image_pdfimage_print

Hər dəfə dostlarımız yeni biznes açmaq istəyəndə mütləq və mütləq belə bir sualla bizim qarşımıza çıxırlar: “İlkin filan işi görmək istəyirəm… səncə filan ad necə olar?”. Nə yalan deyim, üzlərinədə demişəm, burdan bir dahada deyirəm –  YENİ BİZNES açmaq istəyirsinizsə əsas ad və logo deyil, əsas olan Sizin biznesi başa düşmə qabiliyyətinizdir. Bilirsiz niyə!?

Vaxtları çox az olan oxucular üçün qısaca deyim, sonra daha təmkinli oxucularımız üçün fikirlərimi açıqlayaram. Yeni yaranan biznesləri uğur edən, yaratdığınız biznesdə Sizin (məhz Sizin – biznes sahibinin) rəqabət üstünlüyünün olmasıdır. Əgər Sİzin belə bir üstünlüyünüz varsa və Siz bu üstünlüklərdən istifadə edib, istehlakçılar üçün rəqiblərin təklif etdiyi dəyərdən daha yaxşə, bir şey təklif edə bilirsinizsə… deməli Sizin biznes böyük ehtimalla uğurlu olacaq. Bilməsəniz və (və ya) bələ rəqabət üstünlüyünüz olmasa, məni bağışlayın, biznesiniz Sizə zərər verəcək. Ad seçimi, logo seçimi burada heeeç bir əhəmiyyət kəsb etmir.

Özünüz diqqət edin. Uğurlu adı olan, bir brend, şirkət gözününüzü önünə gətirin. Sonra bu şirkətin biznesini təhlil edin və görəcəksiniz, əslində adı – ad edən biznesin uğurlu olmasıdır. Ən azı ona görə ki, logo və ad sadəcə alətlərdir, taktiki elementdir. Logoda, adda biznes uğurlu olduğu zaman parlayır, logoların mahiyyəti haqqında marketoloqlar yazılar məqalələr yazır, tərifləyir və s. Hələ bügünə qədər heç bir marketinq (biznes) ədəbiyyatında belə söz oxumamışam: “Filan brendin adı, logosu super idi… amma heyf ki, biznesin özü zərərlə işləyir və s.”

Facebook – necə addır?! Super hə?! Düşünün… Face-in, Booku! Dahiyana… dəhşət, Sukerberq müəllim sağ olsun, gör adam necə istedaddır… amma öz aramızdı, guya Book – Face olsaydı nə olardı ki!? Mən ondan Facebook girməyəcəkdim, bəlkə bu bloqu Face paylaşmayacam. Ola bilər, ola bilər, adı book – face olsaydı, biz bir-birimizə belə deyə bilməyəcəkdik: “Axşam, Face-də danşarıq…” düzdür? Yəqin deməzdik… Amma nə olsun, əvəzində deyərdik ki, Bookunu aç sənə sözüm var-zad!)) Yəni əslində heş(Ç)nə dəyişmir.

Nike – DAHİ… logo вообще… superdi, hə?! Ay qardaş, yox axı… burda superlik nə var ki?! Sadəcə şirkət super işləyib, şirkət idmançıların geyinməli olduğu məhsulları mass-marketə çıxara bilib, əvəzində maya dəyəri 10 dollar olan krosovkanı, biz bəh-bəhlə 200 dollara alırıq, hələ arada bir deyirik ki, endirim olsaydı iki dənə alardıq, düzdürmü? Yəni Siz hələdə düşünürsüz ki, burda logo və adlıq nəsə var!?

Biz Milli Marketinq Forumun logosunu McCann Erickssona (dünyanın ən tanınmış reklam şirkətinin Bakı nümayəndəliyinə) orda olan dizayner dostlarımız bir logo verdi, açığı heç logoya baxmadım… 1-2 nəfər gənc dizaynerlərdə dedilər ki, bu logo filan şirkətin logosuna bənzəyir. Güldüm, dedim bənzəyir bənzəsində… biz logo satmrııq ki, biz ölkəyə marketinqin təşviqatını satırıq, əsas odur ki, Marketinq Forumun kontenti güclü olsun. Elədə oldu, Marketinq Forumu 4 illik tarixində ən çox iştirakçı sayə yığdı. Demək istədiyim odur ki, logo boş şeydir!)

Bilirsiz Logo kimlərə lazımdır!? Düzdü… logo logo düzəldənlər üçün vacibdir, çünki 1 logoya görə sahibkardan 5000-6000 pul almaq üçün, gərək logonun mahiyyətini şişirdəsən. Məsələn, bizim bu yazıya ən çox sərt reaksiya verənlər Sizcə kimlər olacaq!? Düzdür, reklamçılar, agentliklər, dizaynerlər. İnanın mənə, bütün konkurslar, reklam seçmə tədbirləri… hər birinin mahiyyəti ad seçimi, logo hazırlanması kimi proseslərin mahiyyətini şişirdib, bizlərdən daha pul çıxarmaqdır. Sizdə artıq bu pul vaaar!?)

Dünyanın bir vaxtlar ən gözəl (bahalı) futbolçusunu – KAKA deyə çağırırlardı, inandırıram Sizə, hər dəfə TV-də bu adı deyəndə utanırdım… AMMA nə etmək olar, dünyanın ən yaxşı futbolçusu idi, öz aramızdı, bir-az adı pis olmasına baxmayaraq yaman oynayırdı haaaa. Əzizlərim ad-mad boş şeydir, logo-zad boş şeydir. İş görün, onda Sizin etdikləriniz düzgünlük etalonu olacaq.

Əgər yeni qurduğunuz biznes uğurlu olsa deyəcəklər: Super adı var idi, logoda çox mənalıdır… amma iş alınmasa, deyəcəklər eşiii adı elə olanda, logo belə olanda biznesdə belə olacaqda…

Əziz oxucu, yeni bizneslərdə rəqabət üstünlüyünün tapılması ən strateji və əhəmiyyətli insan fəaliyyətidir, əgər biznes qurmaq istəyirisiniz, bu sualla cavab tapın – NİYƏ bu biznesi məhz mən etməliyəm və NİYƏ müştəri bu məhsulu (xidməti) məhz məndən almalıdır? Bunu bilmədən biznesə açmayın, bunu bilmədən biznesə girişməyin.

… birdə yadıma düşmüşkən deyim, böhran biznesə başlamaq üçün mükəmməl vaxtdır. Necə ki, məhşur F1 yarışlarında güclü pil0tlar döngələrdə ötmə əməliyyatları edir, eləcədə biznesmen məhz döngədə (böhranda) güclənməlidir. Bunun üçün inanın ki, hər cürə şərait var.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close