image_pdfimage_print

Marketinqin ən öndə prinsipi biznes üçün davamlı rəqabətqabiliyyəti yarada bilməkdir. Başqa sözlə desək, marketoloq heç bir şəkildə reklam, dizayn, məhsul, qiymət və ya biznesin hansısa digər tək fəaliyyəti ilə deyil, dirijor funksiyasını daşımalıdır. Biz hesab edirik ki, muasir dövrdə bunu etmək üçün yazıda göstərdiyimiz mövzulara diqqət etmək lazımdır. Bu amillər nələrdir?

Sözü gedən məsələlərdən danışmazdan əvvəl bir daha qeyd etmək istəyirik ki, güclü marketoloq yalnız şirkətdə dirijor rolunu oynadığı zaman özünün bütün potensialını ortaya qoya bilir. İstər ölkəmizdə, istər post-sovet respublikaları, istərsədə elə doğma Turkiyyədə marketinq – reklam adı ilə özünü az qala sinonim edib. Hətta çox zaman marketoloq peşəsini, reklam şirkətlərində işləyən yarı dizayner, yarı reklamçıları və ya muasir dövrdə istehlakçılarla ən vacib kommunikasiya elementi olan dijital sahənin nümayəndələrini səhv salırlar. Əslində marketoloq şirkətin dəyər zəncirinin üzərində işləyən və onu daim təkmilləşdirilməsinə çalışdığı zaman uğurlu olur. Marketoloq yalnız dijital, yalnız reklam, yalnız məhsul və ya yalnız qiymətqoyma üzərində işlədiyi zaman şirkətdə marketinq funksiyası zəifləyir…

…mövzudan çox kənarlaşmadan, keçək əsas məsələyə, muasir biznesdə davamlı rəqabətqabiliyyətli olmaq üçün hansı amillərə diqqət etmək vacibdir?! Biz 3 belə vacib amil görürük. Məhz bu amillərin üzərində davamlə rəqabətqabiliyyətli biznes yaratmaq və inkişaf etmək mümkündür.

  1. Güclü Brend. (diqqət edin, brend dedikdə biz loqo, ad və hansısa dizayn elementi nəzərdə tutmuruq, ətraflı danışacam);
  2. Hədəflərə motivasiya edilmiş kollektiv. (motivasiya dedikdə biz, 5 manat satış, 1 manat mənim olsun düşünmək deyil, şirkətin ana hədəflərinə çatmaq üçün həvəslə çalışmağı nəzərdə tuturuq);
  3. İnformasiya təminatı. (informasiya təminatı dedikdə biz komple IT platformanı nəzərdə tuturuq).

Məhv bu 3 amilə diqqət edən bizneslər muasir şəraitdə ciddi rəqabətüstünlüyü əldə edə bilərlər. Hər birini ətraflı izah edək.

Güclü Brend. Dünyanın ən rentabelli şirkətlərinin siyahısına baxdıqda aydın şəkildə görürük ki, brend dəyəri ilə şirkətin mənfəətlik fəaliyyəti arasında düz asılılıq var. Səbəb çox sadədir, bügün biznesdə rasional amillər rəqabətqabiliyyətli olmaq artıq mümkün deyil. Hər bir şirkət əslində keyfiyyətli məhsul istehsal edə bilir, hər bir şirkət (söhbət dünyanın güclü korporasiyalarından gedir) əlbəttə öz xərclərini aşağı salmağı bacarır… amma istehlakçı yalnız əmin olduğu və ona əlavə dəyər verən məhsullar tərəfə yönlənir. Güclü brend demək olar ki, “kopyalanması” mümkün olmayan rəqabət üstünlüklərinin başında dayanır.

Diqqət edin, güclü brend qurmaq heç bir şəkildə ad, logo və ya hansısa simvol (rəng) yaratmaqdan keçmir. Brendi – brend edən onun arxasında dayanan güclü marketinq – biznes fəaliyyətidir. Bu haqda istər 360 dərəcədə brendinq kitabımızda, istərsədə brendinq haqda yazdığımız bloq yazılarda çox danışmışıq. Təkrarçılıq etmədən digər istiqamətlərə keçək.

