image_pdfimage_print

Əziz oxucu, Marketinq Forumunun ən çox bəyənilən paneli olan Milli Keyslər panelinin bütün videoları bir blogda Sizlərə təqdim edirik. Forumda iştirak etməyən dostlarımız buyurub baxa bilər.

Ümumi olaraq bizim paneldən 5 spiker iştirak edirdi və 4 spiker öz konkret işləri barədə, 1 spiker isə, Made in Aserbaycan brendinin qurulması üçün lazım olan alətrlər barədə söhbət etdi. Buyurub, baxa bilərsiniz kommentlərini isə hər zaman gözləyirik.

Birinci çıxış əlbəttə, ev yiyəsi olan Cinema Plus-un rəhbəri, Zaur Darabzadeh tərəfindən oldu. Zaur bizə 28 Cinemadan Cinema Plusa qədən yol barədə və ümumi biznes konsepsiyanı izah etdi. Videoda “duz” söhbəti maraqlı idi…

İkinci çıxışımız İsmayıl bəy tərəfindən edildi. İsmayıl müəllim bizə, sahib olduğu Neyron şirkətinin biznes modelindən danışdı. Maraqlı çıxış edi. Duz söhbətinin davamı maraqla davam etdi…

Üçüncü çıxışımız ən maraqlı şirkətlərdən olan turizm.az şirkətinin sahibi Murad Karamov tərəfindən oldu. Gənc biznes qurmaq istəyən dostlarımız üçün Murad mükəmməl bir nümunədir, sözün əsl mənasından “0”dan ölkənin ən böyük turizm biznesi aparan şirkətini qurmaq hər adamın işi deyil…

Dördüncü çıxışımız son dərəcə bilikli və səriştəli dostumuz Müşfiq Huseynovun marketinq haqqında

Beşinci çıxış isə son dərəcə elmi hüklü idi. Crazy İnnovation şirkətinin sahibi Perviz bəy, bizə Azərbaycanda yerli brendlər qurmağı yollarından danışdı. Çox maraqlı idi, baxmağa dəyər.

Əziz oxucu, Sizə səmimi deyim, Milli Marketinq Forumu kimi böyük və əhatəli tədbir keçirmək həqiqətəndə çox çətindir. Nəzərə alsaq ki, biz bu tədbirlərdə heç bir kommersiya marağı güdmürük… Sizdə sual yarana bilər ki, bəs niyə bu qədər əziyyətə girib belə tədbir edirsiniz!? Bu suallın cavabı bizim hər üçümüzdə: istər məndə, istər Anar, istərsədə Rafiq müəllimdə ilk gündən var. Biz bu tədbirləri etmək əsas məqsədimiz marketinqdən qazandıqlarımızı, marketinqə qaytararaq daha sistemli və inkişaf edən Azərbaycan görməkdir. Tam səmimi, hər dəfə Forum və ya Marketinq AİR olduqca, biz hiss edirik ki, bu məqsədə bir addım dahada yaxınlaşırıq.

Siz necə düşünürsüz?

YAXŞI DÜŞÜNMƏK ÜÇÜN OXUYUN:

 

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close