image_pdfimage_print

İnsan həyatından ən dəyərli nemət sağlamlıqdır, bəs biznesdə? Biznesdə bu – əlaqələrdir. Əlaqə qurmaq üçün isə, sadəcə vizitka paylamaq, Facebookda “dostlar” toplamaq azdır. Əlaqə qurmağın və qurduğunuz əlaqələrdən faydalanmağın məncə yeganə yolu – faydalı olmaqdır. Başqa sözlə desək, paylaşmağı, verməyi bacarmaqdır. Məhz hansısa bir dəyəri verdikdən sonra, ətrafımızda dostlar meydana çıxır. Diqqət edin, dediklərimiz biznes üçün keçərlidir. Bəs Sizcə insan nəyi paylasa bilər?

İlk əvvəl qeyd etməliyəm ki, bu sadə həqiqəti mən çox tezliklə özüm üçün dərk etmişəm: Həyatda həqiqətəndə xoşbəxt olmaq üçün insan ilk fürsət olduğu zaman yaxşılıq etməlidir, amma bu yaxşılığı etdiyi anda, unutmalıdır. Paylaşmaq belə yaxşılıqların başında durur. Beləliklə başlayaq, nələri paylaşmaq olar?

  • Bilgini. Çox zaman, ətrafımda olan dostlardan bəziləri deyir: “İlkin, filan məlumatı niyə deyirsən, axı o sənə rəqib olar…” Əzizlərim Sizə tam əminliklə deyirəm, əgər paylaşağınız hansısa fikirə görə, Sizin biznesiniz zərər çəkirsə, əmin olun ki, Sizdə işdə nesə problem var. Bildiklərinizi ürəklə paylaşın, bu Sizin bilik-savadınızı dahada artıracaq. Yeni biznes ideyalarınız varsa, onu gizlətməyin – paylaşın, nesə planınız varsa – paylaşın. Məhz fikirləri, ideyaları paylaşmaqla Sizin doğrunu tapa biləcəksiniz. Heç vaxt “kopyalanmaqdan” qorxmayın, Sizi kopyalayırlarsa, deməli Sizin məhsula tələb dahada artacaq. Bir sözlə bildiklərinizi ürəklə paylaşın;
  • Sevinci. Sevinc pozitiv olmaq üçün birinci addımdır və ya əksinə. Bizdə bilirik ki, pozitiv düşüncə biznes üçün həyatı vacibdir. Sevinicinizi ətrafdakılarla ürəklə paylaşın, “ağlamayın” əmin olun hər şey daha yaxşı olacaq. Beyniniz biznesiniz üçün yeni ideyalar verəcək və hər şey müsbət istiqamətdə dəyişəcək. Neqativ olmayın, inanın bunun Sizə xeyri yoxdur. Bügün ölkəmizdə iqtisadi vəziyyətin pisliyindən danışmaqdansa, bu vəziyyətdə nəyi daha yaxşı etmək olacağına fokuslanın, gücünüzü neqativə həsr etməyin;
  • Təcrübəni. Bizim bloqa diqqət yetirsəniz, əminliklə görəcəksiniz ki, biz Sizə yalnız və yalnız təcrübəmizi bölüşürük. Mən maksimum çalışıram ki, bir vaxtlar korporativ təcrübəmdə və ya son 5 ildə şəxsi bizneslə aktiv məşğul olduğum dövrlərdə başıma gələnləri – çıxardığım nəticələri danışım. Biz maksimum çalışırıq ki, “qalın-kitablardan” köçürməyək, hansısa xarici saytlardan tərcümə etməyik, bir nöz özümüz öz unikal kontentimizi yaradırıq. Bəlkə buna görədir ki, bizim bloq ölkəmizdə ən oxunaqlı biznes bloqdur… bilmirəm, amma bir şeyi bilirəm təcrübəni paylaşmaq gözəldir;
  • Tanışlıqları. Bu çox vacibdir, əgər Sizin bir tanışınızın gördüyü iş, digər tanışınıza faydalı ola bilərsə bunu mütləq paylaşmaq lazımdır. Tanıdığınız adamların edə biləcəkləri şeyləri maksimum faydalı istiqamətlərə yönəldin, o zaman Siz tanışlardan özünüzə dostlar qazanacaqsınız. Biznesdə bu çox vacibdir.
  • Məhşurluğunuzu. Əgər hansısa bir layihədə Sizi öndər kimi qəbul edirlər, bu layihədə Sizin əməyinizi görürlərsə və ya görmələri üçün paylaşmaq lazımdır. Hansısa bir uğurunuz varsa, bunu mütləq ailənizlə, valideynlərinizlə, imkan varsa, hətta övladlarınızla bunu etmək vacibdir
  • Səhvlərinizi. Səhvləri aradan qaldırmağın ən sadə olu, onlar haqqında danışmaqdır. Necə deyələr, balığı gizlətsən, iyi – qoxucu, özə çıcacaq. Eləcədə öz zəiflikləriniz, səhvlərinizi gizlətməyin. Əlbəttə, ilk olaraq səhv etməmək lazımdır, amma artıq nesə olubsa bu səhvi qəbul edib, təkmilləşdirmək üçün çalışmalısınız. Bunun üçün yenədə paylaşmaq lazımdır.

Bəs deyə bilərsiniz ki, nəyi “gizlin” saxlamaq lazımdır? Nəyi paylaşmaq olmaz?

  • Pulunuzu. Burda söhbət sözün hər iki mənasından gedir. Heç vaxt, heç vaxt və bir daha heç vaxt pulunuzun miqdarını açıqlamayın. Birincisi pul, dövlət sakitçiliyi sevir, yalnız sakit yerdə pul xoşbəxtlik gətirir, bunun üçündə bu məsələləri paylaşmamaq lazımdır, ikincisi ətrafınızın Sizin pulunuz haqqında məlumatlı olması Sizə böyük ehtimalla ziyan vuracaq. Pulu həmdə “borc” kimidə paylaşmaq düzgün deyil. Xüsusi hallar istisna olmaqla, borc pul verməyin sonu nə vərən, nədə alan üçün yaxşı olmur. Onların konfliktə girmə ehtimalları çoxalır. Bir sözlə nə pulunuzu paylaşın, nədə pulunuz haqqında olan bilgini;
  • Vaxtınızı. İnsan həyatında geriyə dönüşü olmayan amillərin başında – vaxt dayanır. Heç vaxt könlünüzlə olmayan, Sizə kayf verməyən sahələrdə iş təkliflərini “hə” deyib, vaxtınızı paylaşmayın. Maksimum çalışın ki, Kimlərsə öz vaxtını sənə versin, hansısa pulun dəyərində. Vaxtı heç vaxt paylaşmayın, qurduğunuz qrafikdən kənarlaşmayın;
  • İşçilərinizi. Heç vaxt öz işçinizə başqa bir iş gördüyünə görə bağışlamayın. Əgər işçinin başqa işi varsa, bu ilk vaxtlarda Sizə xoş gələ bilər və bu tip adamlarla digər işçilərin eeyni masanı paylaşmalarını doğru hesab deyil.

Əziz oxucu, paylaşmaq hər zaman gözəldir və düzgündur!)

Paylaşmaq məntiqini ölkənin biznes icmasına məhz Marketinq AİR təlimləri gətirib və… Neyse!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close