image_pdfimage_print

Biznesiniz var? İstəyirsiz işinizi inkişaf etdirəsiniz? – KOPYALAYIN. Yeni biznes qurmaq istəyirsiniz, ideyanı hardan tapacağınızı bilmirsiniz? – KOPYALAYIN. Biznesinizə yeni nəfəs gəlməsini istəyirsiniz, amma nə edəcəyinizi bilmirsiz? əzizim, dostum – KOPYALAYIN! İnanmırsınız? Onda vaxtınız varsa, aşağıda yazdıqlarımı oxuyun, söz verirəm faydalı olacaq.

Tez-tez belə bir sözlər eşidirəm: “Mənim bir ideyam var, amma bu haqda hələ heçnə demək istəmirəm…” sual verirəm: “Niyə demirsən qardaş!?”, cavab verir: “Bilirsiz… mən bu ideyanı desəm qorxuram, kimsə kopyalayıb özü edə… ” sual verirəm… “yəni sən özün kopyalamamısan, əgər sənin “ideyam” öz zehninin məhsuludursa, əmin ol ki, ideyanda problem var. Təcili bazara çıx və mütləq kimdənsə, nəyisə kopyala. Yoxsa işin getməyəcək.”

Hörmətli oxucu, dünyada qurulan istənilən qlobal brendə, adlara “dastan” olmuş istənilən şirkətə baxın – görəcəksiniz ki, fundamentində kopyalamaq var. Bunun adını müxtəlif formada demək olar, məsələn: bençmarkinq, rəqiblərin öyrənilməsi, bazar liderlərinin təbliğ edilməsi, stajirovka və s. AMMA inanın mənə, işin canı məhz düzgün formada kopyalama qabiliyyətidir. Qurban olduğumdan gizlin deyil, Sizdə nə gizlin… MƏN etdiyim və edəcəyim bütün yeni biznesləri kimdənsə KOPYALA(MIŞAM)YACAM.

İstəyirsiz dediklərimi rahat qəbul etməyiniz üçün Sizlərə bir neçə misallar çəkim. Çalışacam misalları Sizin tanıdığınız şirkətlərdən edim. Olar?

Rusiyanın qeyri-neft sektorunda ən varlı adamı Serqey Qaliskiy, eyni ölkənin ən böyük pərakəndə şəbəkə zəncirinin sahibidir. Maqnit adlanan retail şəbəkə Rusiyada büdcədən maliyyələşən təşkilatlardan sonra ən böyük iş verəndir. 2016-ci lin may ayına olan rəqəmlərə görə Qaliskinin Rusiya Fedarasiyası ərazisində 11600-ən çox ticarət nöqtəsi var (!) və ortalama olaraq gün ərzində 2 yeni mağaza açır (özünə qismət).

Maqnit şirkətinin sahibi olan Serqey Qaliskinin özünün dediyi kimi, Maqnitin biznes modeli tam olaraq WallMart götürüb. Birə-bir. Məsələn Maqnitdə 2008-ci ilə qədər Rusiyanın milyondan çox əhalisi olan heç bir şəhərındə olmayıb. Öz mağazalarının yalnız əyalətlərdə açıb və prinsipial olaraq Moskva, S-Peterburq, Kazan və s. kimi böyük şəhərlətdə işləməyib. Digər rus pərakəndəçiləri böyük mağaza tikintilərinə xərc çəkdiyi zaman Maqnit logistikaya pul qoyub. Bu biznes model Sizində yadınıza düşür?

WallMart yaradıcısı Sem Ueltonun: “Biz 10 mindən çox əhalisi olan heç bir şəhərə girmirik…” fikri elə bil Serqey Qaliski üçün deyilib. Yalnız bu deyil, Maqnitə girin və WallMarta girin… tavandan tutmuş pola qədər, hər şey oxşardır, kopyadır. Sizcə Qsliskiy pis edib?!

