image_pdfimage_print

Bügünlərdə dostumuz Güven Borçanın çox maraqlı bir Twitteri diqqətimi çəkdi, həmin yazıda Güvən bəy, türk şirkətlərindən hansı vəzifədə, haralı olan işlədiyi halda işlərin yaxşı gedəcəyi barədə idi. Eyni şeyi, Azərbaycandada düşündüm, görəsən doğulduqları bölgələrdən asılı olaraq hansı işçi, hansı vəzifədə parlaya bilər?! Qarşımıza aşağıdakı mənzərə çıxdı… BELƏLİKLƏ – Yerli şirkətdə haralı, harda işlədiyi zaman effektiv olar!?

Əlbəttə, mən Azərbaycanımızı bölgələrə ayırmağı sevmirəm, amma buna baxmayaraq hesab edirəm ki, hər bir rayonun özünə xas olan xüsusiyyətləri, xasiyyətləri formalaşır. Bilmirəm, bu torpaqdandır, sudan və ya həmin rayonda verilən təhsildən… AMMA aydın olan odur ki, insanlar doğulduğu yerlərə görə çox dəyişirlər. Biz Sizə bu yazıda özümüzün, yəni 32 yaşlı İlkin Manafovun gördüyü qədər, subyektiv olaraq düşündükləri əsasında İDEAL yerli şirkətdə hansı yerdə anadan olan, harda işləməlidir suallına cavab axtarıram.

Bir anlığını düşünün ki, Siz işçiləri yalnız Azərbaycanlı olacaq bir şirkət qurursunuz və təbii olaraq Sizin şirkətdə vakansiyalara uyğun olaraq adamlar götürülməlidir. Başlayaq adamları götürməyə… başlayaq satışdan, sonra özü gələcəl!))

Satış meneceri – Ağdamlı. İşimizlə bağlı olaraq dostlarında bildiyi kimi, bölgələrdə çox oluram. Bizim Bərdədə, Yevlaxda. Mingeçevirdə, Goranda, Tərtərdə mebel mağazalarımız var və ən çətin rəqiblərimiz Ağdamlılardır. Hələ bugünə qədər Ağdamlı dostlarımız qədər, ticarətdən yaxşı başı çıxan, işini düzgün quran ikinci bir yer tanımıram… necə dəyərlər p.. – şokalad düzəltməyi super bacarırlar. İnanın ki, bu bir fitri istedad – Vergi formasındadır. Hansı mağazamızın yanında Ağdamlı ticarətçi olur… ürəyim ağrıyır. AMMA və LAKİN son vaxtlar işin cəmini tapmışam, mağaza müdirini Ağdamlı axtarıram!))

Nəticə №1 – İstəyirsən satışın yaxşı getsin, satış menecerini Ağdamlı seç!)

Müştəri xidmətləri – Şüşalı. Müştəri biznesin şahıdır, müştəri hər birimizin rəhbəridir. Bunu hamımız bilməliyik, hətta ilk baxışdan bizneslə məşğul olan hər birimiz bilirik… AMMA və LAKİN bir bölgə var ki, bu bölgənin sakinləri bu işi o qədər gözəl bacarır ki, onların yanı problemli adam gəlsədə, mehribanlıqları və xidmət edə bilmə bacarıqlarına görə müştəri razı qalır. Bu yer – ŞÜŞAdır. Şüşalılar qədər xidmət sektorunu bilən məncə ikinci bir yer – torpaq ola bilməz. Adamlar bu işi o qədər gözəl etməyi bacarır ki, Şüşalı olan yerdən “zibildə” alsan, adam “gül” hesab edir. Nesə deməyə utanır. Maraqlı məğam burasındadır ki, Şuşalılar xidməti öz adlarını, ağırlıqlarını qoruyaraq etməyi bacarırlar. Bir sözlə Müştəri Xidmətinin rəhbəti – Şüşalı olmalıdır.

Nəticə №2 – İstəyirsən müştərin səndən məmnun qalsın, mütləq Şüşalını işə götür

İstehsal rəisi – Masallıdan olsun. Bizim bütün vətəndaşlarımız işləməyi sevən, ürəkdən işləyən, əziyyətdən qorxmayandılar. AMMA bir reqion var ki, buranın sakinlərinə sadəcə tapşırığı ver… və kənara çəkil. Mükəmməl icra keyfiyyəti və ən əsası yorulmadan işləyən adamlar axtarırsınızsa Masallılar 100% həmin adamlardır. Mən, çox zaman Masallılı dostlarımızla söhbət edirəm və onların əmək sevərliklərin heyran qalıram. Yalnız zəhmətsevərlik deyil, həmçinin adamların icra keyfiyyəti, diqqətidə mükəmməl olur. İstehsalçı üçün başqa hansı xüsusiyyət lazımdır!?

