image_pdfimage_print

Yadıma gəlir, 2-3 il bundan əvvəl “Azərbaycanda internet startup boş şeydir” deyə bir yazımız var idi. O vaxt bizə deyirdilər ki, “Yooox, Siz (Sən) nə danışırsız?!” Azərbaycanda tezliklə Facebooklar, Amazonlar olacaq və s. Məndə deyirdim ki, “kaş ki, olsun, kaş ki, mən səhv edim, amma inanın Siz belə düşünsəniz, heç bir proektiniz uğurlu olmayacaq”… əziz oxucu, təəsüf ki, mən haqlı çıxdım… bügünə qədər bir vaxtlar mənimlə mübahisə edən dostlarımızın çoxu özünüz startup layihələrini bağladı. Onlardan bəziləri ümumiyyətlə internetdə biznes sevdasından əl çekdi, bəziləri isə o layihəyi bağlayıb, təzəsinə keçdi. Sizə səmimi deyim – bu gözlənilən idi, çünki ölkəmizdə internetdə biznes qurmaq istəyən insanların böyük əksəriyyəti biznes barədə elementar baza məlumatlara sahib deyillər. Biznes isə, sahəsində asılı olmayaraq bütün istiqamətlər üçün eyni olan qanunlarla idarəedilir. Bu yazıda istəyirəm Sİzinlə Azərbaycanımızda internetdə qurulan bizneslərin əsas problemləri barədə danışım.

Əvvəlcə deməliyəm ki, internet bütün bizneslərin gələcəyidir və bir mənalı olaraq biznes internetdə olmalıdır. Təbii ki, ölkəmizdədə bu belə olacaq. Hətta biz hesab edirik ki, hal-hazırda yeni biznes qurmaq üçün ən ideal məkan internetdir. Daha əvvəldə bu haqda yazdığımız kimi, internetdə biznes qurmağın əsl vaxtıdır.

Beləliklə keçək əsas məsələyə – Azərbaycanda internet bizneslər niyə gəlirli olmur? İstəyirəm bu suallın cavabına iki prizmadan baxam: birincisi biznes açmaq istəyənlərin problemləri nədir, ikinci məhsulun (xidmətin) bazarın problemi nədir. Hər iki amil barədə ayrıca fikirlərimi deyəcəm amma ayrı-ayrı yazılarda. Bu dəfə icazə verin, yalnız sahibkarda olan gördüklərim problemlərdən danışım, gələn yazıda məhsuldan danışaram.

Biznes açmaq istəyənlərin problemləri (səhvləri) nədir? İstənlən biznesi uğurlu və ya uğursuz edən icradır, icra üçün isə, güclü menecer icra edicilər lazımdır. Fikir vermişəm, güclü iş adamların ətrafında güclü komanda, yalançı, bəxtə-xuda iş qurmuşların ətrafında isə zəiflər, yalançılar olur. Bu biznesin qanunudur: güclü sahibkarın güclü meneceri, zəif sahibkarın zəif meneceri olur. Başqa sözlə desək hər şey sahibkardan asılıdır. İnternet biznes qurmaq istəyən sahibkarların əsas problemləri aşağıdakılardır:

Biznes qurmaq istəyənlərin çoxu IT, proqramlaşdırma təməlli insanlardır. Biznes adamın xasiyyətində xüsusi baxış, pozitiv yanaşma, güclü əlaqə qura bilmə qabiliyyəti olur. Əlaqə qura bilmə, heç bir şəkildə FB dost sayı deyil!) Təəsüf ki, deyil, yoxsa əmin edirəm ki, ölkənin ən güclü milyonçuları elə FB oturardılar bütün günü. Proqramlaşdırma (bu haqda oxumaq üçün)  biznes üçün son dərəcə vacibdir, internet biznes üçün ümumiyyətlə həyatı əhəmiyyət kəsb edir, amma proqramçılar “elastik” adam olmurlar, proqramçıların “satma” qabiliyyəti olmur. Nəticədə qurulan biznesində məntiqində prosesə orientasiya olunma hiss edilir. Biznes hədəfə yönəlməlidir, proses adamları biznes uğurlu olmurlar.

