image_pdfimage_print

Bugün marketinqlə məşğul olan hamının böyük bir problemi var – istehlakçıları informasiyanı necə çatdırmaq olar? Muasir insan demək olar ki, hər zaman məşğuldur və hamımızın bildiyi kimi, reklamdan bezib. TV baxmır, Facebook-da olan reklamlara inanmır (bilir ki, reklamdır), radio qulaq asır – amma məhsulu görmür, Billborda baxmır, baxandada heçnə başa düşmür və s.  Problem hay aylarında daha aktual formaya gəlir. Bəs muasir müştərinin marketinq müştəri ilə necə danışmalıdır?

Məhşur Pokemon Go oyununun uğuru bizə bir daha sübut etdi ki, biz hər nə qədərdə onlayn aləmdə olsaqda aldığımız məlumatları reallıqla, offlayn aləmdədə görmək istəyirik. Başqa sözlə desək muasir müştəriyə təsir etmək üçün eyni mesajı həm offlaynda, həmdə onlaynda vermək lazımdır.

Dostlar Sizdə bilirsiniz ki, bizim bloqda yalnız şəxsi praktimızda etdiyimiz və uğurlu olduğuna inandığımız keyslərdən danışırıq. Biz istəyirik ki, öz praktimamızı Sizinlə bölüşərək faydalı olaq. Diqqət edin: biz burda hansısa nəzəri iddiya irəli sürmürük, biz burda fundamental bir təhlil etmirik (bunu etməyə çalışmırıq) biz sadəcə İlkin Manafovun biznes-marketinq təcrübəsini öz adından paylaşırıq. Birinci əlik, bizim “məhsul” təmiz maldır!))

Öz şəxsi praktikam və dünyada gördüklərimi birləşdirib hesab edirəm ki, Azərbaycan reallığında yay aylarında ən effektiv brend kommunikasiya kanalı açıq havalarda keçirələcək eventlər – BTL tədbirlərdir. Fikirimi faktlarla əsaslandırmağa çalışacam. İlk olaraq başlayaq yerli təcrübədən…

Hələ keçmiş-keçmiş zamanlarda Embawood-da işlədiyim vaxtlar bizim komandada işləyən kreativ dostlarımızın təkidi ilə Azərbaycanda ilk dəfə açıq havada mebel sərgisi keçirmək gərarına gəldik. Xatırlayıram o vaxt bizə dəstəkçi kimi, Hepta (Pub) şirkətindən 2 Belarusiyalı reklamçı kömək edirdi… Qurban Olduğumuz ömür versin, adları yadımdan çıxıb!)

Təbii ki, bu işdə bizim adımız var idisə, kampaniya minimal büdcə ilə həyata keçirilməli idi. Ümumiyyətlə biz o vaxt Embawood işləyəndə reklam üçün “pul” vermirdik, çalışırdıq büdcəmizin 75-80% barter olsun və ən əsası bu barter pərakəndə satış qiymətləri ilə hesablanırdı. Yadıma düşür, bulvar adminstrasiyası ilə görüşdən sonra, tədbir üçün icazəni pulsuz (!) danışdıq. Yəni həftənin altıncı günü, Embawood olaraq bulvarda 4 ədəd çadır qurulacaqdı (brendləşdirilmiş) və biz buna görə 1 manatda olsun ödəniş etməyəcəkdik. Yerimiz o vaxt üçün bulvarın ürəyi hesab edilən kukla teatrının arxası təyin edildi.

Dostlar Emba-ın kollektivindən kimlərsə bunu oxuyursa təsdiq edə bilər… şirkətin tarixində ən çox danışılan 1 günlük kampaniya oldu. Demək olar ki, bütün diler, distribyutor tərkibi xoşbəxt idi, əslində bu kampaniya mənidə çox sevindirdi, demək olar ki, cüzi marketinq büdcəsi ilə böyük kampaniya həyəta keçirdik.

Təxminən 1 ay bundan əvvəl Bellissa Bərdə mağazasında açıq havada mebel yarmarkası etdik. Bu dəfə artıq daha hazırlıqlı və sistemli işləyirdik. Kim nə deyirsə desin, amma marketoloq öz pulunu, şirkətindən pulundan daha çox sevir. Bu dəfə tədbirdə mənim edi, marketoloqda mənim… 3 gün həyata keçirdik. Çadırlar qurduq, samavar çayı, musiqi… yerimiz bulvar olmasada, bügünə qədər görünməyən satışlar həyata keçirdik.

Əgər Emba-məqsəd sırf imic idisə, Bərdə mağazamızda məqsəd satış idi və hədəflərə tam olaraq çatdıq. Bu super işləyirdi, insanlar karnaval havasında olanda alışa daha çox meylli olurlar. İnanın. Özünüz yoxlayın…

… yoxlayın demişkən, bügün təyyarədə gələ-gələ Wallmart haqda kitabı bitirdim və rəhmətlik kişidə deyir ki: “Biz Wallmartda satışları artırmaq üçün yerli musiqiçiləri dəvət edib, mağaza önündə müxtəlif bayramlar edirdik, necə dəyərlər “… hər zaman bayramdır!”.

Təxminən 3-4 gündən bundan əvvəl Moskvada Sokolniki parkına getmişdim. Parka girən kimi, eyni vaxta iki brendin: Вымпилком şirkətinin Beline, Pepsi Co isə, Lays brendinin Sokolniki parkında böyük meydançasını gördüm. Hər iki brend açıq havada kampaniya həyata keçirirdi.

Laaaap uşaq vaxtlarından Beline brendini izlədiyim üçün, təbii ki, bu kampaniya məni daha çox çəkdi. İçəriyə girdim və necə mükəmməl bir kampaniya təşkil edildiyini gördüm. Başqa vaxt rusları bəyənmirik, amma nəsə son vaxtlar Rusiya mənə daha öyrədici gəlir… neysə. Beline #вместемысила adı ilə onlayn və offlayn kanallardan istifadə edərək Rusiyanın böyük şəhərlərində silsilə BTL aksiyalar edir.

Bu kampaniyalarda brend öz istehlakçısı ilə daha düzgün və emosional ünsiyyət qura bilir. Biz Embawood brendinin əsas identifikasiyasını ailə dəyərlərini qurduğumuz üçün, Beline o vaxtlar bu istiqamətdə dünyada ən yaxşılarından idi və mən bu brendi mütəmadi bençmarkinq edirdim. Son kampaniyası super idi.

Buna bənzər daha bir kampaniyanı Ştuttqartda DHL etmişdi. Yadıma gəlir, şəhərin əsas küçəsində olan park tamamiylə sarı-qara rəngə boyanmışdı və burada uşaqlar və gənclər üçün müxtəlif viktorinalar təklif edilirdi.

Əziz oxucu, Azərbaycanda bu tip kampaniyalar demək olar ki, keçirilmir. Bu isə danışdıqlarımızın dahada təsirli olacağını bir daha sübut edir. Necə dəyərlər bu istiqamətdə klatter azdır (lap dəyəsən marketoloqlar kimi danışdım, gəliz cümlələr işlədirəm ki, savadlı görünüm, özünüzü o yerə qoymayın!)) və edilən istənilən aktivlik müştərinin yadında daha çox qalacaq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close