image_pdfimage_print

Futbol muasir həyatın ən baxımlı nümayişidir desək, əminəm ki, mənimlə razılaşarsız. Bəlkədə məhz buna görə futbol idman növləri arasında ən yüksək kommersiya tərəfləri olan bir istiqamətdir, necə deyərlər dotasiya olmadan özü-özünü saxlaya bilən, bəlkədə yeganə idman növüdür (mövzunu uzatmaq olar…). Bügündə biz Avropa Cempionatının ilk oyununa baxdıqda son dərəcə xoş (xoş olduğu qədərdə düşündürücü) bir supprizlə qarşılaşdıq – Azərbaycanımızın Dövlət şirkəti olan SOCAR Avropa çempionatının rəsmi sponsoru idi. Mən bu yazıda Sizlərə bir marketoloq və Azərbaycan vətandaşı olaraq bu sponsorluqla bağlı fikirlərimi çatdırmaq istəyirəm.

İlk əvvəl qeyd etmək istəyirəm ki, Socar-ın Euro 2016 çərçivəsində başlatdığı kampaniyanın sloqanı “Make Your Debut” səslənir. Məntiq çox sadədir, Socar gənc idmançılara dəstək olaraq bu sloqanı tətbiq edir və bir növ özüdə bu sponsorluqda gənc olduğu üçün, gənc idmançılara dəstək vermiş olur. Həmçinin Euro 2016 çərçivəsində Socar gənc futbolçular üçün mükafat hazırlamışdır.

Bu əladır, biz təbii olaraq çox sevinirik ki, ölkəmizin adı, Avropanın tam olaraq diqqətini cəlb etdirən və eyni saatda bütün Avropa üzrə ən böyük baxış təmin edən bir göstərişdə görünür. Öz aramızdır, super deyil?! Futbola baxdığın zaman… biiiy “Socar və Azərbaycan” sözünü görürsən. Super! İstəməyənin gözü çıxsın, yox!?)

… əlbəttə sevinirik, amma Socarın dövlət şirkəti olduğunu nəzərə alaraq və bu sponsorluğun pulla olduğunu yadımıza salaraq, istər-istəməz “pərdənin arxasınıda” bilmək istəyirik. Şəxsən mən, İlkin Manafov olaraq bilmək istəyirəm. Axı nəticə etibarı ilə bu həmdə mənim pulumdur, yox!? Əgər Siz elə düşünmürsünüzsə, bu yerdə bloqu bağlayın, çünki sonra kı sözlər Sizə maraqsız olacaq. Yoooox, əgər Sizin üçündə “pərdə arxası” maraqldırsa, mənimlə qalın, yaxşı!?

Deməli belə, bu yazıları yaza-yaza Fransa – Rumuniya oyunun fasiləsində göstərilən reklamlara baxıram, daha sonra yaxşı mahnı oxunur onu dinləyirəm, amma hələdə bir dənədə olsun Socar “müəllim” tərəfindən tanıdıcı reklam görmürəm. Yadıma düşür, Rusiyanın Qazprom-u belə reklamlar, sponsorluqlar çox edir, amma QazProm fasilədə özünün çoxlu tanıtıcı reklamlarından istifadə edirdi, bizim Socar isə, sanki bu sponsorluğu “gizlin” edir. Niyə mən belə düşünürəm? Çünki…

  1. Heç bir KİV-də bu haqda məlumat yoxdur. Adətən belə mötəbər bir yarışa sponsorluq edilirsə, xalq bunu bilməlidir, ən azı biz fəxr etməliyik ki, Socar bizim pullarımızı dövlətimin tanıdılmasına xərcləyir, Socarda dövlətdir, qardaş bizə deyin, bizdə biləkdə, sevinəkdə, nə olar!?)
  2. Socar Susar. Mən loqomuzu görən kimi, sadə və kasıb… Azərbaycan vətandaşı kimi, Socar.az saytına girdim… dedim həgin hamı bilir, mən geridə qalmışam. Gördüm YOX. Saytda heç bir məlumat yoxdur. Avtomobilə benzini Socardan vurmağa çalışıram, xatırladım ki, ordada bu haqda heç bir məlumat yoxdur. Bəs aparıcı… aparıcı hər şeydən danışdı, amma ən vacib məsələ olan bizim sponsorluğumuz barədə heçnə. Niyə?! Socar sponsorluqdan utanır!?
  3. Make Your Debut – roliki. Kampaniyanın rəsmi rolikində heç bir yerdə nümayiş etdirilməyib, Sizində gördüyünüz videoya cəmi-cümlətəni 350 baxış var idi… Niyə bunlar belə sponsor olurlar, bilmirəm. Yenə xırda bir şirkət olsaydılar, deyərdim… bəlkə Vergidən qorxurlar, amma Socardan Vergi qorxur!))

