image_pdfimage_print

Son günlər Pokemon Go əhalininin “əlindən telefon” gəzən seqmentinin dilindən düşmür. Əlbəttə, səhmləri son 2 həftə ərzində 11 mlr. qalxan Nintendo şirkətinin sahibləri 100% bu hadisələrdən xoşbəxtdirlər (niyədə olmasın, 1 həftə ərizndə 11 mld. dollar daha varlı olursan). Əziz oxucu, Pokemon Go nə olduğu, necə oynamaq (yükəmək) mümkün olması ilə bağlı Siz çox məlumatlar əldə edə bilərsiniz, ən azı ona görə ki, PokomonGo axtarışı son bir həftə ərzində dünyada hətta “porno” sözündəndə çox axtarılan söz olub. Biz istəyirik yazıda Sizinlə biznesin gələcəyi və ya gələcəkdə uğurlu bizneslər necə olacaq suallına cavab axtaraq. Mövzu maraqlıdırsa, buyurun…

İlk əvvəl deyim ki, kompyuter oyunları əzəl-qədimdən mənim ki, tutmur və PokemonGo olmasın, olsun GoPoMonKe, mənlik deyil. AMMA və LAKİN. Biz bu oyunun bazarda bu qədər maraqlı qarşılaşmasına səbəb olan bəzi faktorlara diqqət etməliyik. Pokemon Go bügün dünya bençmarkinq ediləcək ən mükəmməl biznes-modellərin başında durur.

Rusiyanın ən varlı adamlarından olan Serqey Qaliskinin çox maraqlı bir fikiri var: “Bugün yeni yaranan bizneslər mövcud sahələrə yeni standartlar gətirdikləri halda çox uğurlu olurlar.” Məsələn, Amazon, Starbucks və ya elə Pokemon Go kimi. Serqey demək istəyik ki, yeni qurulan bizneslər mütləq bir neçə sənayelərin ortasında bir şey olmalıdır. Pokemon Go konkret olaraq onlayn aləmlə, offlaynı birləşdirdiyinə görə uğurlu olub…

Beləliklə Pokemon Go uğurundan biz aşağıdakı yeni trendləri hiss edirik:

  1. İnsanlar həyata oyun kimi baxmaq istəyir. 21-ci əsrdə insanlar əyləncəyə çox ciddi fikir verirlər. Bu baxımdan istənilən istehlakçı davranışında əyləncə olduğu zaman bu daha maraqlı görünür. Dünyanın qlobal brendləri bunu bilirlər və öz məhsullarını əyləncə – oyun qatırlar. Pokemon sübüt etdi ki, “oynamaq” pul gətirir!)
  2. Kibrit bizneslər daha effektivdir. Dünyanın qlobal lideri olan şirkətləri öz biznes modellərində onlayn xəttini açırlar. Paralel olaraq dünya onlayn-ticarət bazarının liderləri olan Amazon öz offlayn formatını inkişaf etdirir. Qonşu Rusiyanın ən böyük dövriyyəsi olan internet mağazası belə özünün offlayn “ofis”lərini açır. Məntiq çox sadədir. Biznes həm onlayn, həmdə offlaynda olduqda daha qazanclı olur. Pokemon Go oyununun əsas fərqləndirici cəhəti əslində elə budur.
  3. İnsanlar tanışlıqlar (yeniliklər) istəyir. Bügün dünyada yenilik təklif etmək ən böyük rəqabət üstünlüyü ola bilər. Bir vaxtlar şirkətlər yalnız məhsul portfellərini yeniləmək haqda düşünürdülərsə, muasir dövrdə dəyər zənciriri, biznes modeli yeniləmək şərtdir. Müştəri yenilik, yeni tanışlıqlar, yeni təəsüratlar istəyir (axtarır). Pokomon Go əslində istehlakçının axtardığı yenilikdir!)
  4. Pulsuz olanı satın. Dünyanın ən rentabelli biznesləri əslində “pulsuz” məhsul satan şirkətlərdir. Özünüz diqqət edin! Facebook pulsuz, Google pulsuz, Amazon pulsuz, Alibaba pulsuz, Microsoft “poçti” pulsuz, İnstagram pulsuz, Twitter pulsuz, YouTube pulsuz… Pokemon Go – PULSUZ!) Qardaş bəlkə bizdə German Studioda mətbəx mebellərini pulsuz sataq!? Zarafat edirəm eşiii, demək istəyirəm ki, pulsuz təklif edilən dəyərlər bügün dünyada daha çox pul qazandırır. Sadəcə özünüz üçün, düşünərsiz))
  5. Ən güclü reklam aləti “Share”dir. Pokemon Go necə məhşur oldu!? Çox sadə, bu oyunun “xəstələri” bu sosial şəbəkələrdə “share” etdi… vəssalam. Belə çıxır ki, bugün güclü brend qurmaq üçün, brendinizi güclü tanıtmaq üçün sadəcə və sadəcə sistemli şəkildə müştərilər üçün maraqlı kontent yaratmalısınız… daha sonra onlar özləri Sizi tanıdacaq. Yadınıza düşür bu yaxınlarda kinoteatrlardan bir kino var idi orda Osman Pazarlama… orda Demet Akalın “Share” etməsi ilə məhsul parlamışdı… özünüz baxarsız bu kinoya, yaxşı!?

Neysə… mən Sizin vaxtınızı çox almayım, bizim bloqun oxucuları Arif adamdılar. Beləliklə Pokemon Go bizə çoxlu bençmarkinq imkanları yaratmış durumdadır. Bençmarkinq isə dünyada biznes qurmaq üçün ən rahat və təsirli alətdir. Yenidən velosiped ixtira etmək olmaz. İnsanlar elə həmin insanlardır, sadəcə onlara (bizə) elə gəlir ki, guya dəyişirlər. Əslində heçnə dəyişmir.

Sadəcə diqqətli olmaq yetərlidir, dostlar hə!?

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close