image_pdfimage_print

Vacib deyil sən nə deyirsən… vacibdir sən necə deyirsən. Biznes adamı və ya marketoloq mütləq və mütləq yaxşı danışmağı bacarmalıdır. Çox təəsüf ki, ölkəmizdə biznesin yaşı gənc olduğundan hələlik güclü danışıq qabliyyəti, yüksək biznes-spikerlər “barmaqla” sayılır. Bu yazıda Sizlərə bu super spikerlər barədə məlumatlar vermək istəyirəm. Beləliklə… qızıl beşlik kimlərdir?

Prezentasiya qabiliyyəti yalnız düzgün səs tembri, yaxşı misallar və ya ağıllı danışıqdan ibarət olmur. Yaxşı danışmaq üçün mütləq qaydada spiker auditoriyanı dinləməli və ya kiminlə danışdığını bilməlidir. Bəlkədə buna görə güclü spikerlər ilk əvvəl auditoriyanı incələyir, öyrənir və ondan sonra öz fikirlərini paylaşırlar. Təqdimat qabiliyyəti barədə daha əvvəl bloqda Sizinlə söhbət etmişdik.

TOP5 – Ramil Cabbarov. Ramilin çıxışlarında fikirlərini son dərəcədə ardıcıl və sistemli çatdıra bilmə hiss edilir, həmçinin son dərəcədə pozitiv danışıq tərzi dediyi ifadələri daha təsirli edir. Ramil bizim gənc AİRçi dostumuz olmaqla yanaşı, həmdə ciddi inkişaf  etmək istəyən və zəhmətkeş gəncdir. Bu superdir, biz çox sevinirik ki, ölkəmizdə gənc marketoloqlar formalaşır və bu prosesdə “AİR” xamırı var. Dostumuz həmdə, ölkənin ən marketinq yönümlü Ali məktəbi olan – İqtisad Universitetində işləyir (düzdür sözü gedən Universitetinin marketinq kafedrası rəhbərliyində ab-hava yumşaq desək “Narxozu” xatırladır – AMMA biz inanırıq ki, tezliklə bu düzəldəcəyik, bu haqda ətraflı yazacam bugünlərdə). “Narxoz”u, “UNEC” edən insanların sırasındadır. Bir sözlə Ramili dinləmək superdir!)

TOP4 – Emin Vəli. Eminlə səhv etmirəmsə ilk tanışlığımız Kazaxstanda olub, daha sonra Milli Marketinq Forumunda Uptime şirkəti olaraq dəstəkçi kimi çıxış edirdi və bir neçə dəfə prezentasiyalarının şahidi olmuşam, çox maraqlı danışıq tərzi var. Son vaxtlar tədbirlərdə az görünməsinə baxmayaraq ümid edirəm ki, yaxşı danışıq qabiliyyətini hələdə saxlayıb!)

TOP3 – Zaur Darabzadə. Zaur Azərbaycan dilində pis danışmasına baxmayaraq çıxışlarında çox yaxşı məntiqi ardıcıllıq qorunur. Lazımı yerlərdə emosiya, lazımlı yerlərdə soyuqqanlı olması böyük praktik təcrübədən xəbər verir. Mən Zaurun bir neçə dəfə çıxışlarında olmuşam (eləcədə Milli Marketinq Forumu) və hesab edirəm ki, aksentli danışmasına baxmayaraq 3-cü yerin halal sahibədir!)

TOP2 – Firdovsi Xəlilov. Çox maraqlı və interaktiv danışıq tipi Firdovsinin digər spikerlərdən çox fərqləndirir. Sizi bilmirəm, şəxsən mən Firdovsinin danışıq tərzindən çox şey öyrənirəm, çünki… çünki diqqətlə qulaq asıram. Maraqlı danışır. Sizdə dinləyin, əmin olun çox xoşunuza gələcək. Tezliklə Firdovsi bəyin sonuncu Milli Marketinq Forumundə olan çıxışınızı dinləyəcəksiniz və söz verirəm çox xoşunuza gələcək.

TOP1 – Fəxri Ağayev. Fəxrinin inandırıcı danışması, bədən dilindən düzgün istifadə etməsi sözün əsl mənasına mükəmməldir. Səhnə düzgün hərəkət etməklə yanaşı, Fəxrinin səs temberidə verilən mesaja görə düzgün formada dəyişir. Natiqin çıxışlarındə məntiqi ardəcıllıq, bir növ fikiri hardan-hara getirdiyi dinləyicilərdə fikirlərə daha tez inanmağı sövq etdirir. Həmçinin Fəxrinin digər spikerlərdən fərqləndirən ən əsas üstünlüyü dediyi fikirləri bariz şəkildə nümayiş etdirməsidir. Bəlkə buna görə artıq ikinci dəfədir Milli Marketinq Forumuna Fəxrini dəvət edirik.

Hesab edirəm ki, prezentasiya marketoloqlar üçün, biznes adamları üçün ən vacib silahlardan biridir və çox zaman bilik bir insanın maraqsız (pis) danışmasını görəndə çox məyus olur. Dostlar yaxşı danışmaq üçün çalışmaq vacibdir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close