image_pdfimage_print

Əziz oxucular, bügünlərdə Elmlər doktoru proqramı üzrə yazacağım mövzu ilə bağlı pərakəndə ticarəti sənaye olaraq müqayisəli təhlilil edirəm. Daha doğrusu ölkəmizdə olan ticarət mühitini təhlil etmək xarici ölkələrin təcrübəsini öyrənməyə çalışıram və bir məsələnin şahidi olmuşam. Ölkəmizdə yeni biznes üçün çox saylı tutulmayan “niş” ticarət üsulları var. Bunlar hansılardır və ya yeni biznes üçün hansı ticarət istiqamətləri daha maraqlıdır!?

Bu sullara keçməzdən əvvəl qeyd etməliyəm ki, bloqumuzun oxucularında mütəmadi olaraq bizə “hansı biznes istiqamətlər Azərbaycanda boşdur…” tipində sullar gəlir. Biz daha əvvəl bu istiqamətdə silsilə yazılar yazmışıq, məsələn İnternetdə hansı yeni sahələr var, adlı məqaləmiz və s. Çox sevindirici haldır ki, bizim bloq postlar yalnız mövcud biznesi olan sahibkar üçün deyil, həmçinin yeni biznes qurmaq istəyən adamlarada faydalı olur. Bu o deməkdir ki, biz düzgün yoldayıq. Bu o deməkdir ki, bizim bloqu oxuyurlar, bizə inanırlar. Sağ olun dostlar, sağ olun ki, bizim bloqu oxuyursunuz… neysə, keçək əsas məsələyə!)

O gün, online.az saytının ofisinə gedib, yeni layihəmiz üçün domen adları alırdım. Ofisə təzə girmişdim ki, kompyuterdə oturan qardaş mənə çönüb: “Siz, İlkin Manafovsuz?” dedi, məndə “Bəli…” cavab verdim. Qardaş əlavə olaraq: “Mən Sizin bloqunuzu mütəmadi oxyuram və orda olan ideyalar çox xoşuma gəlir. Burda olmağımda təsadüfi deyil, Sizin yazdığınız interdə biznes yazısına əsasən, domen alıram və saytımız artıq hazırdır. İdeya tam Sizindir, halallığınızı verin…” dedi. Məndə dedim ki, qardaş ideya-zad mənim deyil, Siz edirsinizdə ideyada Sizindir, bərəkətidə Sizin olar inşallah.”

Saytın adını Sizə deməyim, nə qədər olmasada qardaş özü bilir… AMMA Sizə deyim ki, ürəyimdə çox sevindim. Sevindim ki, bizim bloqu, Səndən və məndən başqada kimsə oxuyur!)) Düzdür, düzdür, deyirlər ki, bizim bloq ana dilimizdə ən çox kontenti olan və oxunan biznes bloqdur. AMMA yenədə bunu real işdə görmək bizi hər zaman sevindirir…

Biz hesab edirik ki, ölkəmizdə pərakəndə ticarətin aşağıdakı kateqoriyası demək olar ki, inkişaf etməyib və bu istiqamətlər üzrə biznes qurmaq olar. Bunlar aşağıdakılardır:

  1. “Kateqori killər” formatı. Bu formatın məntiqi ondan ibarətdir ki, satış nöqtəsində konkret olaraq bir kateqoriyaya aid məhsullar təklif edilir. Pərakəndə ticarətin bu növü Avropa ölkələrində, əsasəndə Almaniyada çox geniş yayılmışdır, dm, Rossmann, Deicht kimi pərakəndəçi böyüklər bu formatdan mükəmməl istifadə edirlər. Müştəri ona lazım olan kateqoriyada məhsulu konkret tapmaq üçün bu mağazalara öz tutur, bir növ məhsul bolluğu və professional yanaşma onu məhz burada alış etməsinə təsir edir. Azərbaycanda istənilən sektor üçün belə kateqori killərlər təsir edici ola bilər.
  2. Ayaqlı mağaza, küçə ticarəti. Məlumdur ki, pərakəndə ticarətdə ən vacib elementlərdən biri yerləşmədir (ətraflı burada oxuyun). Məhz düzgün yerləşmə nəticəsində pərakəndə ticarət şəbəkələri uğurlu və ya əksinə uğursuz ola bilirlər. İndi düşünün ki, Siz əhali üçün lazım olan məhsulları küçələrdə, təkərli mağazalarla təklif edirsiniz. Bunun üçün sadəcə yerli icra hakimiyyəti orqanalarından vaxtında və düzgün icarə almaq lazımdır. Hal-hazırda Bakımızda bunu ilk dəfə olaraq səhv etmirəmsə alman fast-foodu təklif edənlər təklif edirlər. Düşünürəm ki, bu istiqamətdə ciddi yeniliklər etmək olar.
  3. Qibrit ticarət. Bu sahə nisbətən yeni olsada, Rusiyada bunu edən artıq ciddi şirkətlər var, məsələn, Юльмарт brendi konkret olaraq elektronika satışı belə təşkil edir. Məntiq çox sadədir, Siz onlayn sayt yaradırsız və saytda olan məhsulları həmçinin offlayndada xırda açdığınız yerdən sifariş etmək və (və ya) təslim almaq olur. Bu zaman internet mağaza inam daha çox artır, həmçinin alıcılar sırf məhsulları görmək üçün, texniki məlumat almaq üçün offlaynda yerləri olur.
  4. One Click Store. Bu ticarət növü əslində məntiqcə yeni hesab edilsədə sovet ticarət sistemində inkişaf etdiriləcək sistemlərdən biri hesab edilib. Məntiq çox sadədir, əgər müştəri Sizin mağazadan hansısa bir məhsul alırsa bu məhsulun istehlakı üçün lazım olan hər şeyi təklif edə bilmək. Məsələn, əgər Siz mebel mağazanız varsa, bu strateqiya Siz müştərinizə ev üçün hər şey təklif etmiş olursunuz. Avropada bu format hal-hazırda ən perspektivli sahələrdən hesab edilir. İnsan daha az vaxt sərf edərək bir yerdən lazım olan hər şeyi almış olurlar.

Əziz oxucu, unutmaq olmaz ki, pərakəndə ticarət olmasa ölkəmizdə heç bir inkişafdan söhbət gedə bilməz. Bazar iqtisadiyyatında istənilən sahənin drayveri məhz satış hesab edilir. Satış üçün isə, sistemli və düzgün təşkil edilmiş pərakəndə ticarət şəbəkələri yaradılmalıdır. Müştəri ilə brendin görüşdüyü yer biznesdə ən vacib nöqtə hesab edilir. Əgər bir vaxtlar insan brend deyildiyi zaman – məhsul haqda danışırlarsa, bügün brendin gücü onun satıldığı nöqtədir.

Bügün ölkəmizdə digər sahələrdə olduğu kimi… pərakəndə ticarətdə ümumi iqtisadi vəziyyətin zəifliniyi göstərir. Hələ bügünə qədər, ölkəmizdə reqional anbarı olmayan (!) gündəlik istehlak malları təklif edə bilən şəbəkə yoxdursa, deməli ölkəmizdə pərakəndəçilik inkişaf etməyəcək.

Biz hesab edirik ki, bugün Azərbaycanda olan pərakəndə şəbəkələri sistemli və intelektual sistem qurmuş şirkətlər hələdə yoxdur. Bizim şəbəkələr hələdə İRP sistemlərinə, anbar – logistika sistemi pul qoymaq haqda düşünmür. Bizə hələdə elə gəlir ki, ucuz buklet düzətməklə pərakəndə şəbəkə işlətmək çətindir.

Əziz oxucu, əgər PhD disserasiya mövzumuz mebel sənayesi idisə, bu dəfə doktorluq dissertasiyamız pərakəndə ticarət şəbəkələrinin brendinq amili üzərində inkişafı məsələləridir. Bir sözlə… pərakəndəçilik haqda çox danışmalı olacağıq. AMMA məncə dəyər, çünki ticarət olmadan heçnə olmaz!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. […] ilk baxışdan bu sistem əksinə işləyir… özünüz diqqət edin, ölkədə ən böyük pərakəndəçilər ya Neptun kimi eyni vaxtda bir neçə sahədə çalışır (Neptun və ya Soliton (hələ bu azmış […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close