image_pdfimage_print

Əziz oxucu, biz hər zaman demişik ki, hər hansısa bir sahədə fundamental biliklər olmadan inkişaf etmək, böyük işlər görmək mümkün deyil. Bəlkə buna görə bizneslə məşğul olan, olmaq istəyən hamıya ilk olaraq mütləq və mütləq Ekonomiks elminin əsaslarını öyrənməyi tövsiyyə edirəm. Bizneslə məşğul olan (olmaq istəyən) hər kəs mütləq və mütləq iqtisad elminin fundamentini bilməlidir və bu biliklərdən gündəlik iş fəaliyyətində istifadə etməlidir. Təəsüf ki, ölkəmizdə baş verən bəzi biznes-proseslərə baxdıqda aydın şəkildə hiss edilir ki, ölkəmizdə ekonomiks (iqtisad) elminin baza prinsiplərinə riayyət edilmir. Nəticədə sözün məcazi mənasında “ekonomiks” elmi Azərbaycanımızda “ağlayır”. Aciz durumdadır. Bilirsiz niyə!?

Niyələr keçməzdən əvvəl düşüncə tərzi ilə razı olmadığım, amma gördüyü işlərə görə hörmət etdiyim dostlarımızın dostu (dostumun dostu, bəlkə mənimdə dostumdur!? Bilmirəm…) Vahid Qasımovun bügün Facebookda yazdığı bir status və bizə verdiyi mövzu bu yazının ilham qaynağıdır. Bizim ilhamlandırdığı üçün Vahid müəllimə çox sağ ol deməyə borcluyam!

Keçək “niyələrə”… niyə ölkəmizin vəziyyətinə baxan iqtisad elmi ağlayır!?

…çünki bizdə xaricilərin dəvət edilməsi üçün böyük investisiyalar qoyulsada (Avropa Oyunları məsəl üçün…) bugünə qədər ölkəmizə edilən avia-biletlərin qiyməti qonşu Gürcustanla müqayisədə ən azı 40% bahadır. Axı iqtisad elmi bizə öyrədir ki, istənilən məhsul (xidmətin) qiymətini təyin etmək üçün qiymət elastikliyi təhlil edilməlidir. Niyə adında “Azərbaycan” və “Dövlət” sözləri olan Hava Yolları şirkəti ölkəmizin apardığı makro-siyasəti dəstəkləmir?! Buna görədə Ekonimiks yazıq ağlayır…

…çünki biz bir qeyri-neft sektorunun inkişafına çalışırıq. Bunun üçün investisiyalar qoyuruq. Beynalxalq rəqabətqabiliyyətli sahələr axtarırıq, məsələn IT və ya yüksək texnoloqiyalar. Amma digər tərəfdən ölkəmiz əzəl qədimdən neft ölkəsi olaraq neftin emal edilməsi istiqamətində demək olar heç bir innovativ yanaşma sərgiləmir. Neftin emal edilməsi dünyada ən rentabelli sahələrin başında durduğu halda, biz əlimizlə özümüzün xam neftimizi “neft” qiymətinə satır, yerinə “od” qiymətinə neft məmulatları alırıq. Axı Ekonimiks elmi bizə öyrədir, müqayisəli rəqabətqabiliyyətli sahələr tapılmalıdır. Buna görədə əfəl Ekonimisk ağlayır…

Sizə bir məsələ deyim, amma heç kimə deməyin, kimsə eşitsə… bizə gülərlər. Deməli, bir yaxın dostumuzla birlikdə 100% xaricdən gətirilən bir məhsulun istehsalını təşkil etmək istəyirdik. Bu məhsulun “canı” olan bir aləti Sumqayıtda olan Texnoparkda istehsal etdirmək istədik və qiymət sorğusu etdik. Hələ şəxsi münasibətlərimizin hesabına ən yüksək səviyyədə görüşdükdən sonra bizə bir qiymət verdilər… (!) eyni məhsulu dollarla xaricdən alanda, gömrükləşdirib Azərbaycana getirsəydik, Texnoparkın verdiyi qiymətdən təxminən 50% ucuz olurdu. Nəzərinizə çatdıram ki, deyilən məhsulun xammalı neftdir! Yazıq ekonimiks ağlamasın nə etsin?!

…çünki biz Milli Marketinq Forumları edir, ölkəmizdə öz gücləri ilə brend qurmaq istəyən, qurmuş şirkətlərin keyslərini Ali məktəblərdə tədris etdiyimiz halda, Socar (!), Azərbaycan Dövlət neft şirkəti futbol üzrə Avropa çempionatında sponsorluq edir və bu haqda bugünə qədər bir dənədə olsun press-konfrans etmir. Necə ola bilər? Azərbaycan şirkəti bu haqda niyə Azərbaycan istehlakçısına məlumat vermir?! Sloqanı Energy of Azərbaycan olan şirkət niyə bunu Azərbaycanda deməsin? Niyə biz öz şirkətimizlə fəxr etməyək? Öz aramızda, Ekonimiks bilmirəm, amma Filip Kotler 100% ağlayacaq!)

…çünki biz kənd təsərrüfatını illər boyu vergidən azad etmişik, sərfəli kredit şərtləri kredit veririk, amma kənd təsərüfatımızın vəziyyəti yumşaq desək pis vəziyyətdədir. Görün nə vəziyyətdir ki, ölkəmiz dənli bitkilərə olan təlabatı belə öz daxili imkanlarımız hesabına ödəyə bilmir. Bəs necə olur?! Bu qədər subsiyadiya hara gedir? Bilmirəm, əslində bilirəm, amma utandığımdan özümü bilməməzliyi vururam. Paralel olaraq kənd təsərrüfatı nazirliyi ölkəmizdə ixracın stimullaşdırılması kimi, satış kanallarının yaxşılaşdırılması üçün işlər görmək əzəvinə, boş-boş işlərlə məşğul olur. Ölkənin suvarma problemi bugünə qədər həll edilməyib, amma biz infrastruktur layihələri edirik… Ekonomiks ağlamasın nə etsin?

…çünki bir tərəfdən ölkəmizdə 100milyonlarla investitsiya qoyalur, bahalı Hotellər tikilir, guya daxili turizm inkişaf etdirilir, amma paralel olaraq demək olar ki, 3 ulduzlu, orta qiymətli standart geceləmə yerləri tikilmir. Bütün dünyada turizmin əsas inkişaf lokomotivi olan kiçik və orta sahibkarlıq subyektləri inkişaf etdirilmir. Nəticədə ekonomisk yenədə ağlayır, axı o bilir ki, kiçik və orta sahibkarlıq biznesin dirəyidir.

…çünki biz ölkəmizdə Formula1 keçiririk, bəlkədə dünya olmayan qədər buna investisiya qoyuruq, amma digər tərəfdən öz vətandaşlarımızın elementar piyada hərəkəti üçün, şəhərdə probkaların tənzimlənməsi üçün yol göstəriciləri qoyulmayıb. Bəzən elə düşünmək olur ki, biz burda yadıq bu Formula 1 gələn qonaqlar yerli!)

…çünki bir tərəfdən ölkə rəhbərimiz Made in Aserbaycan brendinin güclənməsini prioritet elan edir, bu istiqamətdə işlərin necə vacib olduğunu iqtisadi istiqamətləri çatdırır. Həqiqətəndə Azərbaycan iqtisadiyyatının güclənməsi üçün Milli brendinin necə əhəmiyyətli olmasını göz önünə çıxarır. Xırda və orta sahibkarlar üçün imkanlar yaradır amma İqtisadiyyat Nazirliyi hələdə Milli Brendin necə yaradılacağını, hansı şirkətlərin bu prosesdə iştirak ediləcəyi barədə əməlli baza yaratmır. Nəticədə ölkə rəhbərliyinin etmək istədiyi mükəmməl iqtisadi islahatlar gecikir.

…çünki, əslində bu çünkiləri çoxaltmaqda olar. AMMA əsas odur deyil. Əziz oxucu, biz çox istəyirik ki, Azərbaycanımız daha sürətlə inkişaf etsin. Hər bir Azərbaycan vətandaşı olaraq bizdə istəyirik ki, ölkəmiz azad bazar iqtisadiyyatı prinsipləri olsun. Bunun üçün istər iqtisadi biliklərimizi, istər ümumi bacardıqlarımızı tam təmənnasız formada bu yolda həsr etməyə hazırıq.

Yalnız düzgün və sistemli iqtisadi idarəetmə prinsipləri olduğu halda ölkəmiz daha tez inkişaf edə bilər, istər kənd təsərrüfatı, istər daxili turizm istərsədə digər sahələrimiz güclənər.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close