image_pdfimage_print

Bügünlərdə təcrübəmizdə olan bir hadisə mənə əyani olaraq bir dərs verdi: “Biznesdə emosional davranmaq qətiyyən olmaz”. Çox banal səslənir bəlkədə, amma inanın ki, bəzi sadə həqiqətləri başa düşmək üçün onları mütləq real həyatında necə deyərlər “öz dərində” hiss etmək lazımdır. İstəyirəm mənim üçün dərs olan bir biznes keysi Sizinlə bölüşüm. Da, Sizdə gedib ordan-burda, danışmayın, öz aramızda qalsın, yaxşı?!

Çox zaman bizim yazıları oxuyan dostlarımızda belə bir fikir formalaşır ki, biz nəzəriyyənin biznes üçün əhəmiyyəti azaldırıq və s. Əslində biznesdə hansı daha vacibdir: Nəzəriyyə yox Praktika suallına bizim cavabımız bir mənalı olaraq praktikadır. Həqiqətəndə praktik zəkanın qarşısında heç bir nəzəriyyə dayana bilməz. Amma burda çox incə bir məsələ var. Biznesdə nəzəriyyə nədir!? Biznesdə nəzəriyyə bir vaxtlar kimlərinsə etdiyi və uğur qazandığı yolların, üsulların cəmidir. Başqa sözlə desək, biznesdə əslində nəzəriyyənin özüdə elə praktikadır.

Digər tərəfdən əgər biznesin yeni yaranma mərhələsində kimlərinsə etdiyi tam səhv ola bilərsə, biznesin cari fəaliyyətində digərlərinin təcrübəsini öyrənmək şərtdir. Digərlərinin təcrübəsi isə, biznesdə nəzəriyyə hesab edilir. Bu haqda buradan ətraflı oxuya bilərsiniz. Neysə… keçək danışacağımız mövzuya.

Deməli bizim bölgələrdə olan mağazalarımızın birinin yeri son dərəcə pis idi. Burada gələn adam sayı çox az idi və mağaza özü-özünü ancaq çıxara bilirdi. Əvəzində arenda yeri çox münasib qiyməti idi və yer yiyəsi (icarəyə verənlə) münasibətimiz çox yaxşı idi. Hər dəfə satışların aşağı olduğunu görəndə yerin dəyişdirilməsi məsələsi gündəmə gəlirdi… və bu suallın arqumenti olaraq mənə aşağıdakı şeyləri deyirdilər:

  • Yer yiyəsi (filankəs müəllim) yaxşı adamdır, hamı onu tanıyır, onun yerindən çıxmaq düzgün deyil. Aranızda dostluğunuz var…
  • Bu yerə bu qədər əziyyət çəkmisən… (həqiqətəndə hər ay bu yeri tanıtmaq üçün reklam xərci çəkirdi) bir-az səbrli olmaq lazımdır… düzələcək!
  • Arenda qiyməti burda çox münasibdir (həqiqətəndə qiymət yaxşı idi), burdan çıxıb bahalı yerə getsən, elə bilirsən yaxşı olacaq? Xərclərin artacaq, ilin-günün bu vaxtında xərc çoxaldarlar?
  • Eşi… yer söhbəti deyil. Adamlarda pul yoxdur, yoxsa camaat mebeldən ötrü hər yerə gedər, sadəcə dözmək lazımdır və s.

Nəticədə mən, bu yerdə düüüz 1 il dözdüm. Biznes nəticələri… bərbəd!!! İnanırsız, elə bir vəziyyətə gəlmişdim ki, mənim kimi, işinə vurğun olan adam, həmin mağazaya gedəndə yorulurdum, mənə elə gəlirdi ki, həqiqətəndə ölkədə böhran var, nə bilim devalvasiya olub, ölkədə müharibə şəraiti var və s. Bir sözlə tənbəllik etmək üçün bütün səbəblərim var idiki… günlərin bir günü, sonuncu damla olacaq bir hadisə oldu. Nə oldu!?

Bizimlə işləyən gənc dostlarımızdan biri mənə zəng etdi və dedi: “İlkin müəllim, əgər biz təcili olaraq bu yerdən çıxmasaq, inanın ki, bu mağaza Sizə böyük zərər vuracaq və mən Sizinlə işləməyəcəm”. Bu sözləri eşidib telefonda susdum… sonra dedim ki, əgər bu sözdəndə sonra mən mağaza yerini dəyişməsəm, bu mağazadan “çörək” gözləməyə mənəvi haqqım yoxdur və cəmi 15 günün içərisində mağaza yerini taaam dəyişdik.

Dostlar Sizə bir sirr açım, köhnə mağazada olan “tənbəl” kollketivdən əsər-əlamət belə qalmadı… bir vaxtlar işdən çıxarmaq istədiyim adamların Faydalı iş əmsalı 1 – 10 qalxdı. İnanın, bügün həmin mağazada olan kollektiv bizim ən həvəsli işçilərimizdir. Bu mağazaya girəndə işdən taaam kayf alıram. Bilirsiz, işdən kayf almasan, heç bir iş gedə bilməz.

