marketinq Forumu üçün biletlərdə yerlərə göstərmədik. Məntiq çox sadə idi – bəzi insanlar forumun hansısa panelində iştirak etmək istəyirdi, bəziləri isə digərində… nəticədə biz “yerli” biletlər təklif etsəydik, çoxlu dostlarımız forumda iştirak edə bilməyəcəkdi. Həmçinin biz Cinema Plusla danışıq təxminən 50 ədəd əlavə oturacaq qoyduq… nəticədə bu il, böhran dövründə Milli Marketinq Forumunda rekord sayda (!) iştirak qeydə alındı. Bütün biletlər Cimena Plus vasitəsi ilə işirakçılara təqdim edilirdi və nəticə etibarı ilə MMF2016-da MMF2015lə müqayisədə iştirakçı sayında 70%, şirkət sayında isə 45% artım qeydə alındı.
  • Kitablar. Milli Marketinq Forumunda bu dəfə biz 5 kitabla təqdim edilirdik. Biz bu ənənəyə 2015-ci ildən başlamışdıq. O dövrdə Sizlərində oxuduğunuz 360 dərəcədə brendinq kitabı ilk dəfə olaraq Milli Marketinq Forumunda təqdim edildi. Biz o vaxt 100-dən çox kitab satmışdıq və bizə elə gəlirdi ki, guya biz rekord nəticə əldə etmişik… AMMA və LAKİN bu il olan Milli Marketinq Forumu sübüt etdi ki, bu heçdə rekord deyil. MMF2016 biz 5 kitabla təqdim edildik (360 dərəcədə brendinq, Bügünün Marketinqi, Biznes nə istəyir, Böhrandan yeni dövrana və AİR məzunu dostumuz Pərviz Əzimovun yazdığı – Rəqəmsəl Marketinq Bələdçisi) və 2 gün ərzində 300-ən çox kitab satıldı!
  • MMF və KİV. Milli Marketinq Forumu bu dəfə sözün əsl mənasında ölkə səviyyəsində hadisə qədər işıqlandırıldı. Bir ay ərzində Marketinq Forumu barədə ölkənin kütləvi informasiya vasitələrində 60-a qədər press-reliz, informasiya xarakterli məlumat dərc edildi. 3 radioda çıxışımız oldu, TV-də reportajlar və sosial şəbəkədə demək olar ki, hamı Milli Marketinq Forumu barədə məlumat aldı. Bu o deməkdir ki, Marketinqin marketinqi çox yüksək səviyyədə təşkil edilmişdir. Həmçinin bu #MMF2016 haştağı ilə rekord sayda (500-ən çox) Twitter atıldı.
  • Təşkilatı məsələlər. Bu il Milli Marketinq Forumu kamera ilə “silahlandırılmışdı”. Forum zamanı, 3 bir-biri ilə heç bir əlaqəsi olmayan foto-studio bizi çəkdi, Antaris, Konsis və Azerizone olanda dostlarımız isə digər texniki imkanlarını sərgilədilər. Həmçinin bu il, Cinema Plusda forumu yüksək səviyyədə hazırlaşmışdı. Bu həm işıq, həm səs, həm prezentasiyanın görüntüsündə hiss edilirdi. Sizə deyim ki, bu il keçən illərlə müqayisədə 2 dəfə daha çox texnikadan istifadə etdik. Nəticələr göz qabağındadır!

Milli Marketinq Forumun panellər üzrə təhlili. Hər il olduğu kimi bu il bizim 6 panelimiz var idi. Bu panellərdən Milli Keyslər, Marketinq Kommunikasiyaları bizim “köhnə” panellər olsada digər 4 panel tamamiylə yeni formada təqdim edilirdi. Forumun ana konsepti olan böhran anlayışı barədə idi. Hər bir panel barədə fikirlərimiz paylaşım.

Birinci panel – Böhran dövründə marketinq strateqiyaları. Moderatoru forumun təsisçilərindən olan dostumuz Anar Bayramov olan panel son dərəcə aktual mövzuya həsr edilmişdi. Spikerlərdən Firdovsi və Cəbrayil müəllimin çıxışları son dərəcə xoşuma gəldi. Fəxrinin biznesin yaşının cəmi 2 yaş olduğuna dair tezisi maraqlı səslənsədə, məncə doğru deyildi, çünki devalvasiyadan əvvəldə Azərbaycanda ciddi bizneslər qurmuş insanlar var və onlara hörmək etmək lazımdır. Amma ümumi olaraq Fəxri Ağayevin savadı, dünya görüşü və spiker bacarıqları nəticəsində çıxışı maraqlı oldu. Ümumi olaraq panel yaxşı idi.