Bəs deyə bilərsiniz ki, WallMart, rəhmətlik Sem kimdən oğurlayıb?! İnanırsız Semdə özünün ən yaxın rəqiblərindən olan Kmart pərakəndə şəbəkəsindən və o vaxt françayzinqlə çalışdığı Ben Franklin şəbəkəsindən. Sem Ueltonun özünün yazdığı “Mən Wallmart-ı necə qurdum” kitabında bu haqda rəhmətlik ətraflı danışır.

“Kopyalama” sözünə ən çox düşmən olan peşə hansıdır?! Düzdür, reklamçılar və dizaynerlər. Bu arada bu iki peşə biznesi heç vaxt başa düşməyib, sadəcə ağlınızda olsun… mən onları hətta biznesin düşməni adlandırıram, çünki onlara elə gəlir ki, biznes dizaynerlərə xidmət etməlidir!)) Neysə… dizaynerlərin ən çox sevdiyi brend İKEA-a brendidir, düzdür? İndi hazır olun…

İKEA şirkətinin konsepsiyası İnqvard Kamprandın öz dilində deyildiyinə görə Wallmartdan kopyalanıb, hamımızın fəxrlə danışdığımız və İKEA əsas rəqabət gücü olan, mebelin qurlaşdırma sistemi LEGO-dan kopyalanıb, İKEA-da olan uşaq oynama yeri isə, əlbəttə Disneydən. İKEA demişkən…

Avstriya əsilli mebel perakəndə şəbəkəsi olan KİKA öz brend adından tutmuş, biznes konseptinə qədər İKEA-nı kopyalayıb və bir vaxtlar Avropada (!) nominal rəqəmlərlə ən çox mebel satan şəbəkə olub.

Hal-hazırda Rusiya mebel bazarının ən böyük şəbəkəsi olan Hoff isə, ilk olaraq KİKA françayzinqi ilə işləyib və daha sonra özü modeli başa düşdükdən sonra, KİKA-dan imtina edib və Hoff yaranıb. Rusiya mebel bazarında böhran dövründə ildə 20-25% artım verən pərakəndə şəbəkə. Pis ediblər?)

Alibaba.com Amazondan, amma maraqlı budur ki, 2006-cı ildə (hələ Alibaba demək olar ki, Alibaba olmamışdan) San-Fransiskoda Alibaba sahibi prezentasiya edəndə Amazon icraçı direktoru Djef Bezos oturub əlində qələm eşitdiklərini yazırmış. Başqa sözlə əslində dünya nəhəngləri olan Amazonlar, Google, Facebookçularda nədənsə kopyalayırlar.

Turkiyyənin BİM-i almanların Aldisindən, Boydag Holding bütövlükdə almanlardan, Huggies Pampersdən, Maggi Knordan, DHL – FedEx-dən və s. kopyalayıb. Yadıma düşür… şəxsiyyətinə qibtə etdiyim çox böyük bir Azərbaycanlı biznesmen hər zaman deyirdi (bu sözü eşidənlər bilir kimi deyirəm): “Ən yaxşı rəssəm kopyaçıdır.”

Bügün ölkəmizdə lider olan şirkətlərə baxın… Embawood  – BRW-ən, İDEAL – Рив Гош-dan, Romantic – LC Waikikidən, bu arada oda C&A-dan kopyalayıb və s.

Amma unutmaq olmaz ki, koplamanın özü insanda böyük qabiliyyət tələb edir. Nəyin kopya, nəyin özünün olmasını təyin etmək biznesdə ən çətin işlərin başında durur. Kopyalama belə hər oğulun işi deyil, inanın. Yaxşı kopya etmək üçün prosesləri dərindən başa düşmək, şirkətin əsas uğurunun nədə olduğu bilmək lazımdır. Kopyalamaq üçün praktika olmalıdır. Biznes praktika olmalıdır ki, biznesi başa düşə biləsiniz.

Birdə internetdə qurulan bizneslərdə kopyalama prosesi offlayn bizneslərə görə daha fərqli olur. İnternet biznesi kopyalama üçün offlaynda işləməyən biznes model seçmək lazımdır… neysə internet barədə digər yazılarda.

İnanıram ki, Sizdə bu bloq postu kopyalayacaqsınız. Halal xoşunuz olsun!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close