image_pdfimage_print

Bügün bir dostumuzla maraqlı söhbətimiz oldu: bir-az Ramazan, bir-az cəmiyyətimiz olan “maraqlı” hadisələr, bir-azdan insanların işə yanaşması barədə danışdıqdan sonra belə bir fikiri gəldim – Azərbaycanımızda ciddi şəkildə idealoqiya problemi var. Həmsöhbətin uzunmüddət xarici ölkələrdə diplomat olaraq çalışdığınan çox yaxşı müqayisələr edirdi və qarşımda çox aydın bir səhnə açıldı, biz hamılıqla “Niyə” suallının cavabını bilmirik. İcazə versəniz fikirlərimi Sizlərə daha geniş açardım.

Əziz oxucu, biz hesab edirik ki, həyatda xoşbəxt yaşamaq üçün mütləq qaydada insan öz həyat missiyasını düzgün qəbul etməli və ya ən azından belə bir missiyaya sahib olmalıdır. Bu missiya özündə “niyə” suallının cavabı verməlidir. Niyə biz bu həyatda yaşayırıq?! və ya Niyə biz bu həyatda məhz belə yaşayırıq!?

Əslində niyələr bizi daim narahat edir: “Niyə biz yeni mağaza açmalıyır?” “Niyə biz İqtisad Elmləri namizədi ola-ola, iqtisad elmləri doktoru olmağı istəməliyik və s. “niyələrə” cavab olmalıdı üçün biz bir neçə problemlər yaşayırıq – məsələn:

  • İşçi iş yerində “çak-çük” haqda düşünr. Ona elə gəlir ki, əgər onun maaşı azdırsa, deməli onun “əyri” iş görməyə haqqı var;
  • Rəhbərin haqqına girilir. Azərbaycanda işçilərin faydalı iş əmsalı, inkişaf etmiş ölkələrlə müqayisədə dəfələrcə azdır. Bizim sahibkarlar çox insaflı adamdılar (əslində əlacsızlıqdan insaflıdırlar – bu haqda danışacam), çünki bir işçi ki, iş yerində FB-da oturur, İnstagram şəkil paylaşır və başa düşmür ki, bununla rəhbərinə qarşı hörmətsizlik edir… və rəhbər bunu işdən qovmur;
  • İşçinin haqqına girilir. İşin sahibi kassada olan pulları sağa-sola xərcləyir, amma işçi maaş ala bilmir. Sahibkara elə gəlir ki, guya buna haqqı var, amma başa düşmür ki, sahibkarın ən böyük müştərisi daxili müştəridir. Daxili müştəri isə işçilərdir;
  • Gösətərişə görə yaşanılır. Azərbaycan qədər bahalı istehlak kreditində istifadə edən ikinci millət görəsən varmı!? Məncə yoxdur. iPhone bizdə alınır, Porsche bizdə, bahalı toylar bizdə… və s. hətta söhbət açılmışkən deyim, Facebook üçün Oruc tutmaqda bizdə göstəriş üçündür

… və bunların yeganə səbəbi cəmiyyətimizdə olan idealoqiyasızlıq problemidir. Biz həyatda öz missiyamızı bilmirik, biz bu haqda düşünmürük, biz bu haqda heeeç maraqlanmırıq. Bunun səbəbləri nədir?

Hesab edirik ki, bunun səbəblərindən biri Masloy müəllimin bir vaxtlar hazırladığı ehtiyyaclar piramidasında yatır. Daha konkret desək, inlanların öz həyat missiyası barədə düşünməsi üçün mütləq və mütləq baza ehtiyyacları ödənməlidir. Azərbaycanda bu istiqamətdə vəziyyət hələdə ürək açan deyil. İnsanlar fiziki ehtiyyaclarının olması ilə paralel sabaha olan ümidinin azlığı vəziyyəti çox gəlizləşdirir.

Hər birinizin evində “dar günə” pul yığaq ifadəsi səslənir. Bu səbəbidir əslində rəhmətlik Maslounun piramidasında yatır. İnsanların təhlükəsizlik ehtiyyacı hələdə tam ödənməyib. Biz bilirik ki, pensiya pulu ilə yaşamaq mümkün deyil, biz bilirik ki, ölkəmizdə tibbi sığorta anlayışı yoxdur və Allah uzaq eləsin, hansısa xəstəlik tapsan – pulun olması sənə baxan olmayacaq. Başqa sözlə desək, bizim sabaha güvənimiz yoxdur.

Bizə zərbə vuran elementlərdən biridə 70 il Sovet təhsilinin bizim başımızı “xarab etməsidir”. Deyə bilərsiz necə!? Çox sadə, 70 il ərzində sovetlər bizi kökümüzdən yayındırıb, bizim dinimiz olmayıb, bizim ədalət və ya doğruluq meyarımız dəyişib və nəticədə bz “köksüz” olmuşuq. Bir növ əgər bizim valideynlərimizə öyrədiblərsə ki, “Biznes – əziyyətsiz gəlir növüdür” biz hesab edirik ki, “Biznes ən sağlam insan fəaliyyətidir“. Eyni məsələyə iki fərqli baxış nəticəsində bizim beynimizdə olan-qalanda itib-gedib.

Bəs necə olmalıdır?! Biz hesab edirik ki, sözü gedən problemlərdən ən rahat xilas edilmə yolu din ola bilər. Müsəlman dininin son dərəcə güclü idealoji bazası var və məhz bu baza əsasında bizi düşündürən sualların çoxuna cavab vermək olar. Məsələn, müqəddəs Ramazan ayının məntiqini bilən, başa düşən insan əslində həyatda bir çox “qapalı” suallara cavab tapmış ola bilər.

Həyat missiyasının olmasını həmçinin orta məktəblərdə aşılamaq lazımdır. Yalnız möhkəm idealoji baza əsasında inkişaf edən insan kamil vətəndaş kimi yaşaya bilər. Artıq belə insanın başının üstünə “kamera” qoymaqda lazım deyil, artıq işlədiyi kompyuterdə sosial şəbəkələrə çıxışıda bağlamamaq olar, hətta ona mənfəət-zərər hesabıtanıda vermək olar.

Fikir verirəm, həyatda demək olar ki, heç bir uğuru olmayan, danışmağı etməkdən üstün tutan adamların heç vaxt missiyası olmur. Bu təbiidir, olmur ki, uğuruda olmur. Yalnız “niyə” suallının cavabını bilən adamlar nəyəsə nail ola bilərlər. İdealoqiyası olmayan insandan hər şey gözləmək olmur. İdealoqiyanın olmamağı, insan və heyvan arasında olan fərqi azaldır. Fiziki ehtiyyaclar və təhlükəsizlik əslində heyvanlardada olur…

Əziz oxucu, mütləq və mütləq həyat missiyanızı qorumaq arzusu ilə…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close