İkinci panel – Marketinq Kommunikasiyaları. Panel tam istədiyimiz formada olmada. Burada Elnur bəyin çıxışı son dərəcə həvəslə dinlədim, bildiyini və etdiyini sərbəst formada izah edirdi.

Üçüncü panel – Rəy liderliyi və bloqçuluq. Bu bizim forumun tam yeni məhsulu idi. Düşünürəm ki, burada olan iki xanım spiker son dərəcə maraqlı danışırdı. Ramin və Davud bəyin danışıqları açıq şəkildə yazarlıqları ilə müqayisədə geriyə qalırdı…

Dördüncü panel – Milli Keyslər. Bu panelə mən moderatorluq edirdim və son bir həftədə 2 spikeri tam dəyişdik (İdeal Parfumeriya və Slavyanka suları) və hesab edirəm ki, məhz bu dəyişikliklərə görə panelimiz forumda ən çox bəyənilən panellərində başında idi. Bizim spikerlərdən Zaur müəllim Cinema Plusun rebrendinqdən, ümumi strateqiyası, məhsullarından danışdı. Maraqlı idi. Murad Kərəmov – Turizm.az şirkəti və ümumi ölkəmizdə olan turizm vəziyyətini yaxşı izah etdi. İsmayıl müəllim Neyron şirkətindən, Müşfiq isə FMCG olaraq son trendlərdən danışırdı.  Dostumuz Pərviz Azerelli isə, Crazy İnnovation şirkəti olaraq “made in Azərbaycan” brendinin güclənməsi üçün lazımı addımlardan danışdı. Maraqlı oldu məncə.

Beşinci panel – Rəqəmsəl marketinq. Moderatoru bizim gənc və son dərəcə istedadlı AİRçi dostumuz olan Aysel Cəbrayilova olan panelin spikerlərindən yalnız və yalnız Perviz xoşuma gəldi. Digərləri ümumiyyətlə danışıq qabiliyyətləri aşağı görünürdülər. Amma… nəzərə alsaq ki, ölkəmizdə dijitalda… olan spikerlər yaxşı spikerlər deyillər… deməli bu panel əslində yaxşı oldu.

Altıncı panel – Şəxsi brendinq. Burada əlbəttə, ulduzlar paneli olduğundan məsələ son dərəcə qorxulu idi və gözlədiyimiz kimi oldu, panelin ulduzu olan Nərgiz Cəlilova – 3, Murad Dadaşov – 4, içlərində ulduzluq xəstəliyinə ən az tutulmuş Doktor Ziya isə – 5 balla qiymətləndirilə bilərdi. Amma Sizə deyim ki, ulduzlar paneli çox maraqlı keçdi, çünki hər 3 spiker AS formada danışırdılar.

Milli Marketinq Forumunun pərdə arxası. Əziz dostlar, hər il biz Milli Marketinq Forumunun hazırlıöı fevral ayından başlayırıq. Başqa sözlə desək, hazırlıqla işin həyata keçirilməsi arasında 4 ay vaxt gedir. 2 günlük forum üçün biz dörd ay hazırlaşırıq. İş görmüş, savadlı dostlarımız bilir ki, hansısa bir böyük tədbirin keçirilməsi necə çətin və vaxt aparan şeydir. Birdə diqqət edin… bu forumu biz üçümüz edirik və adamlara baxın… Anar Bayramov – DemirBank marketinq direktoru, MBA müəllimi, Rafiq Vəliyev – Gilan FMCG strateji marketinq direktoru, MBA müəllimi, mən – Mənidə tanıyırsızda… bir sözlə bizim heç birimizin əsas işi bu deyil, bizim bu işlər üçün demək olar ki, vaxtımız olmamalıdır. AMMA biz öz enerjimizi, vaxtımızı Milli Marketinq Forumuna verməyə hazırıq və Qurban olduğumuzu min şükür, ildən-ilə Sizə daha keyfiyyətli Forum təklif edirik… cəmi-cümlətəni simvolik bir rəqəmi – 30 manat!!! Milli Marketinq Forumu heç zaman kommersiya tədbiri olmayıb, biz sadəcə bu tədbirlə ölkəmizdə marketinqin inkişafı üçün hərəkət edirik… yoxsa inanın mənə heç birimizin saatını dəyəri bu deyil!))