Şirkətin hədəfinə motivasiya olan kollektiv. İşçilərin biznesdə rolu gündən-günə artır, statistikalara baxsaq görərik ki, işçi məmnuniyyəti yüksək olan şirkətlərin böyük əksəriyyəti sektor lideri olur. Bu baxımdan daxili müştəri məmnuniyyətinin rolu dahada artır. Necə deyərlər: işçisi məmnun olmayan şirkətin, müştərisi heç vaxt yüksək ola bilməz. İşçilərin motivasiya üçün isə, mütləq və mütləq şirkət daxilində düzgün idealogiya olmalı, bu idealogiya mütamadi olaraq təbliğ edilməlidir. Elmi dildə, danışmaq istəsək – şirkətin güclü HR brendi olmalıdır, missiyası və vizyonu düzgün işləməlidir. Gündəlik olaraq öz bizneslərimizdə gördüyüm məsələ budur ki, yalnız maddiyatla işçiləri şirkəti bağlamaq, həvəsləndirmək mümkün olmur.

Çox vacibdir ki, biznesdə işçilər və biznes sahibi eyni həyat dəyərlərinə, eyni düşmənə malik olsunlar. Necə dəyərlər hamı nə üçünsə çalışmalıdır və hamı bilməlidir ki, bu yol “haqq” yoludur. Dünyada lider olan şirkətlərin içərisinə girdikdə hiss edilir ki, şirkət daxilində az qala reliqiya qurulub, necə deyərlər Procterçi, Colaçı və ya İkeaçı kimi yeni “millətlər” formalaşır.

Əgər hansısa restoranda (mağazada, fabrikdə və s.) Sizə qarşı pis rəftar edirlərsə… bilin ki, burada işçilərə qarşı rəftər pisdir, işçidə öz heyfini səndən (məndən) çıxır və s.

İnformasiya təminatı. Muasir biznes informasiyanın yığılması, emalı, təkrar emalı və ya biznes-proseslərin optimallaşdırılması olmadan aparmaq mümkün deyil. İnformasiya texnoloqiyaları biznes tam olaraq əhatə etməsi ilə son dərəcə güclü rəqabət üstünlükləri yarada bilər. Məhz buna görə dünyanın ən böyük şirkətlərində IT funksiyasının rolu gündən-günə dahada çoxalır. Düzdür, IT işçilərinin özləri qurduqları bizneslərin 99% uğursuz olurlar, amma IT biznes üçün ən vacib biznes funksiya hesab edilir. Məsələn, IT rolu bügün biznesdə marketinq kommunikasiyaları tam olaraq informasiyanı emal edənlərin xeyrinə dəyişib. Bəzi şirkətlərdə isə, ümumiyyətlə marketinq departament olaraq özünü IT vermiş durumdadır.

Bu yaxında bloqumuzda yazmışdıq ki, IT adamından biznesmen olmaz… bəzi IT ekspertlər buna görə “incimişdilər” amma həqiqət – həqiqət olaraq qalır… güclü IT adamı çox nadir hallarda öz şəxsi biznesində uğurlu ola bilər… çünki bu sahə insanda anti-biznes düşüncəsi yaradır, bu adamlar elastik ola bilmirlər!)) İnciməyində fakt-fakt olaraq qalır! Bu sahə perfeksionizmi aşılayır məsələn… və s.

Çox təəsüf ki, yerli biznesmenlərimiz hələlik informasiya texnoloqiyaların rolunda tam istifadə etmirlər, amma biz əminik ki, ölkəmizdə tezliklə IT məhsullarının bazarında tam olaraq “partlayış” olacaq. İqtisadi böhran IT məhsullarına tələbi dahada artırır, bir növ optimallaşma prosesi biznesə hava-su kimi lazım olur.

Əziz oxucu, yuxarıda sadaladığım 3 amil muasir biznesdə marketinqin ən çox əhəmiyyət verməli olduğu sahələrin başında dayanır və hesab edirəm ki, bu məsələlərə diqqət edən marketoloqlar şirkətlərində tam olaraq çevriliş edəcəklər.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close