image_pdfimage_print

21-ci əsrin ən maraqlı tamaşası heç şübhəsiz ki – futboldur. Məhz, bu oyun bizi (oxu məni) sakitləşdirir, beynimizi dincəldir, həyacanlandırır, sevindirir (kədərləndirir) və s. Sizi bilmirəm, mən laaap uşaq vaxtlarından futbolu çox sevirəm, yadıma gəlir, hər dəfə atam məni “əlimdən” tutub futbola aparardı, hətta yaxın respublikalara gedəndə hər dəfə mütləq futbola getməli idik. Necə deyərlər Спартак (Москва), Жальгрис (Вильнюс), Динамо Киев və əlbəttə ki, bizim Neftçinin oyunlarına tez-tez gedərdim, bəlkə buna görə futbolu çox sevirəm!? Bilmirəm. Əslində heç mənasıda yoxdur!)

Dünən Avropanın yaxın 4 ildə futbol lideri adı – Portuqaliya yığması tərəfindən qazanıldı. Tarixdə ilk dəfə (!) Portuqaliya yığması Avropa çempionu oldu. Bu yazıda Sizinlə Portuqaliya – Fransa final oyunundan çıxardığım nəticələri paylaşmaq istəyirəm. Maraqlı olsa mütləq oxuyarsız, yaxşı?)

İlk əvvəl qeyd etməliyəm ki, futbolda oyunlar satılır, nəticələr saxtadır və s. tipli fikirlərin sahibləri əslində biznesdədə heç vaxt uğur qazana bilmirlər. Bu adamlar təxminən, “Biznesdə “day-day” lazımdır, adamın olmasa iş qurmaq olmaz, pulsuz iş qurmaq olmur” kimi fikirlərin sahibləri olurlar. Neqativ olurlar. Neqativ adamda biznesmen ola bilməz. Əmin olun! Sizə bir şad xəbəd verim – Biznesdə kimində hesabına nesə etmək mümkün deyil, daha doğrusu uzunmüddət rəqabətqabiliyyətli ola bilməz. Gərək özündə nesə olsun…

Neysə, keçək bizim futbolumuza. Portuqaliyanın Avropa çempionu olması bir daha sübut etdi ki, əziyyət, zəhmət çekən adamın qarşısında heç kim dayana bilməz.

Oyunun əvvəlində Portuqaliya yığmasına azərkeşlik edən insanların hamısı böyük bir xəyal qırıqlığına uğradı – Ronaldo zədələndi. Bir növ komandanın əsas ümid yeri yox oldu. İlk baxışdan bütün Portuqaliya futbolu tam olaraq Ronaldodan asılı idi və… və Ronaldo yox oldu. Bu zaman bəlkədə təsadüfən Ronaldonun özünə qonan kəpəknədə nesə demək istəyirdi!

Ronaldo meydanı tərk etdi və gözlənilən olmadı. Bəli-bəli ilk baxışdan Avropa Çempionatının ən bahalı futbolçusunun yoxluğu komandanı tam məhv etməli idi, amma nəticədə biz daha sistemli və ciddi Portuqaliya gördük. Komanda qalib gəldi!

Əziz oxucu, biznesdədə belədir. Heç vaxt hansısa gördüyünüz işi sırf bir nəfərin (bir işçinin) üzərində etmək olmaz. Bu səhvdir, bu yalnışdır və ən əsası çox risklidir. İşçilərdədə “ulduz” xəstəliyi olur və heç bir şəkildə buna gətirib çıxarmaq olmaz. İşçi daim hiss etməlidir ki, o hər zaman işini itirə bilər, daha doğrusu onun yerində olmaq istəyən insanlar var. Bu əslində o işçinin özü üçün yaxşıdır, o daim öz üzərində işləyəcək və s.

Ronaldo keysində biz başa düşdük ki, ən böyük dəyər kollektivdir və heç bir şəkildə bütün işi bir nəfərin üzərində aparmaq olmaz. Bu səhvdir. Əvəz edilməz insan yoxdur və mütləq qaydada çalışmaq lazımdır ki, heç bir biznesdə 1 işçinin payı çox olmasın.

Portuqaliya yığmasının oyunu bizə izah etdi ki, “Biz” dəyəri hər zaman “Mən” dəyərindən daha çoxdur. Necə futbolda, eləcədə biznesdə. Heç vaxt uğuru bir nəfərə yazmaq və ya bir nəfərlə daimi uğur qazanmaq mümkün deyil. Baxın, bir məsələyə diqqət edin, biz burda epizodik uğurlardan danışmırıq, əgər həqiqətəndə söhbət ciddi biznesdən danışırıqsa, komanda ruhu mütləqdir.

Fərdiçilik, bir nəfərə aksent etmək biznesdə uğur gətirmir. Mütləq və mütləq alternativ, kopyalar qurmaq lazımdır. Məsələn, bizim işdə hansısa işçi “superman” rolunda olanda bu məni qorxuzur və biz “təcili” şəkildə onun klonları yaradırıq. İnanırsız, effekt verir. Fikir vermişəm bu “klon” olmasa “superman” dostumuz tezliklə geriyə gedir.

Biznesdə mütləq və mütləq ciddi şəkildə alternativlərin üzərində işləmək lazımdır. Hər şeyin alternativi olmalıdır. Alternativ olmasa, deməli bizim işimiz “tükdən” asılıdır. 

Sizi bilmirəm mən həyatda ali ədalətə çox inanıram. Biznesdə mənə elə gəlir ki, bu daha çoxdur. Nədə olmasa mütləq və mütləq biz öz vicdanımız qarşısında ədalətli olmalıyıq. Biz öz vicdanımızın, işçilərimizin, övladlarınızın qarşısında ədalətli olmasaq inanın böyük zərərlə qarşılaşa bilərik. Çox vacibdir ki, ədaləti quruyaq. Dünya haqq dünyasıdır.

Əziz oxucu, həyatda yalnız və yalnız özünüzə arxayın olun. Yalnız belə olduğu zaman bizneslı məşğul olmaq mümkündür. Portuqaliya bunu bir daha sübut etdi, hə?)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close