Çox zaman bəzi “ağzı göyçək”lər deyirlər: “Forumdan hamı öz şirkətini reklam edir…”, “Forumdan heç öyrənə bilmədik…”, “Forumda filən spiker pis idi” və s. İcazə versəniz bu suallara pərdə arxasından cavab verim…, çünki bu adamların heç biri bizimlə bir-başa danışmağa cəsarəti çata bilməz.

Birincisi – dünyanın istənilən ölkəsində… marketinq forumunda spikerlər öz şirkətlərindən danışırlar, özlərini və şirkətlərini reklam edirlər. Bu çox təbiidir. Başqa cür olada bilməz! Mən marketinq direktoru işlədiyim vaxtlar dünyanın müxtəlif ölkələrində keçirilən marketinq forumlarında olmuşam, indidə Marketinq sahəsində İqtisad Elmləri namizədi olaraq çox saylı elmi forumlarda iştirak edirəm və Sizə əminliklə deyirəm ki, hamı öz şirkətindən danışır… necədə ola bilər!? Amma biz bu şirkətlərin etdiklərini dinləyərək öz biznesimizdə eyni şeyi tətbig etmək barədə düşünməliyik. Coca-Cola gəlib… mühazirə deyəsi deyil ki!? Bu təbii ki, gəlib bizə Coca-Colada olan keyslərindən danışaceyik, məgər bu reklamdır!? Belə çıxır ki, bunu deyənlər sadəcə ömürləri boyu, xarici forumlarda olmaıblar, ya da sadəcə ağızları boş qalmasın deyə danışırlar.

İkincisi Forum təlim deyil. Biz başa düşməliyik ki, forumda insanlar öyrənməyə gəlmir, nədə heç kim onları öyrətmək istəmir. Forum həmçinin Milli Marketinq Forumu biznes əlaqələr qurmaq, kolleqalarının etdiyi dinləmək üçün yer hesab edilməlidir. Burada spikerlər çıxıb öz uğur və (və ya) uğursuzluqlarından danışırlar. Kimlərsə yaxşı, kimlərsə pis. Məgər MarketingOne və ya digər forumlarda bütün spikerlər super olur!?

Üçüncüsü forumda olan spikerlərin səviyyəsi ölkədə marketinqin səviyyəsinə düz mütanasibdir. Spiker zəifdirsə, deməli ölkədə marketinq zəifdir və ya elə zəifdir deyən adam zəifdir. Necə deyərlər uzaqdan meydan boş görünür… Əzizlərim Sizdə edin… təsəvvür edin ki, dörd il ərzində bir nəfərdə olsun, bizdən başqa, Marketinq AİR-dən başqa marketinq sahəsində aktivlik etməyib. Ölkədə yalnız bir forum olduğuna görə, ölkədə yalnız bir marketinq aktivliyi olduğuna görə, hamı hər şeyi Marketinq Forumundan istəyir. Əslində bir təşkilatçı olaraq bu bizi sevindirir… AMMA hər şeyə bir-az realist yanaşmaq lazımdır.

Çox təəsüf ki, bizdə son vaxtlar danışmaq etməkdən daha çox dəbə minib, lakin məndən Sizə bir məsləhət – Danışanlar heç vaxt, edənlərdən önə keçə bilməzlər. Marketinqdə, biznesdə… əsas nəticədir  – Milli Marketinq Forumu, Marketinq AİR, Facemark… ortaya nəticələr qoyur. Nəticə…

Bizim gücümüz çox sadədir, bu nəticələri edə bilmə səbəbimiz çox sadədir, biz marketinqi çox sevirik, ətrafımızda olan dostlara hörmət edirik və işləyirik, digərlərindən daha çox, daha həvəslə…

Sizlərə söz veririk ki, 2017-ci ildə, Milli Marketinq Forumu bu il ki, forumdanda yaxşı olacaq… hələlik isə Dijital Marketinq Forumuna hazırlaşın!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN: