image_pdfimage_print

Əziz oxucu, Azerbaycanımızda sahibkarlığın tarixi kökləri, olmasına baxmayaraq, Sovet İttifagı 70 il ərzinde bizdə biznes düşüncəsini məhv etməyə çalışıb. Təbii olaraq Sovet dövründə olan insanlar biznesə “zəhmətsiz” Qazanc kimi baxıb, cavanların isə çoxunun həyat-biznes təcrübəsinin olmaması işləri daha çətivləşdirib. Bəlkə buna görə yalnız Azərbaycan deyil, bütün post-sovet məkanında məmurların biznes qurması “moda” minib!?

Azərbaycanımızda olan devalvasiyalar əslində real biznesə müsbət təsir edir. Bu haqda daha əvvəl demişik, neftin qiyməti düşdükcə ölkəmizdə real biznes adamları daha aktiv görünməyə başlayacaq, çünki “köpük” biznesi neftin hesabına ölkəmizdə həqiqətəndə çoxdur. Böhran ilk növbədə effektivliyi aşağı olan şirkətləri vurur, bunlarda əlbəttə, ki məmur əlləri ilə qurulan bizneslərdir.

Metaforadan istifadə etsək, Böhran iqtisadiyyatın agac dələnidir. Necə ki, ağac dələn meşədə xəstə ağacları məhv edir – meşə həkimidir, eləcə də böhran – Biznes ucun həkimdir!) Səmərəsiz biznesləri bazardan cıxarır. Bir sozle hər şey yaxşı olacaq, əsas odur ki, pozitiv olaq və işləyək!) Ölkədən qaçmayaq, ölkəyə gələk.

Amma məni narahat edən bir məsələ var… Azərbaycanımızda hələdə məmurlar, Dovlət qullugçulari bizneslə məşğul olmag barədə düşünür. Məmur düşüncəsi ile biznesmən düşüncəsi arasında fundamental fərglər var. Uğurlu məmur hec vaxt biznesdə ugurlu ola bilməz (bezən əksi olur – bu uzun söhbətdir).

Yadıma düşür, Bölgədə mağazalarımızın birində müştərilərimiz olan ağsaqqal kişi, mənə təkidlə başa salmağa çalışırdı ki, “Mütləg Dövlət gulluğunda işləməlisən ki, Biznes gura bilesən. Hələ mənə dedi ki, Senin özünündə xəbərim yoxdur. Sənin 100% “krışan” var!)” əslində mənə belə deməsi əl verirdi… Mende dedim: Ay ağsaggal düz deyirsən. Əlbəttə belə işləri biz qura bilmərik, hamısı “Müəllimindir”)))” (Müəllim deyəndə kişi əməlli başlı məni başa düşdü) bunu dedikdən sonra kişi cox rahatlaşdı!)) İndiyənə qədər bizim müştərimizdir, hər dəfə mağazaya girəndə ürəyində deyir ki, Qurban Olduğum “müəllimin” canını sağ eləsin-zad)

Bilirsiz niyə məmurların biznesə təsiri yol verilməzdir!?

Məmurlar biznesə yalnız çirkli pullar gətirmir, məmurlar bizə pis Biznes nümunə olur. Özünüz düşünün, Biznes qurursuz ve Sizin pul probleminiz yoxdur (!). Nə istəyirsiz, nə gədır istəyirsiz pul var ve ən əsası bu pulu Siz zəhmətsiz gazanmısız. Pul biznesden gəlməyib. Neticə də bilirsiz ne olur?)

Düzdur, duz duşündünuz, nəticə də Bugun olkəmizdə sabun köpuyu kimi işləyən, “Müəllimlərə” məxsus holdingler yaranır!) Effektivlik dərəcəsi sıfır olan.

Düzdur, duz duşündünuz, “müəllimlərə” məxsus bizneslərdə “taksi” kimi Ferrarilərden istifadə edilir ve s.

Düzdur, duz duşündünuz, “müəllimlərə” məxsus bizneslərdə Reklam büdcesi, biznesin 5 Illik satışından çox ola bilır (!) düz oxudunuz satışından, gəlirindən yox!)) Nə etmək olar “müəllim” özü elə deyib-zad…

“Müəllimlərə” məxsus bizneslərdə effektivlik anlayışı fərqli meyarlarla ölçülür. Hətta belə şirkətlərdə çalışan işçilərdə rola girib elə hesab edirlər elə hər şey belə olmalıdır!)

Əziz oxucu, Sizi əmin edirem, biznesdə “qaşımızı” yuxarı qaldırıb – “Müəllimindir” dediyimiz dövrlər tezliklə bitəcək. Alın tərihlə, qurulmuş real, “kişi” kimi bizneslər dövrü Azerbaycanımızda tezliklə başlayacaq. Bu dovrə hazır olun, indidən qolunuzu çirmələyib iş qurun. Alınacaq. Alınmasa güzgüyə baxın, səbəbini biləcəksiniz!

Sizə bir Neçə şad Xəbər verim: son vaxtlar Dövlət qulluğunda, huquq muhafizə xidmətlerində, Vergidə çox savadlı, Gənc, progressiv məmurlar görürem. İşlərini yaxşı bilirlər, rüşvət almaq istəmirlər, vətandaşlara xidmət edirlər. Bu superdir!

Son vaxtlar Ali mektəblərimizdə kadr hazırlığında müsbət hallar hiss edilir. Iqtisad Universitetində artıq daha güclü tələbələr var (problem varsa, problem müəllimdədir. Necə deyərlər öyrənmək istəyən var, öyrədən azdir). Vaxt var idi, ölkəmizdə Biznes keys anlayışı Yox idi. Bugün Anar Bayramovlar, Rəhman Əhmadovlar, Rafiq Vəliyevlər keyslerle dolu kitablar çıxarıb. Bu superdir!

Son vaxtlar, Zara kimi şirkətlər Ana dilimizə hörmətsiz yanaşanda cavabını alır, Restoranda insana insan kimi davranış olmayanda ictimai qınaq öz sözünü deyir. Nəyin ki, məmurlar, bizneslərdə xalqa qarşı haqsızlıq etməkdən qorxur. Bu superdir!

Əzizlərim yaxşılarını görün, onda ətrafınızda yaxşılıqlar olacaq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. İlkin bey size bu pozitiv fikirlerinize göre Tewekkur

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close