image_pdfimage_print

Bügün, dostlarımız – Marketinq Azərbaycan Qrupunun üzvləri ilə iftar toplantımız oldu. Lake Palace-da, Lime Catering şirkətinin dəstəyi ilə keçirilən tədbir yalnız Müqəddəs Ramazan ayının bərəkətini hiss etmək üçün deyil, həmçinin marketoloqların görüşüb söhbət etmələri üçün yaxşı fürsət oldu. Yaşadığımız hər gün, insan həyatı üçün bir məktəb funksiyasını oynadığı zaman həyatımız daha maraqlı olur. Bu iftar toplantısıda bizə bəzi şeyləri öyrətdi. Öyrəndiklərimi Sizinlə paylaşmaq istəyirəm.

İlk əvvəl qeyd etmək istəyirəm ki, Marketinq Azərbaycan Qrupu başda Rafiq Hünaltay və Anar Bayramovun bir-başa əməyi ilə olmaqla ölkəmizdə marketinqin inkişafı üçün yaradılmış bir qrupdur. Qrup yaratmaq ilk baxışdan çox asand görünə bilər, amma söhbət Marketinq Azərbaycan Qrupu kimi bir camiyədən gedirsə, məsələ son dərəcə çətinləşir. Nəzərə alsaq ki, bu Qrupun yaradıcıları (eləcədə Marketinq AİR, eləcədə FMR TV, eləcədə Facemark, eləcədə Milli Marketinq Forumu) özləri aktiv şəkildə bizneslə məşğul olurlar (!) məsələ dahada çətinləşir. Bilirsiz niyə!?

Ona görə ki, belə bir Qrup yaratmaq asanddır, amma bu Qrup üzvləri 10000 nəfəri keçəndə bura mütləq güclü senzura nəzarəti tələb olunur. Əks halda, Qrupda “ağız deyəni, qulaq eşitmir”. Məhz buna görə biz Qrupda “gic-gic” danışanları təcili çıxarırıq, məhz buna görə Qrupu “zarafatxanan” edənləri xəbərdarlıq edirik və s.

Əlbəttə burada deyə bilərsiniz ki, bunu səhv edirsiniz… ola bilər! Biz istəyərəkdən səhv etmirik, inanın, maksimumda çalışırıq səhvlərimiz az olsun, AMMA və LAKİN… əzizlərim biz 100dollar deyilik, Sizində bizi sevmək deyə bir borcunuzdur yoxdur, xoşunuza gəlmir, qardaş (xanım) səni burda pulla saxlamamışam ki!?) Get özün qrup yarat)

Ona görə ki, belə bir Qrup yaratmaq asanddır, amma Qrupun tədbirlərini təşkil etmək, bu zaman öz “cibindən” pul qoymaq hər adamın “ürəyi” deyil. Son 4 ildə, elə bir tədbir olmayıb ki, o tədbirdən sonra, biz (Anar, Rafiq və mən) cibimizdən pul qoyub zərəri bağlamayaq. Bəzi tədbirlərdə pul qoymamışıq, amma ordada əmin olun, şəxsi tanışlıqlarımızdan istifadə etmişik. Yenədə edəcəyik, yenədə etməliyik, çünki biz Marketinq Azərbaycan Qrupu ilə marketinq elmini, peşəsini daha çox təbliğ etmək istəyirik. Sizə, deyim alınırda!)

Ona görə ki, belə bir Qrup kimi bəlkədə hamı Qrup edə bilər, amma bizim qədər ardıcıl işləməyi inanın ki, çox az adam bacarar. Buna yalnız səbr, qoyulası pul – enerji deyil, həmçinin marketinqə qarşı fanatik sevgi lazımdır. Tək marketinqə?! Xeyr, əsla yox, ölkəmizdə biznesin inkişafına fanatik sevgi lazımdır.

Marketinq Azərbaycan Qrupu elə ilk yarandığı gündən Azərbaycan dilində marketinq kontentinin artmasına maraqlıdır. Məhz buna görə, bizim Qrupda ana dilimizdə olan istənilən marketinq kontenti həvəslə paylaşılır, təbliğ edilir, həttə həvəsləndirilir. Təsadüfi deyil ki, biz Azərbaycan dilində biznes-bloqların yaranması üçün ciddi həvəsləndirici tədbirlər keçiririk, öz məzunlarımızı (Marketinq AİR) bloq yazmağı sövq edirik. Sizə deyim ki, buda alınır. Diqqətlə baxsanız bloq yazarların çoxunun məhz Marketinq AİR məzunu olduğunu görəcəksiniz. Biz xarici dilli yazıları Qrupuzda görməkdən çoxtan məmnuniyyət keçirmirik… AMMA nə edək, bəzən məcbur oluruq…

Bu il iftar toplantısı keçirəndə pullu və ya pulsuz edək suallı beynimizdə canlandı. Açığı mən “pulsuz” sözündən zəhləm gedir, çünki “pulsuz” olanların dəyəri olmur. Digər tərəfdən biz bu tədbirlərdə heç bir kommersiya marağı prinsipial olaraq güdmədiyimizdən, pulluda etmək istəmirdik, çünki dostlarımızın hesabına (sağ olsunlar) demək olar ki, heç bir xərcimiz yox idi. Bəs nə edək, necə edək!? Çox sadə bir yol düşündük…

… dedik iftar qiyməti 10 manatdır. İstəyən gəlsin!) İnanırsız bəzi ağzı göyçəklər başladı ki, “iftar” görüşü niyə pulla olur!? Da, bu adamlar başa düşmür ki:

  • Marketinq Azərbaycan Qrupunun təsisçilərinin Sizə borcu yoxdur (yeri gələndə valideynlərinizədə yoxdur borcu, düzdür!?);
  • 10 manat (!) bu qədər böyük tədbir üçün inanın ki, elə pulsuz kimi bir şeydir, ən azı ona görə ki, iftar menyusu qiyməti ən azı 10 manatdır… şəhərdə olan iftar menyularını təhlil edin;
  • Belə görüşlərdə məqsəd biznes üçün ən dəyərli resurs olan networking yaratmaqdır. Əgər sən (Siz) 10 manat verib, bu tədbirə gəlməyi “baha” və (və ya) lazımsız hesab edirsinizsə… deməli bura Sizin yer deyil;

Əziz oxucu, çox sevindirici haldır ki, bizim tədbirə elə demək olar ki, biz istədiyimiz qədər adam gəldi. Bizim süzgəcimiz yaxşı işlədi və paralel olaraq neqativ, bizə dost olmayan insanları gördük. Amma inanın, rəhmətlik Rəhim Huseynovun hər dəfə bizə dediyi çox yaxşı bir söz var idi: “O yerdə ki, məqsəd paylaşmaqdır, hansısa bir sahənin inkişafıdır, insanların təhsillənməsidir… orda rəqabət ola bilməz!” Rəhim müəllim bizə rəqabət etməkdənsə birləşməyin daha yaxşı olduğunu öyrətdi…

Dostlar bizimlə rəqabət etməyin, “ağ bayraq” qaldırın, gəlin keçin bizim tərəfə yooox səhv dedim, nə tərəf biz Sizinlə eyni tərəfdəyik, sadəcə məsələyə “danışanlar” prizmasından deyil, “edənlər” prizmasından baxın və… və artıq heçnə lazım deyil, özünüz bizim yanımızda olacaqsınız. Biz birlikdə daha güclü olacağıq, nəticədə ölkədə intelektual biznes dahada güclənəcək.

… gəlin birlikdə edək

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close