image_pdfimage_print

Əziz oxucu, həyatda bəzi insanlar var ki, öz işləri ilə sözü gedən məsələyə bir növ damğa vurublar. Elə düşünmək olar ki, bu işi bir növ bu adamlardan yaxşı edən olmaz. Bütün sahələrdə və ölkələrdə olduğu kimi, Azərbaycan marketinqindədə bəzi insanlar (menecerlər) var ki, bu adamlar öz əmək fəaliyyətləri ilə bir növ sözü gedən şirkətin (brendin) uğuruna damğalarını vura biliblər. Bu yazıda istəyirəm, Azərbaycanda olan məhz bu marketoloqların adlarını açıqlayım. Olar?!

Yuxarıda qeyd etdiyim kimi, bu məsələ bütün insan fəaliyyətində var. Məsələn incəsənət xadimlərindən…

Qədir Rüstəmov – Xarı Bülbullər, Rəşid Bəhbudov – Lalələr, Şövkət Ələkbərova – Dərələr və s. Eyni şey digər peşələrdədə var. Marketoloqlarda burada istisna deyil. Bəzi marketoloqlar var ki, çalışdıqları şirkətlərdə o qədər böyük işlər görüblər ki, onlar artıq bu şirkətdə işləməsələr belə… eyni şirkətin marketinqi adı gələn kimi, ağıllarda bu insanlar olurlar!

Marketinq direktoru işlədiyim vaxtlar aktiv şəkildə xarici şirkətlərin marketinq direktorlarını (əsasənda Rusiya və Türkiyyə) fəaliyyətlərini yaxından izləyirdim. Məndə onlar kimi olmaq istəyirdim və təbii olaraq özümə “müəllim” götürmüşdüm. Bir vaxtlar kumir rolunda qəbul etdiyim marketinq direktorları var idi: Andrey Rukavişnikov – Baltika şirkətlər qrupunun marketinq direktoru. Serqey Pevnev – Samsung Russiya marketinq direktoru və s. Bəs Azərbaycanda?!

Siyahıya keçməzdən əvvəl Rəhim müəllimi yad etmək istəyirəm. Rəhim Huseynov – Azərbaycan Marketinq Cəmiyyəti. Allah Rəhim müəllimə rəhmət eləsin, onun şəxsi əməyi nəticəsində Azərbaycanda marketinq daha çox inkişaf etməsi ilə yanaşı, məhz marketinq cəmiyyətinin yaranması və inkişafıda rəhmətliyin adı ilə bağlıdır. Rəhim müəlllim sözün həqiqi mənasında Azərbaycan Marketinq Cəmiyyətinə öz damğası vura bilib. Allah rəhmət eləsin.

Azərbaycanda öz iş fəaliyyəti ilə çalışdığı şirkətə yaxşı mənada damğa vurmuş marketoloqlar aşağıdakılardır:

Vacib qeyd: burada olan marketoloqların adları mənim sırf bazarda olan müşahidələrimdir. Subyektiv. Mən hesab edirəm ki, bu adları çəkilən şəxslər öz iş fəaliyyətlərində həqiqətəndə güclü marketoloqlar olublar və onlardan sonra heç kim bu şirkətin marketinqində daha üstün nəticə göstərə bilməyib.

  • Teymur Məmmədov – Çüdo Peçka. Teymur müəllim sözün həqiqi mənasında Çudo Peçka brendinə nəfəs verən dahi marketoloqlardandır. Mən bu brendi Teymur müəllimdən başqa heç kim tərəfindən bu qədər inkişaf etdirəcəyinə inanmıram!
  • Məmməd Rza Həbibzadə – DNS (Bank of Baku). İran vətandaşı olan bu dahi marketoloq Azərbaycanda marketoloqu var edin ilk şəxslərdəndir desək heç yanılmarıq. Məhz Məmməd Rza bəyin tələbələri bügün ölkəmizdə olan bir çox böyük şirkətlərdə yüksək vəzifələrdə çalışır. Məncə DNS şirkətinə, Bank of Baku məhz Məmməd Rza bəyin damğası var.
  • Rüstəm Məmmədov – Hyundai Azərbaycan. Rüstəm ölkəmizdə olan ilk və gənc marketinq direktorlarındandır və Hyundai brendinin Azərbaycanda lider mövqedə olmasında rolu son dərəcə böyükdür. Rüstəmdən sonra heç kim, Azərbaycanda Hyundai brendinin marketinqi onun kimi apara bilməyib. Rüstəm bu markaya Azərbaycanda damğasını vurub!
  • Rafiq Vəliyev – İdeal Parfumeriya. İndi dostumuz digər şirkətdə işləsədə… indi İdealın marketinq direktoru başqa adamlar olsalarda, hamı bilir ki, İdealın, İdealın marketinqi məhz Rafiqin dövründə olub və bundan sonra olubmu!? Bilmirəm. Amma bilirəm ki, Rafiq İdeala tam olaraq damğasını vurub!
  • Ramin Vəliyev – Unibank. Raminin tipindən heç xoşum gəlməsədə, haqq üçün deməyi özümə borc bilirəm ki, ölkəmizdə ən güclü bank marketinqi etmiş insan mənim gözümdə Ramin olub. Ramin Unibankda işlədiyi dövrlərdə tam olaraq bu brendi güclü edib və öz damğasını yaxşı mənada vurub Unibanka. Ramindən sonra heç kim onun yerini tuta bilməyib.
  • Anar Bayramov – AzGranata Distribyutorluq. Dostumuz, AzGranatada işlədiyi vaxtı şirkətin tam olaraq satış sistemini qura bilib. Anar indən sonra çox yerdə işləyə bilər, amma əmin olun, o AzGranataya öz damğasını vura bilib.
  • Vüsal Nağıyev – KapitalBank. Vüsal əlbəttə bank sektorunda çox işləyib, amma əminliklə deyirəm ki, Vusalın karyerasında ən pik nöqtələr məhz Kapitalda olduğu vaxtlarda olub. Vacib deyil, indi Vüsal nə işləyir… vacib odur ki, Kapital Bank marketinq dedikdə ilk ağla gələn adam Vusal olur.
  • Azmi Arslan – Azersun. Azmi bəyə qədər Azersun demək olar ki, marketinq simasız idi. Məhz Azmi bəy öz gəlişi ilə şirkəti sistemli marketinqə yönləndirə bildi. Azmi bəy bügün Azərbaycandan getsədə hesab edirəm ki, Azersun şirkətinə öz damğasını vurmuş insanlardandır.

Əziz oxucu, bu siyahını uzatmaq olar… amma əsas olan odur ki, güclü marketoloq mütləq və mültəq özünün marketinqi edə bilməlidir. Necə deyərlər, özünün marketinqi edə bilməyən adam heç vaxt şirkətin marketinqi edə bilməz.

Yuxarıda adlarını çəkdiyin marketoloqları tanıyın, onlar kimi deməyik amma onlardan ibrət alın, söz verirəm çox faydalı olacaq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Salam.Deyerli yazilariniza gore minnetdaram.Arzu ederdim ki, Sizi shirketimizin qonagi olasiniz. Bu menim ucun cox ehemiyyetlidir. Lutfen arzumu qebul edin. Men sevinirem ki sizin kimi ziyalilarimiz var.Elaqe nomrenizi mene yazmanizi xahish edirem.
    Böyuk saygilarimla cavab gozleyirem.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close