Nəticə №3 – Keyfiyyətli məhsul istehsal etmək istəyirsinizsə, Masallılı istehsal rərisiniz olmalıdır!)

Maliyyə direktoru – Şəkili. Maliyyə şirkətin bel sümüyüdür və son dərəcə ciddi nəzarət olmalıdır. Şəki sakinləri ölkəmizdə ən rasional və verdikləri gərarları ağılla verən insanlardır. Diqqət edin, gərarlar ağıllı verilir, ürəklə deyil. Həmçinin Şəki sakinləri məncə ölkəmizdə Almaniyanın şvablarına ən çox oxşayanlardır. Şəkili dostlarımızdan nəsə almaq mümkün olmur, ancaq verməlisən!) Bu maliyyə direktoru üçün mükəmməl xüsusiyyətdir. Necə deyərlər alanda cəld, verəndə lənğ olmaq maliyyə direktoru üçün vacibdir. Hesab edirəm ki, şirkətinizdə Şəkidən olan maliyyəçi varsa, rahat ola bilərsiniz ki, pullarını heç kim havaya atmır.

Nəticə №4 – Güclü maliyyə nəzarəti qurmaq istəyirsinizsə, Şəkili maliyyə direktorunuz olsun!)

Hüquqşünas – Cəlilabad. Cəlilabadlı dostlarımız qədər öz hüquqlarını bilən, lazım olduqda nəyin ki, məhkəmə… “yumşaq” desək BMT-ə çıxan ikinci bir bölgə tanımıram. Diqqət etsəniz bu bölgəyə göndərilən xalq hakimlərinin hər biri son dərəcə böyük iş təcrübəsi olan adamlar olur. Bu təsadüfi deyil!) Bölgə ölkəmizdə öz haqlarını bilən, lazımı vaxt, lazımı adamlara öz haqq sözünü çatdıra bilən insanlarla doludur. Bilmərəm niyə bu belədir, amma Sizə 100% deyirəm ki, vəkilliniz Cəlilabadlı olsa Siz daim azadlıqda qalarsız!)

Nəticə №5 – Hüquq qarşısında işlərinizin düzgün getməsini istəyirsinizsə, Cəlabadlı hüquqşuna seçin!)

Gömrük və Dövlət işləri – Naxçıvanlı. Əlbəttə, bügün ölkəmizdə bir dövlət strukturları var ki, orada müxtəlif bölgələrdən adamlar çalışır… AMMA bu bölgələrin içərisində ən genişi məhz Naxçıvanlılardır. Əgər gömrükdə hamının iki günə çıxardığı malı 2 saata, əgəg gömrükdə hamının 10 manata etdiyi işi, 5 manata etmək istəyirsinizsə mütləq və mütləq gömrük işlərini görən adamınız Naxçıvanlı olmalıdır. Naxçıvanlı oldusa Gömrük Sizin üçün ən rahat yer olacaq!))

Nəticə №6 – Biznesində Gömrük varsa, Naxçıvamlı işçi götür!)

Marketinq direktoru (CEO-da qoymaq olar) – Gəncəli. Azərbaycanımızda viziyonu geniş, hər bir addımında irəli getməyi düşünən, öz manafeyini, gördüyü işi hər şeydən üstün tutan adamlar çoxdur. AMMA və LAKİN Gəncəlilər qədər uzunmüddətli düşünə bilən, hər bir gedişində “şahmat” oynayan ikinci bir bölgə tanımıram. Heç təsadüfi deyil ki, bu bölgə Azərbaycanımızda İnqilabların paytaxtı olub. Məntiq çox sadədir Gəncəlilər hər zaman öz adlarını üstün tuturlar və öz gördükləri işlətdə uzunmüdətli düşünməyi bacarırlar. Bəlkədə… Gəncə yeganə bölgədir ki, oranın sakinləri “20” seriyasını “90”dan üstün tutur və ya Bakıda yaşamağı əziyyət hesab edir – Bakıdan ev alır, amma yenədə Gəncədə yaşayır!) Bu biznesdə uzunmüddətli düşünməli olan strutkrurlar üçün çox vacibdir. Gəncə xasiyyəti Strateji düşüncə formalaşdırır!)

Nəticə №7 – Güclü brend qurmaq istəyirsənsə, strateji düşünmək istəyirsənsə Gəncəli marketinq direktoru seç!)

