image_pdfimage_print

Əziz oxucu, çox zaman belə bir sözlər eşidirik – “Azərbaycanlılar oxuyan olmur, bizdə kitab oxunmur, bizdə savadlı yazılar oxunmur və s.”. Bu məsələ ikili yanaşma mümkündür: birinci yanaşma təxmini belədir: “Oxumurlardaaaa, bu millətin savadlı olmaq arası yoxdurdaa, bax ruslar belə edir, ermənilər belə edir və s.”, digər yanaşma isə belə olur: “Oxumurlar, ona görə ki, ana dilimizdə oxunacaq yazılar azdır, oxumurlar çünki, onlara (bizə) oxu deyən azdır və s.” Bizim həyata baxışımız, bizim yanaşmamız, İlkin Manafov bloqununun oxucusunun məsələyə yanaşması məhz ikinci tərzdir. Fikirlərimi Sizlərə izah edim…

Allah hər birinizin övladının canını sağ eləsin, bizim evdədə iki övlad böyüyür: qızım – Ülkər və oğlum – Namaz. Hər bir “tipik” Azərbaycan uşağı kimi, hər ikisinin Telefona, YouTube-a qarşı platonik sevgisi var. Səbəb!? Səbəb çox sadədir, uşaq nə görür onu deyir. Məhz buna görə, çalışırıq kitab oxumaq prosesi yalnız onların yanında edək. Sizə tam səmimi deyirəm, inanılmaz effekt verir. Uşaqlarla kitab mağazasına gedirik, kitab almağı təşviq edirik, Sizdə yoxlayın – 100% təsirini hiss edəcəksiniz. Uşaqlar bizə çox yaxşı bir dərs vermiş olur. Bilirsiz nə dərs!?

Əgər Siz nəyinsə düzəlməsiniz istəyirsinizsə, ilk olaraq özünüzdən başlayın (!). Orda-burda danışmaqdansa, Sizdə bir işin qulpundan yapışın, onda görəcəksiniz ki, hər şey daha yaxşı oldu.

Keçək yazmaq məsələsinə. Hansısa məsələ barədə fikir sahibi olmaq üçün, ilk olaraq xarici təcrübəni öyrənmək çox yaxşı olar, baxaq!?

Kitab satışı. Azərbaycan öz qonşularından (Gürcustan, Ermenistan) fərqli olaraq adam başına (əhali başına) düşən kitab mağazası sayına görə qonşularından iki dəfə geri qalır. Əgər biz bura Rusiyanı, Belarusiyanı, Ukraynanı, hətta Kazaxstanı əlavə etsək, səhnə daha faciyəli ola bilər… təsəvvür edin ki, bizdə kitab satan mağaza sayı barmaqla sayılacaq qədərdir (söhbət bu işə sistemli yanaşanlardan gedir).

İnternetdə olan kontent. Azərbaycanda nəyin ki, kitab satanlar, hətta ana dilimizdə internet kontentdə “yox” deyiləcək qədər azdır. YouTube və ya Bloqlardada biz qonşularımızdan xeyri geri qalırıq. Azərbaycan dilində demək olar ki, ardıcıl şəkildə biznes-bloq yazan yoxdur. Görün nə vəziyyətdir ki, ana dilimizdə olan bütün biznes-bloqlar toplaşsa, bizim bloqumuzda olan yazıların yarısı ola bilməz! Bu yaxınlarda bir araşdırma var idi, statistakaya baxdım… bilmədim sevinim ya pis olum. Sevinim, çünki bizim bloq liderdir, pis olum… axı mən bloqer deyiləm, mən burda sadəcə öz təcrübəmi paylaşıram, Bazar nə qədər boşdur…

Sosial şəbəkələr. Burda vəziyyət bir-az fərqlidir. Biz bu işdə türklərə daha çox oxşamışıq… qonşularımızdan əslində geri qalmırıq. Amma burdada bir problem var ki, biz Twitterdə qonşularımıza yenədə uduzuruq. Adam başına düşən istifadəçi sayına görə daha geridəyik, amma FB yox!) Facebook konkret olaraq bizlikdir!) İnstagram bizlikdir!) Burdada problem budur ki, nə FB, nədə İnstagram əslində intelektuallığı “sevmir”.

Başqa sözlə desək, əslində Azərbaycan ana dilimizdə yazılan kontentə görə digər ölkələrdən çox geri qalır. Bunu biz bildiyimiz üçün öz fəaliyyətlərimizdə ana dilində olan internet kontentinin çoxalmasına çalışırıq. Kitablar yazırıq, son 1 ildə biznes haqda 5 kitab dərc etdirmişik: Rafiq Vəliyev, Anar Bayramov, Pərviz Əzimov (bizim AİR məzunu) və mənim 360 dərəcədə brendinq kitabım.

Bügün ölkəmizdə bloq yazanlar, kitab yazanlar əslində gələcəyimiz üçün çox vacib işlər görür. Əgər yazdığı bloq maraqsızdırsa… inanın ki, oxucusu olmayacaq, bloq maraqlıdırsa hamı oxuyacaq və s. Yəni müştərinin (bloqun müştərisidə olur – oxucu) gözü tərəzidir. İcazə verin, hamı yazsın, onsuzda 3 aydan sonra kimin-kim olduğu bilinəcək.

Sizə səmimi deyim… bloq yazmaq çox çətindir. Daha doğrusu bloq yazmağa başlamaq olar… AMMA mütəmadi bloq aparmaq üçün gərək insanda həvəs, dünya görüşü və zəhmetkeşlik olsun. Yalnız bunu edə bilənlər bloq fəaliyyətində uğurlu olurlar. Şahmata bənzəyir, şahmatı öyrənmək çox asanddır, amma yaxşı oynamaq çətin!

Kimlərsə bloqda xarici ədəbiyyatlarda oxuduqlarını tərcümə edib yazır – YAZSIN. İnanın tezliklə daha gözəl yazacaq. Bunu yazmaqda hər adamın işi deyil.

Kimlərsə bloqda öz təcrübələrindən yazır. Yazsın, superdi. Niyədə yox? Kimlərinsə təcrübəsini oxumaqla Sizdə bu təcrübəni yaşamış olursuz. Faydalıdır axı.

Kimlərsə bloqda xaotik olaraq ordan-burdan yazır. Yazsın. Bir sözlə nə qədər yazılar çox olsa, bir o qədər oxuyanlar çox olacaq. Əmin olun, bloq yazmaq üçün gərək savadlı olasan, oxuyasan. İnanmırsız!? Yoxlayın. Görün 5-ci yazıdan sonra… kitab oxumaq kimi bir ehtiyacınız yaranır ya yox!?

Kimlərsə bloq yazılarında qrammatikaya fikir verir, kimlərsə sadəcə fikrini çatdıracaq səviyyədə yazır. Bu işə çox vaxt itirmirik, çünki biz bloqu sadəcə və sadəcə amator fəaliyyət kimi baxırıq. Biz peşəkar bloqer deyilik, olmaq fikirmizdə yoxdur, sadəcə və sadəcə Sizində dəstəyinizlə bizim bloq Azərbaycanda ən çox yazısı olan və ən çox oxunan biznes bloqdur. Bu superdir!)

Birdə əziz oxucu, yazmaqla oxumaq arasında düz mütanasiblik var. Çox kitab, bloq, məqalə olduqca oxuyanlarında sayı çox olacaq. İstəmirsiz xalqımızda oxuyanlar çoxalsın!? Onda problem nədir?))

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close