image_pdfimage_print

Dostumuz Rafiq Hünaltayın çox yaxşı bir sözü var – “Pis insan, yaxşı marketoloq ola bilməz”. Biz bu fikirlə razıyıq və bu fikiri dahada genişləndirməyə hazırıq. Pis insandan, paxıl adamdan nəyin ki, yaxşı marketoloq, heç yaxşı biznes adamı və ya yaxşı biznes menecerdə çıxa bilər. Biz hesab edirik ki, insan həyatından nail olduğu və (və ya) nail ola bilmədiyi bütün şeylərə məhz özündə axtarmalıdır. Fikirlərimizi izah edim.

Daha əvvəl yazdığımız bir Twitter postu var idi –  əgər həyatda nəyəsə nail ola bilmirəmsə və bunun səbəbini başa düşmək ehtiyyacı varsa, sadəcə güzgüyə baxmaq lazımdır!) yazımız tam olaraq bu fikirin üzərində qurulmuşdur.

Çox zaman, yeni biznes qurmaq istəyən dostlarımız hesab edirlər ki, biznesdə uğur qazanmış insanların xüsusi bir uğur dusturu var. Onlar ya kiminsə adamıdırlar, ya hardansa başlarını pul (oxu investisiya yağıb), ya da nəsə qeyri-adi biliyə malik olublar. Əslində isə, biz hesab edirik ki, bütün biznes adamlarını, uğurlu şəxsləri birləşdirən ən azı 1 dəyər var – zəhmətkeş olmaq.

Zehmetkeşliklə paralel, öz gücünə inanmaqda son dərəcə vacibdir. Yalnız öz ayağı üstdə dayanan adamlar həyatda nəyəsə nail ola bilirlər. Bunun üçün isə, insanda son dərəcə güclü insani dəyərlər olmalıdır. Verməyi, paylaşmağı bacarmayan adam heç vaxt həyatda nəsə qazana bilməz. Bu bir növ biznesin yazılmayan qaydasıdır.

Yadıma gəlir, rəhmətlik Rəhim Huseynovun iş otağında və Azərbaycan Marketinq Cəmiyyətində çox maraqlı bir büst var idi. Bir dəfə Rəhim müəllim dedi ki: “İlkin bilirsən mən, nəyə çox fikir verirəm? Bir əl alanda, digər əl mütləq verməlidir. Bax bu heykəldə olan kimi…” Rəhim müəllim mənə Konya Dərvişlərinin heykəlini göstərdi. O vaxt mən bu heykəldə duran insanın, bir əlini yuxarıda, digər əlinin aşağıda saxlama səbəbini başa düşmürdüm. Mən həmdə bilmirdim ki, niyə Dərviş əllərinin içərisi gizlədib…

… Rəhim müəllim, bu haqda düz 1 saat danışdı. Xatırlayıram məndən başqa orda Anar Bayramov, Rafiq Hunaltay var idi. Biz o vaxt bunu tam başa düşə bilmirdik. Rəhim müəllim deyirdi: “İlkin mən bu Dərvişin hərəkət tipindən öz həyat prinsiplərimi götürmüşəm”… indi mən Rəhim müəllim tam başa düşürəm (ən azı mənə elə gəlir ki, başa düşürəm). Allah Rəhmət Eləsin!

Əziz oxucu, əmin olun ki, hər şey bizim öz əlimizdədir. Əgər biz nəyisə istəyiriksə və buna nail ola bilmiriksə, sadəcə və sadəcə güzgüyə baxmaq yetərlidir. Güzgü bizə demək olar ki, hər şeyi “deyəcək”. Ya biz tənbəlik, ya biz savadsızıq, ya biz yalançıyıq, ya biz ədalətsizik və s. Uğurlu insanlarında uğuru əslində sadəcə güzgünün önündə bilmək olar.

Ruslarda yaxşı bir söz var: “везет сильнейшим…” şahmat oynadığım vaxtlar, oyunu uduzam kimi, başlayırdım özümə gic-gic bəhanələr axtarmağa… AMMA heç bir şəkildə başa düşmürdüm ki, məğlub olmağımda yeganə səbəb mənim özümdədir. Bəlkə buna görə, məşqçilərimiz (ən çoxda ATAM) məni məcbur edir ki, uduzduğum oyunlarının yazılı şəkildə uduzma səbəblərini yazım. Səbəblər gedişlərlə göstərilməli idi, Sizdən nə gizlədim, bu səbəb yazmaq məğlub olmaqdanda çətin olduğu üçün, məğlub olmaq heeeç istəmirdim!))

Bir sözlə, demək istədiyimi tam başa düşdüz, özünüz Arif adamsınız. İstənilən hərəkətdə gunahı özümüzdə axtarmaqla inanın ki, özümüzə çox faydalı ola bilərik. Startupçı dostlar, gunahı ölkəmizdə, investisiya klimatında, tələbələrimiz gunahı müəllimlərdə, xəstələrimiz həkimlərdə, oxucularımız yazarlarda, Sizdə məndə gördükcə… inanın irəli gedə bilməyəcəksiniz. Hər şey Sizdən başlayır, düzdür!?)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close