P.S. Xahiş edirəm mənə deməyin, Bill Geyts, Şaxar Vayser nə bilim… Dmitriy Qrişin… bu adamları özünüz araşdırın və görəcəksiniz uğurlarında proqramlaşdırma bilikləri deyil. Yumşaq desək!)

İnternet biznes quranlar gənc, korporativ biznes təcrübəsi olmayan insanlardır. Ömründə heç bir biznesdə işləməyən, böyük şirkət təcrübəsi görməyən adamların öz şəxsi biznes qurma təcrübəsinə çox skeptik baxıram. Xahiş edirəm… mənə Sukerberqlərdən danışmayın… inanın, tam fərqli ölkə, tam fərqli bazar, tam fərqli şeylərdən danışırıq. Azərbaycanda iş təcrübəsi olmadan, yəni Ali Məktəbi bitirib, internetdə startup etmək çox çətin görünür, çünki bizim Ali məktəblərdə lazım olan “qaz”ı verə bilmir, gələcək sahibkarlara. Bu baxımdan çox yaxşı olar ki, hər şeyi ciddi biznesi olan bir şirkətdə öyrənib, daha sonra öz şəxsi biznesini qurasan. Onda bazarı yaxşı görmək olur. Ruslarda bir yaxşı söz var: “исключение подтверждает правило” digər hallar xüsusi hallardır!)

Sahibkar “zəif” (bəzən tənbəl) olur. Ölkədə bağlanmış, davamı olmamış internet proektlərin bəzilərini təhlil etdikdən sonra, aydın şəkildə hiss etmişəm ki, sırf sahibkarın yetərincə inadkarlığı olmadığına görə, tənbəlliyinə görə proekt uğurlu olmayıb. Adətən yeni biznes gəlir gətirmir. Əgər bu iş internetdədirsə ümumiyyətlə tez uğur gözləmək bəlkədə doğru deyil. Sahibkarın istər maddi, istərsədə mənəvi cəhətdən böyük gücü olmaldır. Yalnız burda söhbət puldanda getmir, gərək qurduğun biznesə aşiq olasan, gərək biznesini sevəsən, inanın mənə. Yadıma gəlir German Studio açıldığı zaman 3 il (bəli-bəli), 3 il ziyanlı olub. Hər dəfə biz hesabatlara baxmışıq, zərərləri cibimizdə qarşılamışıq, amma inanmışıq. İnanmışıq ki, düzgün iş görürük və s. Bəlkə, buna görə bugün böhranda eyni seqmentdə bazardan çıxandan biz dahada möhkəmlənirik. Uduzmaq hər zaman tezdir, biznesdən çıxmaq isə uduzmaqdır. Uduzmayın, uduzmayaq!

Biznes qurmaq əvəzinə, investor axtarırlar. Özünüz diqqət edin, internetdə biznes qurub uğursuz olan adamlarla söhbət edin… “salamdan” sonra başlayacaq investor axtarışından danışmağa… inanırsız, diqqət etmişən, bəzən heç bilmirlər pul (investor) niyə lazımdır. Sizə bir söz deyim, bəzən internetdə “biznes” quran adamlarda elə təsəvvür yaranır ki, guya kimlərinsə bunlara borcu var)) Qardaş ətrafınıza baxın, dünya lider olan hansı biznes ilk vaxtlarda investor pulu ilə qurulub?! İnanın heç biri, heç axtarmayın. Birdə Sizə bir söz deyim, investor biznesmeni bilirsiz nə vaxt tapır!? Düzdür… biznesə pul lazım olmayanda. Bu “qızıl” qaydanı, necə bilməmək olar!? Əgər Siz pulun dalınca qaçsanız, pul daha sürətli şəkildə Sizdən qaçacaq!)

İnternetdə biznes satılmaq üçün qurulur. Biznes uşaq kimidir, əgər ona lazımı diqqəti, qayğını göstərməsən o idarə olunmaq bir canlıya çevrilir və daim problemlər yaradır. Sahibkar öz biliyini, pulunu (şəxsi pulunu), ürəyini və vaxtını açacağı biznesə qoymursa biznes sahibkardan küsür. Bunu praktik olaraq sözü gedən məsələni yaşamış biri kimi deyirəm. Əmin olun, əgər Siz işin başında biznes qurub daha sonra bunu satmaq istəyirsinizsə, inanın ki, heç kim, bu biznesi Sizdən almayacaq, çünki Sizin qurduğunuz biznes pis olacaq. Biznesi pul qazanmaq üçün qurmaq lazımdır və pul qazandıqdan sonra bəlkədə satmaq olar (daha çox qazanmaq üçün) amma əksi işləmir.

Biznes üçün vacib olan təməl predmetləri bilmirlər. Azərbaycanımızda belə bir təsəvvür var ki, guya internetdə biznes qurmaq asanddır. Hal-hazırda internetlə bağlı yeni bir biznes-layihəmizin üzərində işləyirəm… Sizi inandıram ki, internetdə biznes etmək offlayndan etməkdən qətiyyən asand deyil (!) və bunun üçün marketinq, maliyyə, idarəetmə kimi təməl biznes predmetlərini çox dərin bilmək lazımdır. Həm praktik, həmdə nəzəri. Bilməmək bir yana, bilməmək problem deyil, ən qorxulusu odur ki, bilmədiklərini bilmirlər. Bu böyük problem yaradır. Məsələn, bizim internetdə biznes qurmaq istəyən ölkədə biznes-mühitini dərin təhlil etmir. Lalafo kimi biznesin arxasında Ukrayın sahibkarlarını düşünmək , üçün yalnız biznesi başa düşməmək azdır, həmdə çox sadəlöv olmalısan!) Amma dostlar, biznes savadsızlığı sevmir, tezliklə savadlanmaq lazımdır, vallah Sizə görə deyirəm!)

Bu dediklərimizin əksi olanlar bügün ölkəmizdə internet bizneslərin “şahlarıdır”. İnanmırsız?! Özünüz yoxlayın: fromae, hesab.az, tap.az, disput.az, turbo.az və s. Başqa cürə deyim, o sayt ki, Azərbaycanda pul qazanır, bilin ki, sahibi yuxarıda olan kriteriyanın adamı deyil!)

Belə bir söz var… əgər yeni biznesə başlayan adam pul – investor axtarırsa, onun təlimi, savadlanmağa ciddi ehtiyacı var, yox əgər biliksizlikdən, bazarı tam başa düşmədiyindən danışırsa, ona təcili investitsiya tapmaq lazımdır, çünki biznes adamı tam yetişib. Əgər Azərbaycanda internetdə biznes qurmaq istəyənlər, “həftə-səkkiz mən doqquz” investor, pul axtarırsa… özünüz başa düşdüzdə bu adamlara nə lazımdır!?

Neysə… neqativ tonlarla bitirməyək, əsas odur ki, internet həqiqətəndə biznesin gələcəyidir və əmin olun ki, gələcək biznes yalnız və yalnız internetlə əlaqəli olacaq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. Çox sevinirəm ki dostlarım İlkin bəy və Anar bəy dalbadal maraqlı mövzulara toxunurlar. Hazırda suyu qurumuş dəyirman kimi işsiz-gücsüz oturmağım mənə imkan verir ki bu müzakirərlərdə bacardığım qədər iştirak edim, seyrçi qalmayım. Ənənəmi pozaraq, mövzuya bir qədər arxaik üslubda münasibət bildirmək istəyirəm.
    Yaxşı deyiblər: “If you fail to plan, then you plan to fail.” Çox düşündüm ki ingiliscə olan bu dahiyanə postulata ana dilimizdə necə unikal qarşılıq verim… Axırda, yarızarafat yarıgerçək bunun üzərində durdum: Ay bala, aşiq olmusan, bəs sazın hanı??
    İlkin Manafovun eyhamına qüvvət verib deyə bilərəm ki, internet biznesə başlayanlar özlərini uğursuzluğa düçar edirlər və edəcəklər. Çünki:
    Məqsədləri çox mücərrəddir, təfsilatlar barədə heç nə bilmirlər. “Bazara nə çaıxarıram və niyə məndən satın alsınlar ki?” sualına tənqidi yanaşma yoxdur;
    Hər dəfə büdrəyib yıxılanda səbəbi özlərində görmürlər, buna görə də təkrarən başlayıb yenidən yıxılırlar;
    Başları çıxmayan sahəyə səthi biliklərlə girişib möcüzə yaratmaq istəyirlər;
    Bir də ki “eşqə düşürlər, amma bir saz tapıb sözlərini deyə bilmirlər.”
    Azərbaycanda bu biznes növündə çalışanların əksəriyyəti sanki özlərini aldadırlar. Elə hesab edirlər ki website qurub domain adı əldə ediblərsə, vəssalam. Azacıq tər töksələr pul özü axıb gələcək. Səhərdən axşamacan bu biznesin başının üstündə durmağa lüzum yoxdur. Bu, səhvdir. İnternet biznes xeyli dərəcədə NİZAM-İNTİZAM və yorğun saatlar tələb edir. Heç kim mövcud olmayan sehrli düyməni basaraq qaz vurub qazan doldura bilməyəcək. Hər hansı digər biznes növü nə cür səy, ağır əmək və əqli sərmayə tələb edirsə, internet biznes də onun kimidir. Heç bir “VİRTUAL ROBOT” yoxdur və sizinn işinizi özünüzdən başqa heç kim görməyəcək. Bütün işləri özünüz görəcəksiniz. Bir də, ən mühüm daha bir məsələ — Azərbaycan xalqında kasad olan SƏBİR. Uğur bir-iki həftənin, ayın işi deyil. Davamlı, ardıcıl və etinalı münasibəti əsirgəmədən işləməlisiniz ki əməyinizin bəhrəsini görəsiniz.
    İlkin bəy haqlıdır ki biznesin əsaslarını bilmədən, “business background”a malik olmadan bu işə başlamaq yersizdir. Mənfəət və itki barədə anlayışı olmayan necə biləcək ki biznesin hansı mərhələsində onu qarşıda nə gözləyir, qazanca imza atıb yoxsa uduza-uduza gedir? Ən bəsit biznes praktikası olmayan biri bu prosesləri necə idarə edə bilər ki? Hətta ən təcrübəli maliyyəçi və ya mühasib belə sizə pul qazanmağın yolunu göstərə bilməyəcək. O yalnız deyə bilər ki bu və ya digər epizodda mənfəət əldə etdiniz, yaxud etmədiniz. Özünüz baş çıxara bilmirsinizsə, qazanc götürməyin yolunu ən azı bu sahəni yaxşı bilən biznes müşavirindən öyrənməlisiniz. Prinsip budur: uğurlu biznes təsadüf deyil, qanunauyğunluqdur.
    Sözsüz ki kifayət qədər sərmayəniz də olmalıdır ki yarı yolda “nə edim, necə edim?” sualına cavab axtarmayasınız. Startap xərclərindən tutmuş cari əməliyyat xərclərinə qədər proqnozlaşdırılmış məsrəf cədvəliniz olmalı, bu cədvəli proses boyu izləməlisiniz.
    Əminəm ki belə bir ara sözünü çox eşitmisiniz – filankəsin “jilka”sı var. Fitri qabiliyyətı və istedadı olmayan adam hər hansı biznesdə uğursuz ola biləcəyi kimi, internet biznesində də onu eyni aqibət gəzləyəcək. Buna şübhəniz olmasın.
    Beləliklə, gəlin yuxarıdakılara xülasə verək. İnternet biznesini uğursuz edən amillər nədir?
    İntizamsızlıq: vaxtını və enerjisini düzgün ölçüb-biçməmək, əzm göstərməmək. Kefin istəyəndə işləmək, istəməyəndə işləməmək qaydası keçmir, çünki internet biznes də qalan digər biznes növlərindən biridir. Ümumən biznesin uğurunu şərtləndirən bütün amillər internet biznesə də “by default” şamil edilir.
    Qısa zamanda varlanmaq həvəsi: bu təhlükəli sindrom sizi depressiyaya sala bilər. Az bir vaxtda zənginləşmək halları biznesə yad deyil, lakin özünüzü buna şüuraltı kökləyərək sonra istədiyiniz nəticəni almadıqda hansı hisləri keçirəcəyinizi təsəvvür etməyə çalışın… Belə bir bəxtəvərlik sxemi əslində yoxdur. Əvvəlcə canla-başla işləyib biznesinizi qurun, sabitqədəm inkişaf etdirin, riskləri və problemləri aradan qaldırın. Sonra özünüz görəcəksəniniz ki işləriniz yağ kimi gedir və içiniz rahatdır.
    Biznes planın yoxluğu: bu, internet biznesə yuxarıda bəhs etdiyim yarıtmaz münasibətdən irəli gəlir. Biznesin hər bir növü kimi, internet biznesin də planı olmalıdır. Yağ-pendir istehsal edənin, idxal edənin, satanın biznes planı olur, sizinsə yox?! Uğura yönəlik, qətiyyətli, sağlam biznes planınız olmazsa, xaosdan başqa heç nə görməyəcəksəniz.
    “No boss, relax” Başınızın üstündə rəis yoxdur deyə düşünürsünüzsə yanılırsınız. Rəis elə siz özünüzsünüz. Özünüzə hesab verməli, xətalarınızı və uğurlarınızı özünüz qiymətləndirməlisiniz. İş rejiminizi özünüz yaradıb ona riayət etməli, məqsədlərinizi özün müəyyən etməlisiniz. Özünüzə qarşı nə qədər çox tələbkar davransanız, bir o qədər də müvəffəq olarsınız.
    İlkin Manafov “German Studio”-nun üç il zərərlə işləməsini vurğulayırdı. Görürsünüz, biznesin uğurlu olması üçün mütləq sabit zaman kəsiyi mövcud deyil. Səbəblər həm obyektiv, həm də subyektiv ola bilər, nəticə isə dəyişməz qalır. Düzgün ölçülüb-biçilmiş, birmənalı və aydın anlaşılan təfərrüatları ehtiva edən, məqsədlərinizlə uzlaşan, əlçatar və mötəbər KPI-larla qiymətləndirilməsi mümkün olan biznes plana malik olacaqsınız, uff demədən tər töküb işləyəcəksiniz, tez bir vaxtda varlanacağınız barədə xam xəyallara qapılmayacaqsınız. Realist, həm də iddialı olacaqsınız. Yalnız bu halda uğur qapınızı döyə bilər.

  2. Salam Ilkin bey.
    Bu bosluqlardan istifade ederek Azerbaycana gelen “Mega Holdingsin” Baki numayendeliyi “ECD Web Solutions Azerbaijan” her biri 650$ dan sayt sataraq guya insanlara IT oyredecek. Mende 2 illik 2 sayt aldim (eslinde qiymeti cox-cox ucuz olan bloq imis), amma 3 ay sonra saytima IT kimi gire bilmedim. Satilan saytlar hamisi Megaya aidiymis. Muraciet etmeyime baxmayaraq 3 aydir hec bir netice yoxdur. Verilen vedlerin hamisi yalan cixdi. Sonsuz (limitsiz) yaddas paketi, 2 il boyunca kurslar, Yootube yaratmaq imkani ve. s.
    70.000.000 luq Turkiyeni qoyub Azerbaycana gelme sebebleride Turkiyede olan 10.000 lerle aldadilmis ve neqtive dusmus insanlariymis.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close