PR və Reklam meneceri – Qazaxlı (bir tərəfi Gürcüstanlıda ola bilər). Şirkətinin güclü PR fəaliyyəti, daim kreativ reklamının olması üçün sən sadəcə və sadəcə Qazaxlı marketinq direktoru seçsən işin 90% etmiş kimisən!) Qazaxlılar qədər kreativ danışıq tərzi, həvəsləndirici və ən əsası buna görədə pul xərcləməyi sevməyən ikinci yer tanımıram! Bu bölgənin insanları hamının adi gördüyü şeylərdə, gözəllik tapmağı yaxşı bacarır. Əmin olun! Sizində məhsullarını Qazaxlı marketinq direktorunun təqdimatında dahada cazibəli görünəcək!)

Nəticə №8 – Az büdcə ilə reklam etmək istəyirsənsə Qazaxlı Reklam menceri seç!)

Audit rəhbəri – Qusarlı. Bilirsiz hər bir biznesdə səhvlər, “əyriliklər” olur və bunun üçün mütləq bir audit funksiyasını edə bilən adam olmalıdır. Bu vəzifəyə ən layiqli namizəd… Qusarlı audit rəhbəri ola bilər. Bu tərəfin adamları işlərini çox sevən, heç bir emosional tərəflər barədə düşünməyən və “ağa – AĞ”, “qaraya – QARA” deməyi bacaran insanlardır. Qusarlı dostlarımız işdə son dərəcə prinsipial olmaqla yanaşı, həmdə çox səliqəlidirlər. Bilirsiz Audit – səliqəni və düzgünlüyü sevir.

Nəticə №9 – Audit prosesini Qusarlı audit rəhbərinə təhvil verin…!)

ArGe – Zaqataladan olsun. Biznesdə yeni məhsullar, yeni düşüncə tərzi çox vacibdir. Mən hesab edirəm ki, Azərbaycanımızda kreaitv düşüncəni ən çox dəstəkləyən və son dərəcə fərqli mədəni dünya görüşünə malik olan bölgə Zaqataladır. Bu yerlərdə olan dostlarımıza çox diqqət yetirmişəm, işlərini çox sevirlər, əzmlə işləyirlər və ən əsası hamı kimi düşünmürlər. ArGe prosesi (НИОКР, R&D) yenilikçi düşüncəni çox sevir və hesab edirəm ki, məhz Zaqatala bu dəyərləri ən yaxın bölgədir!)

Eskport meneceri – Bakılı. Əgər xarici bazara məhsul çıxarmaq, işlərinizi xaricdə qurmaq istəyirsinizsə Bakılılar bunun üçün mükəmməl seçimdir. Əsasəndə… İçəri şəhərdə olan “AğŞalvarlılar” son dərəcə xaricə meylli və tez adaptatsiya olmağı bacaran olurlar. Həmçinin Bakılılar paytaxtlı olduqları üçün dünya görüşləri və ümumi həyata baxışları daha proqressiv olur, eskport meneceri üçün lazım olan xüsusiyyətləri mən Bakılılarda görürəm.

Təhçizat rəhbəri – İrəvanlı (YerAz) olsun. Sizi bilmirəm, mən İrəvanlılar sözün super tutur. Birincisi bu dostlarda fitri istedad səviyyəsində olan riyazi biliklər var (mənimdə riyaziyyəti sevgim var), ikincisi çox zəhmətsevər olurlar, üçüncüsu dəqiq olurlar. Bu 3 xüsusiyyət imkan verir ki, işlər son dərəcə dəqiq aparılsın. Həmçinin İrəvanlılar qiymət danışıqlarında güclü olurlar, necə deyərlər malın qiymətini öldürməyi bacarırlar. Təhçizat müdiri üçün əla keyfiyyətdir, məncə!)

Növbəti yazılarda Sizə eyni şeyi əksindən yazacam… necə etmək olar ki, şirkəti tam batırasan, belə olduqda haralı, hardan işləməlidir!? Sizdə düşünün!?)

Birdə düşünün ki, əlavə qalan rayonları hara yerləşdirək!?))

Beləliklə əziz dostlar, ideal Azərbaycan şirkətində işçilər haralı olmalıdır suallının cavabını verməyə çalışdıq. Əlbəttə bu dediklərimiz zarafatdır, yumordur və hesab edirik ki, Azərbaycanımızın hər bir bölgəsi istedadlı, savadlı, zəhmətsevər adamlarla doludur.

P.S. Hər bir zarafatda… zarafat payı olur, digərləri həqiqətdir!))

P.S.S. Yevlaxlını ümumiyyətlə işə götürməyə dəyməz!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close