Bunu mən Sizə niyə danışıram və burda öyrənməli nə var?! Əziz oxucu, inanırsız çox şey var. İstəyirsiz hissə-hissə Sizinlə bölüşüm?

  1. Pərakəndəçilikdə yer seçimi ən həll edici faktordur. Bunu məncə bütün kitablarda yazırlar, amma mən bu yer dəyişməsinə gədər bundan bu qədər əmin deyildim. Yer dəyişikliyindən sonra mağaza olan giriş sayı keçmiş yerlə müqayisədə 20 dəfə artıb. Bu o deməkdir ki, yeni mağaza açdığınız zaman ən vacib amil, traffikdir, arenda qiymətindən çox, ərazidə olan canlılığa fikir vermək lazımdır;
  2. Xırda dəyişikliklərlə uğur qazanmaq olmaz. Biz daha əvvəl, bu mağazanın işləməsi üçün çox saylı kampaniyalar etmişdik, çoxlu reklam edirdik… AMMA nəticə yox idi. Yer dəyişməsi ilə mağaza yenidən doğdu.
  3. İşçilərin motivasiya üçün rəhbər motivasiyalı olmalıdır. Rəhbər işçilər üçün “motor” roluna oynayır. Əgər o yatırsa, zəifləyibsə, təkər nə qədərdə yaxşı olsa, maşın getməyəcək. Biznesdə rəhbər daim motivasiyalı olmalı və ətrafına işıq saçmalıdır. Məcazi mənada!))
  4. Risk etməkdən qorxmaq ən böyük riskdir. Biz bir il ərzində risk etməkdən qorxdur. İl boyu, baha arendaya girmək istəmirdik və s. Amma məlum oldu belə etməklə biz daha çox zərər veririk. Əslində biznesdə zərərdən qaçmaq üçündə gərək investisiya qoyasan. Risk etmək lazımdır, biznes risk sözünün sinonimidir. Bunu etməsək, ciddi problemlərimiz olacaq.
  5. Böhran, devalvasiya və s. sadəcə və sadəcə tənbəllər üçün bəhanədir. Məhz bu zamanlarda işləyənlərlə, “məmur” biznesinə sahib olanların fərqi ortaya çıxır. Məhz bu dövrdə tənbəllər hiss edilir. Böhrandan çıxmağın ən ideal yolu, işləməkdir.

Biz bu siyahını dahada çoxalda bilərik, amma mən bizim bloqumuzun oxucuları ARİF adamlardılar. Onlar bizi, 1-2 cümlədəndə bilirlər. Çalışmaq lazımdır, onda hər şey daha yaxşı (asand) olacaq.

Birdə yuxarıda yazdıqlarımızdan nəticə çıxara bilmədinizsə, məyus olmayan. Sadəcə və sadəcə bu yazdıqlarımı yadınızda saxlayın, Söz verirəm… nə vaxtsa bunu xatırlayacaqsınız. Yaxşı!?)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Salam Ilkin bey.
    Oxudum son yazini,demek olarki ekser biznes fealiyyeti ile meshgul olan insanlarin bashina gelmish ve gele bilecek bir tecrubedir. Qeyd olunanlarla tam raziyam amma bir meselede ferqli bir praktikani bolushmek isteyirem…Traffik meselesi…Her zaman traffik ugurlu biznesin esasi olmayada bilermish…15 il once bir dostum mennen xebersiz ozune RETAIL sahesi uzre bir market acmaq qerarina gelir ve hemen bu Traffik-i esas goturerek sheherin cox bahali ve gedish gelishli kucesinde Erzaq Magazasi acir….1 ay- 2 ay – 3 ay ish qalxmirki qalxmir…Sonradan muraciet etdiki bes bele bir ishe dushmushem Elshen?! biraz arashdirmadam sonra melum olduki gun erzinde magazanin satishini esasen saqqiz,siqaret,kontur,kolbasa,su ve corek teshkil edir)) ve daha sonra etrafi mushehide edende gordumki bu seherden axshama traffikin esas ishtirakcilari universitet telebeleri,mulellimleri ve etrafdaki cox sayda idarelerin “kabinet ishcileridi”))) hansiki potensial alici qisminde ishtirak etmirler ve bu cur insanlar esasen gunluk heftelik bazarliqlarini eve daha yaxin mesafede olan nisbeten boyuk marketlerden etmeye ustunluk verirlerki, bunuda ele hemen aninda veriler qerarla magazani baglayib kenar bir erazide (qara qarayevde) magaza goruduk ve fealiyyete bashlatdiqki indi hemen shexs,sagligina qismet agla gelmeyen servete sahibdir.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close