image_pdfimage_print

Bir vaxtlar “Tək səbr” verilişi var idi və orda çoxlu maraqlı yumorlar meydana gəlmişdi. Onlardan mənim ən sevdiyim Fərdə Xüdaverdiyivin “Yalnız bizdə…” yanaşması idi. Ümumiyyətlə bu adamlardan ən xoşuma gələni Fərdə idi. İstəyirəm bu yazıda Azərbaycanımızın biznes və ictimai mühitindən olan “yalnız bizdələr…” barədə Sizinlə fikirlərimi bölüşüm. Özünüz diqqət edin, əlavələriniz varsa, xahiş edirəm əlavələri kommentlərlə edin. Beləliklə… yalnız bizdə…

İlk əvvəl qeyd etmək istəyirəm ki, mən Azərbaycanımızı çox sevirəm və ölkəmizi tənqid edən insanları sevmirəm. Biz bu torpaqlarda böyümüşük və hər birimizin borcu vətənimiz üçün nesə etməkdir. Bu yazıda tənqidi yanaşmama görə xahiş edirəm məni bağışlayasınız… sadəcə hərdən “dilim” beynimə qulaq asmır.

Həmdə nə gizlədim ürəyimdə ümid edirəm ki, bəlkə belə yazılar qisməndə olsu aşağıda səsləndirəcəyim problemlərini həllinə gətirib çıxara bilər. Bəlkədə yalnız bizdə… belə düşünənlər var, hə!?

YalnızBizdə… Təhsil haqqında

YalnızBizdə valideynlər övladlarına savad-bilik vermək haqda deyil, ali təhsil vermək haqda düşünür. Hətta çox zaman, pul verirlər ki, uşaqlarına müəllim savad verməsin. Bəli-bəli, biz rahatlıqla pul vermək istəyirik, bizə heçnə öyrətməsinlər!)

YalnızBizdə aylıq əmək haqqısı 120 manatlıq müəllimə işləmək üçün, məktəb direktoru 10 min manat (!) pul alır, işə götürür və götürdüyü zaman deyir ki: “Bax nesə olsa mənlik deyil aaa”. Məsələ burasındadır ki, bunun üstündə dava gedir, 10 min vermək istəyənlərin sayı gündən-günə artır!)

YalnızBizdə ölkənin bir nömləri iqtisadi təhsil verən Ali məktəbi rebrendinq edir, iş prosesini uğurlu həyata keçirmək üçün islahatlar edir, müəllimlərin reytinq sistemi tətbig edir (Narxozdan, UNEC olur) və həmin Ali Məktəbin Marketinq Kafedrasının rəhbəri (!) kafedra iclasında durub deyir ki, “Brendinq mövzusu aktual deyil…” necə deyərlər “и грех, и смех…”

YalnızBizdə ali təhsil almış insanların bir çoxu elə hesab edir ki, dövlətin buna borcu var və mütləq işlə təmin etməlidir. Onlar qətiyyən düşünmür (düşünmək istəmir) ki, əmək bazarı deyilən bir anlayış var və bu bazarda hamı öz əməyini satmaqla iş tapa bilir və s.

Yalnız bizdə… marketinq haqqında

YalnızBizdə ölkənin ən böyük marketinq tədbiri olan Milli Marketinq Forumunda insanlar treninqə gələn kimi gəlirlər. Hətta bəzən forumdan öz beyinlərində olan qeyri-konkret sualla, konkret cavab almaq istəyirlər. Onlar başa düşmür ki, forum müzakirə yeridir, hansısa akademik bilik verən yer deyil!)

YalnızBizdə hesab edilir ki, marketoloq özünü reklam etməz və ya hansısa çıxış zamanı öz şirkətindən danışmaz. Əslində isə dünyanın bütün qlobal forumlarında marketoloqlar (spikerlər) öz uğurları barədə danışır, danışmalıdır. Belə olduqda praktik forum olur. Biz başa düşmürük ki, özünün marketinqini edə bilməyən şəxs, böyük şirkətin marketinqini heç edə bilməz!)

YalnızBizdə marketoloqlar hələdə “marketinq nədir” kimi banal suallarının üzərində düşünür. Halbu ki, dünya özünün marketinq reallıqlarını yazır!) Marketinq nəzəri fəaliyyət deyil, marketinq bazar elmidir və əlbəttə ki, burada işləmək danışmaqdan daha yaxşıdır.

Yalnız bizdə… biznes haqqında

YalnızBizdə sahibkarlıq fəaliyyəti dövlət xidmətindən zəif hesab edilir. Hətta bəzən elə hiss edilir ki, məmur olmaq xoşbəxtçilikdir, əsasənda bunu dövlət qulluğunda işləyən belə hesab edir. Amma inkişaf etmiş ölkələrdə sahibkarların adına küçələr olur…

YalnızBizdə bizneslə məşğul olmaq üçün insanlar hesab edir ki, savad lazım deyil… əslində isə dünyada ən çətin fəaliyyət biznesdir! Yalnız güclü zehni hafizə, kreativ düşüncə hesabına biznes qurmaq mümkündür!)

YalnızBizdə bəzi biznesmenlər “eşi… təki zərər olmasın…” məntiqi ilə işləyir. Biznesdə məmur olanda bu belə olur. Biznes mütləq və mütləq öz gücü ilə inkişaf etməlidir, əks halda biznesdə problemlər yaşanır.

Əziz oxucu, biz hesab edirik ki, tezliklə ölkəmizdə problemlər daha az olacaq, biz daha muasir və düzgün düşüncə tərzinə malik olacağıq. Bunun üçün biz əlimizdən gələni edirik… hər şeydə, yalnız biz ölkəmizdə artıq dürdüncü il demək olar yeganə (!) marketinq forumunu edirik, yalnız biz son 2 ildə 5 biznes kitab yazıb dərc etdirmişik.

Sizin oxuduğunuz bloqda… əslində “yalnızlardandır” təsəvvür edin ki, Azərbaycanda olan bütün biznes bloqlar bir araya toplansa belə, bizim bloqda olan kontent miqdarına çata bilmir. Yəni biz Sizinlə birlikdə ən çox yazısı olan və oxunan biznes bloqa sahibik!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close