Sabun köpüyü...

Yaxın bir dostumunuzun dediyi çox maraqlı bir ifadə ilə yazını başlamaq istəyirəm: “Kaş ki, neftin qiyməti dahada aşağı düşsün… o zaman ölkədə yalnız sağlam biznes adamları qalacaq. Biznesdə olan “sabun köpüyü” tam aradan qalxacaq.” Bügün ölkəmizdə olan bir çox biznesləri təhlil etdiyimiz zaman, aydın şəkildə hiss edilir ki, biznes tamamiylə “sabun köpüyündən” ibarətdir. Uzaqdan çox maraqlı və iri görünür, amma yaxınlaşsan görəcəksən ki, əslində heçnə yoxdur!) Fikirlərimi Sizlərə izah etməyə çalışım.

İlk əvvəl gəlin “sabun köpüyü” ifadəsinə açıqlama verək. Hansı biznesləri biz sabun köpüyü adlandırırıq?

Daha əvvəldə dediyimiz kimi, biznes öz gücünü inkişaf etdiyi zaman, itərərək öyrəndiyi zaman daha sağlam və dayanıqlı olur. Necə ki, yemək öz yağında bişəndə daha dadlı olur, eləcədə biznesə edilən kənar müdaxilələr işləri tam korlaya bilər. Burada çox maraqlı bir məsələ var…

Çoxlarımıza elə gəlir ki, biznes üçün ən vacib məsələ investitsiya, kapitaldır. Əslində isə, biznesi biznes edən məhz mükəmməl ixtisas (sahə) bilikləri, konkret işlərin üzərində işləmək və sahibkarın işə fokus ola bilməsidir. Biznes bir növ körpə uşağa bənzəyir, yaxşı tərbiyyə olunmasını istəyirsənsə, onunla daha çox vaxt keçirməli, tərbiyə etməlisən. Əksi bir-başa olaraq biznesdə problemlər yaradır.

Biznesin sabun köpüyü olmasının birinci əlaməti, kənardan daim investitsiya tələb etməsidir. Bunu ölkəmizdə ən çox məmur bizneslərində hiss etmək olur. Heç kimə sirr deyil ki, bügün ölkəmizdə qeyri-neft sektorunun inkişaf etməməsi bir-başa olaraq sahibkarlıqda məmur əllinin olmasıdır. Pul “göydən” tökülür və biznes hiss etmir ki, o effektiv deyil. Məmur biznesini, normal biznesdən fərqləndirən əsas xüsusiyyət eyni proseslərin həyata keçirilmə effektivliyindədir. Normal bizneslərdə işlər daha səmərə təşkil edilir.

İkinci əlamət biznesdə adminstrativ gücdən istifadə edə bilməkdir. Daha doğrusu biznes prosesi bazar iqtisadiyyatının prinsipləri ilə deyil, adminstrativ hərbə-zorba yolu işləməkdən keçir. Bu prinsipə “öyrəşmiş” bizneslər tezliklə sabun köpüyü kimi şişir, nəticədə işlər dahada qarışır və sonu yaxşı olmur. Necə deyərlər neftin qiyməti aşağı düşən kimi, aləm dəyər bir-birinə!)

Sabun köpüyünün üçüncü əlaməti ümumi biznesin mənfəətinin az olmasıdır. Adətən köpük biznes nümayəndələri… “investitsiya qoymaq lazımdır”, “biz uzunmüddətli biznes düşünürük…”, “əsas odur ki, inkişaf var…” kimi sözlərdən inkişaf edirlər. Hə birdə unutmadan deyim, belə bizneslər adətən kassaya pul mədaxil edilməsinə deyil, anbardan məhsul çıxmasına daha maraqlı olurlar.

Bəs deyə bilərsiniz, bunu niyə Sizə sadalayıram… ona görə ki, böhran dərinləşdiyi zaman belə köpük şirkətlər biznesdən çıxır və yerinə ciddi fundament üzərində qurulmuş, effektiv menecerləri olan şirkətlər gəlir. Məhz sabun şirkətlər (bizneslər) bazardan çıxmalıdır ki, marketinqin, brendinqin, HR strateqiyaların, maliyyə nəzarətinin, IT sistemlərin, anbar – logistika quruluşlarının əhəmiyyəti hiss edilsin.

Sabun köpüyü özünü yalnız biznesdə deyil, həmçinin cəmiyyətin bütün sahələrində açıq şəkildə göstərir. Bir vaxtlar ölkəmizdə olan asan istehlak kreditləşməsi insanlarda əməlli başlı “boyundan” yuxarı qalxma xasiyyəti yaratdı. Bu əlbəttə, bazarın normadan artıq formada olmasına, lüks sənayesinin artmasına gətirib çıxardı. Məsələn, “sabun köpüyünün” atributları kimi, Porsche, İphone və ya kürk kimi məhsulların kreditlə alınmasını göstərmək yetərli olar.

Sabun köpüyü ilə iş görmək istəyən bloqqerlərdə çoxdur… yalandan bir sayt açırlar, ayda 1 dəfə nesə yazırlar, sonrada deyirlər ki, biz bloqerik! Dəhşətli məsələ burasındadır ki, bu adamlar başa düşmürlər ki, bloqqer olmaq üçün çox sadə bir resept var. Onunla-bununla “rəqsanə” kimi mübahisə etməkdənsə… başını aşağı sal, aktual mövzulardan yazda… Qurban olduğum alıb!?)

Hər dəfə tezə bloq açılanda… ümidlənirəm, deyirəm bəlkə kimsə bizim kimi, ardıcıl bloq yaza, məndə ona baxıb, özümü inkişaf etdirəm… amma 2-3 aydan sonra… “bloggerin” barıtı bitir!)

Əziz oxucu, sabun köpüyü özünü təhsil və savaddada göstərir. Hər zaman dediyimiz kimi, istənilən sahədə uğurlu olmaq üçün fundamental biliklər son dərəcə vacibdir. Güclü marketoloq olmaq üçün əlbəttə, mütləq qaydada PhD olmalı deyilsən… amma əgər biz İqtisadi Nəzəriyyəni və ya mikro iqtisadiyyatın maliyyə, menecment kimi təməl istiqamətlərinin nəzəriyyəsini bilmiriksə, heç vaxt güclü marketoloq ola bilmərik. Çox təəsüf ki, fundamentin olmaması çox tezliklə özünü göstərir. Həmdə fikir vermişəm, belə adamlar adətən tənqidə meylli olurlar.

Sabun köpüyü barədə çox danışmaq olar, amma mən bilirəm ki, öz fikirlərimi sənə – əziz oxucu tam çatdıra bildim. Sabun köpüyü olan yerlərdən mütləq və mütləq qaçmaq lazımdır. İnanın ki, o yerlərin axırı yoxdur!

Biznesin, real iqtisadiyyatının ən böyük düşməni – sabun köpüyüdür. Ümid edirik ki, tezliklə ölkəmizdə olan böhran “sabun köpüyünü” tam ləğv edəcək və öz gücünə biznesi inkişaf etdirəm sahibkarlar Azərbaycanımızı daha inkişaf etdirəcəklər.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: