image_pdfimage_print

Əminəm ki, çoxlarınız Avropada olanda açıq havada keçirilən Bayram Bazarları ilə rastlaşmısınız. Daha çox bu Almaniyada olur, məsələn, Weinachten Markt və s. bu mənim çox xoşuma gəlirdi və istəyirdim ki, bu tipli nesə aktivlik edim (edək). Bizim reqionlarda olan mebel mağazalarımızın birində daha doğrusu Bərdə yerləşən, Bellissa mebel salonunda hal-hazırda bu tədbiri etmək üzrəyik. İstəyirəm tədbirdə olanlar barədə təcrübəmi Sizinlə paylaşım.

İlk əvvəl deməliyəm ki, bizim bölgələrdə olan mebel salonlarlarımız yerli standartlara görə əhalinin orta və ortadan yuxarə gəlir səviyyəli ailələr üçün nəzərdə tutulub. Başqa sözlə desək bizim salanlardan almaq səbəbi heç bir şəkildə ucuz qiymət olmur. Biz mebel satışında ilk olaraq daim dizayn və keyfiyyət kimi parametrlərə əhəmiyyət veririk. İstər Bakıda olan German Studio alman mətbəxləri (lüks seqmentə xitab edən mətbəx mebelləri), istərsədə rayonlarda olan mağazalarımızın məntiqi budur.

Bərdədə yerləşən mebel salonumuz rayonda ən böyük mebel salonudur. Ümumi ərazisi 1600 kv.metr olan salonda biz ev mebeli üçün lazım olan bütün mebelləri təklif edirik və düşündük ki, 3 gün ərzində açıq havada mebellərimizi sərgiləyərək effekt ala bilərik. Burada həm havanın isti olması, həmdə Ramazan ayından sonra, satışların artacaq olması kampaniya üçün zəmin yaradır.

Yadıma gəlir, belə açıq havada olan mebel sərgisini, ilk dəfə mən Embawood şirkətində marketinq direktoru olduğum vaxtlar Bulvarda etmişdim. Tədbir son dərəcə böyük ajiotaj yaratsada real kommersiya effekti olmadı. Səbəb çox sadə idi, insanlar bulvara əyləncə üçün gəlirdilər və heç kim mebel almaq əhvallında deyildi. Bu dəfə mən keçən defə etdiyim səhvləri etməyim…

… Bayram Bazarı mebel salonunun düz önündə olacaq. Bu o deməkdir ki, insanlar bura “ünvanlı” şəkildə gələcək. Əgər parklarda keçirilən tədbirlərdə müştəri təsadüfən ordan keçirsə və belə tədbirlərdə əsas effekt məhz brendin tanınmasına yönəlirdisə, mağaza önündə keçirilən tədbirlər daha çox satışa yönəlik olur. Tədbirin satışa təsirli olması üçün aşağıdakı addımları atmışıq:

  1. Tədbirə Bayram ab-havası verməyimiz üçün, mağaza çölündə 4 ədəd çadır qurulub və hər çadırda bir otaq dizayn edilmişdir. Müştəri bir növ mağazaya girmədən belə mebellərimizlə tanış olur. Bir növ mebel müştərini çöldən salamlayır.
  2. Mağaza önü tam olaraq bayraqlar və şarlarla bəzədilib, müştərilər üçün hərəkət zonası yaradılmışdır. Bununla bir növ mağaza yanından, çox uzaqlardan belə mağazanın effektiv işləməsi görünür. Müştəriyə “gəl-gəl” deyir.
  3. Musiqi müşahidəsi olur və bir növ çöldən içəridə şənlik ab-havası verilir. Bunu Bayram Bazarlarından yaratmaq daha asand olur. İnsanlar musiqini dinləmək istədikləri zaman dinləyirlər.
  4. Çöldə müştərilər üçün samavar çayı və şirniyyatlar təklif edilir. Bununla belə demək mümkünsü qonaqlara daha yaxşı xidmət göstərmiş oluruq. Çaylar xüsusi ayrılmış işçilərimiz tərəfindən paylanır.
  5. Və ən əsası, yalnız 3 gün bir mebel alana, ikinci mebel hədiyyə verilir.

Əziz oxucu, bunlar hamısı çox yaxşı, amma əgər Bərdə əhalisi bilməsə, bu kampaniyanın faydası görünmür. Bunun üçün biz xüusi geyimli promoçu qızlarla bukletlər paylamağa başladıq. Həmçinin şəhərdə hərəkət edən bütün avtobusları içıridən böyük afişlərlə bəzədik. Çox effektiv göründü. Əsasənda marşrutlara vurulan reklamlar. Artıq bugündən mağaza sözün əsl mənasında axın başlayıb. Sizi bilmirəm, mən işdə nəyisə düzgün edəndə sonra dərəcə böyük həzz alıram. Mənim üçün biznesdə ən böyük motivasiya müsbət işlər görməkdir.

Beləliklə sabah, Azərbaycanda ilk dəfə olaraq biz Bərdə şəhərində mebel satışı üçün Bayram Bazarı təşkil edirik. İstər kollketivimiz, istər mən, istərsədə Bərdədə mebel almaq istəyənlər çox həyacanlıyıq. Bu bir ilkdir və ən əsası bu Bayram Bazarıdır. Bu tip bazarı tezliklə Mingeçevirdə və Goranda olan mağazalarımızdada etməyi planlayırıq.

Bir sözlə əziz oxucu, məni üzrlü hesab edin, bu günlər başım çox qarışıq olacaq və ola bilər ki, Sizinlə tez-tez yazışmadım. Xahiş edirəm üzrlü sayın, kampaniya bitsin, videolar və ümümi nəticələri Sizinlə bölüşəcəm. Məncə biznesdə mütləq və mütləq yenilikləri vaxt ayırmaq lazımdır…

Danışarıq, yaxşı!?

P.S. Sizdə əgər 8 – 9 – 10 iyulda Bərdədə olsanız bizim Bellissa mebel salonuna gəlin. Bərdə, Mingəçevir və Goranda biz Bellissa mebel şirkətinin rəsmi bayisiyik!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Allah Xeyir versin!

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close