Vergi dediz yadıma düşdü… 4-5 il bundan əvvəl bir şirkət ilk dəfə olaraq reklam kampaniyası edir (olmuş hadisədir). Reklam roliki üçün Brif yazılır, şirkətin sahibi isə çox narahatdır. O qorxur ki, reklamı Vergi görər… amma digər tərəfdəndə bilir ki, reklam çox vacibdir. Nəticədə sonda sahibkar dözmür və belə söz işlədir “Qardaş reklam deyirsiz edin… AMMA xahiş edirəm elə edin ki, bizim şirkətin reklamı olduğu çox bilinməsin…” Yəni adam Vergidən i qədər çəkinir ki, hətta razıdır ki, reklam çəkilsin, amma göstərilməsin!) Neyə görəsə bu sponsorluq tərzində həmən hadisə yadıma düşdü… neysə…))

Keçək kampaniyanın özünə… “Make Your Debut” nə deməkdir axı bu!? Yuxarıda bu haqda Socar-ın xarici mətbuatlarda sərgilədiyi mövqeyini yazmışam. Amma biz hesab edirik ki, bu sloqan bügün ölkəmiz üçün bir dəyər vermir. Ümumiyyətlə mənim üçün Socar bu marketinq konsepsiyası çox maraqlıdır… Diqqət edin!

Socar xarici bazarlarda ciddi bir B2C təklifi yoxdur. Gürcustanda, Ukraynada olan benzin doldurma məntəqələri üçün bu qədər böyük büdcəli reklam məntiqsiz görünür. Paralel olaraq Socar-ın xarici bazarlarə təqdim etmək üçün bir məhsulu yoxdur. Socar xam neftdən başqa nə satır!? Öz aramızdır – HEÇNƏ!

Socar neftin daha dərin emal etmək istəyirsə və öz brendini gücləndirmək istəyirsə… vallah biz bilirik ki, birinci nə satacağını bilməlisən, sonra onu reklam etməlisən, elə deyil!? Düşünün ki, orda digər reklamçılar olan McDonalds, Continental və Hisense nə satacağını hələ bilmir. Onlar Sizcə orda olardılarmı!? Əlbəttə yox. Bəs qardaş Socar nə gəzir orda!?

Socar Avropa bazarına girəcək… qardaş, dolamısız bizi!? Neftin qiymətinin 120 dollar olan vaxtlarında yeyib-içib nə vaxtsa sağlıq deyilibsə, bügün Socar orda sponsor olmalıdır!? Bu heç bir şəkildə biznes yanaşma ola bilməz axı. Elə deyil!? Bunun üçün hələ bir benzin doldurma məntəqələri alaq, orada işə başlayaq və sonra Eur02016 sponsor olar. Əksini etsək, inanın ki, heç vaxt bu bazarlara girə bilməyəcəyik. Rəqabətli bazarlarda effektiv işləmədən olmaz. Bunu hamı bilir.

Əziz oxucu, biz ölkəmizdə gedən müsbət dəyişiklikləri hər zaman görmək istəyirik. Hətta öz bloqumuzu, öz gözümüzü buna planlamışıq. Amma biz çox istəyirik ki, atılan hər bir addımda effektivlik yüksək olsun. Hesab edirik ki, Socar mütləq və mütləq yerli kanallarda öz sponsorluq fəaliyyətinin açıqlamasını verməlidir. Socar mətbuat xidməti təşkil etməli… bir növ xalqı əmin etməlidir ki, Socar həqiqətəndə Dövlət neft şirkətidir və etdiyi addımlar dövlətçiliyimiz üçündür. Biz əminik ki, bu belədir, amma bunu işıqlandırmaq çox vacibdir.

Xarici ölkələrdə Socar loqosunu görəndə əminəm Sizində ürəyiniz dağa dönür. Eur0 2016-da Azərbaycan şirkətinin loqosunun görünməsi, həqiqətəndə bizim üçün “yuxu” kimi görünür. Super yuxu! Amma bu “yuxunun” bizə olan faydaları mütləq və mütləq açıqlanmalıdır. Gizlin sponsorluq, sponsorluq deyil!)

P.S. Bu arada birinci oyun çox maraqlı gedir, artıq 1 – 1 dir

P.S.S. Hamımız ürəkdən qardaş Türkiyyə yığmasının oyununu gözləyirik!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close