image_pdfimage_print

Əziz dostlar, Sizi bilmirəm, amma mən bloqsuz çox darıxmışam. İyul ayında iki xarici səfərim olduğu üçün bir-az başımız çox qarışıqdır. Bu o demək deyil ki, bloqumuz üçün mövzu yoxdur, bu o deməkdir ki, bloqumuz üçün danışmağa o qədər söhbətimiz var ki, gözləyirəm tezliklə Bakımıza dönüb ətraflı danışmağa başlayım. İyul ərzində dünya iqtisadiyyatının ürəyi hesab edilən 4 ölkənin ikisində yarı-iş yarı-istirahət xarakterli səfərim oldu. Daha konkret desək Rusiya və Çində ümumi olaraq 20 gün keçirdim.

Hələ Bakımıza dönməsəm də Hotelin otağına girib Sizə bu bloqu yazmağa özümü borc bilirəm. Səfərlərimiz hər ikisi son dərəcə şad xəbərlə bağlıdır: istər Rusiya, istərsədə Çinə səfərimizin əsas məqsədi yeni qurmaq istədiyimiz biznes sahənin bençmarkinqinə aiddir. Nə qədərdə gülməli səslənsədə Kitaya (Çinə) gəlməyimizin əsas məqsədi Çinlilərdən kopyalamaqdır!))

Hamıya məlumdur ki, dünya iqtisadiyyatı 4 böyük ölkənin hesabına inkişaf edir və əslində YENİ dünya biznesi məhz bu ölkələrdə (Braziliya, Hindistan, Çin və Rusiyada) doğulur. Məhz buna görədə istədim yeni biznes ideyaları məhz bu ölkələrdə axtarım. Nə gizlədim… mən sadəcə istirahət edə bilmirəm. Mənim üçün ideal istirahət həm iş, həm istirahətin sintezi zamanı olur. Bu zaman tam həzz ala bilirəm.

Rusiyada və Çində gördüklərim məni əslində çox düşündürdü. Miqyas olaraq Azərbaycanımızda “Yumşaq desək” böyük olsalarda inanın hər iki ölkədən bençmarkinq alacaq şeylər çoxdur. Bakıya gəlməyi həsrətlə gözləyirəm ki, tətbigə başlayım.

Sizə deyim… iqtisadi böhran rus bisnes mühitinə tam mənada müsbət təsir edib. Rusiyada xidmət sektoru daha sistemli çalışır, yerli istehsalçılar daha keyfiyyətli və rəqabətqabiliyyətli məhsullar istehsal etməyə başlayıblar. Mən Rusiyada əsasən mebel və pərakəndə ticarəti araşdırdım. Bu sektorlara görədə nəticə çıxarıram.

Çin – sözün əsl mənasında fərqli dünyadır. Burda öyrəniləsi həqiqətəndə çox şey var. Neysə… dostlar, Sizin vaxtınızı çox almadan, deməliyəm ki, hələ ayın 03-ə qədər burdayam. Bakıya gələr-gəlməz Sizinlə səfərdə gördüklərim, öyrəndiklərim barədə ətraflı danışacam.

Əziz oxucu, belə səfərlər mənə işləmək üçün  əlavə motivasiya verir. Daha çox işləmək istəyirəm. Sİzlərədə məsləhət görürəm… atalarımız elə-belə deməyib: “Çox oxuyan deyil, çox gəzən çox bilər”. Sizdə səfərlər edin, imkan daxilində yerinizdə qalmayın. Əsasənda marketoloqlar üçün bu həyatı vacibdir.

Hələlik özünüzə yaxşı baxın, və bloqumuzda olan digər yazıları oxuyun. Söz verirəm, gələn bloqlarda əvəzini çıxacam!)

HƏLƏLİK OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close